Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Yaraq söz, calaq söz, daraq söz, quraq söz, çolaq söz,qıraq söz və yaxud dərdlərə dərman söz, fərmanlara Fərman - söz,söz,söz...
Yaraq söz, calaq söz, daraq söz, quraq söz, çolaq söz,qıraq söz və yaxud dərdlərə dərman söz, fərmanlara Fərman - söz,söz,söz... |
*Yaraq söz-yarayır
*Calaq söz- calayır *Daraq söz-darayır *Quraq söz-həftəbecər sözdür Çolaq söz- axsayır,ahəngə uya bimir Qıraq söz-gəlmə də ola bilər, parçalama,bölmə də Dərman söz- sağaldan sözdür Fərman söz-hakim sözdür ***** *Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz... *Sözün var,söz danış,sözün yoxdur,döz, danışma. *Sözümü eşitdi, kürkünə birə düşdü *Dünyada yaxşı sözlü adamlar çox imiş *Adamları həm işinə,həm də sözünə görə dəyərlndirmək lazımdır *Xəbislik və natamamlıq pis nəsnədir *Bir adam yalan danışırsa,ondan uzaq ol *İkiüzlü və yaramaz adamlarla ancaq salamlaşın.Onların ipinin üstünə odun yığmaq olmaz ha.. *Başqalarına "qızım ", "oğlum" sözü, xitabı ilə müraciət etməyin.Belə adamların çoxunu el məclisinə çağırmaq olmaz. *Söz kimindir? - O sözü özünə aid edənin. *Sözlü adama oxşasan da lazım olan sözü de. *Sözü elə deyin ki, sözün içindən başqa söz çıxmasın. * Otu yolarlar, ağacı yonarlar,sözü həm yolarlar,həm də yonarlar *Yonulmamış adam olan kimi,yonulmayan söz də var. *Sözlü adam gözünü gizlədər. *Ayrı söz də var,əyri söz də... *Bir söz bir ordudan gclü ola bilər. *Ağızdakı söz bulağı,ürəkdəki göz bulağı. *Söz söyləyəndə həm düz danış, həm də elə söz danış ki,başa düşülsün. *Sözlə söyüş - qohum sözlərdir. Sözdə də səs var,söyüşdə də. *Hər sözün öz yeri var, hər sözün həm əyri, həm də düz yeri var. *Məclisdə xoşagəlməz,ikibaşlı,pis səslənən söz danışma. *Sözün də,üzün də qırışığı var. *Söz əmrdir: " Atları yəhərləyin!" *Söz təsdiqdir: " Bəli, bakılıyam" *Söz xahişdir: "Getmə,getmə,getmə,dayan,yandım,ay aman!.." *Şair sözü incələyir,çözələyir, filosoflar öncələyir, *Söz güləndə ,üz də gülər. *Elə danış ki,sözün yerə düşməsin. *Söz deyəndə elə de ki,adamın canına yağ kimi yayılsın. *Atın sözü,itin sözü- yalançının bütün sözü. *Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz. *Söz qəhətə çıxanda,yerini,yurdunu bil. *Bu söz ki var ha, şıxdı,getdi, geri gəlməz bir daha. *Söz sözü gətirər,söz deyən söz bilirsə. *Hər sözü üzə demək olmur.El sz var ki,onu qulaöa deyirlər. *Söz NOVRUZ bayramı süfrəsinin nəsnələrinə oxşayır ; ərəbdə -süxən, rusda -slova. türkdə -söz ... *Bir sözü söz eləməyin yaxşısı da var,yamanı da.... *Sözün üç möbqeli yeri var 1)sözaltı 2)düzünəqu 3)sətirüstü *Türk dillərində sözü- -qafiyləri- söz,döz,köz,öz,çöz.. *Papağını başına qoy,fikirləş,yaman sözü yaman demə. *Yaxşı söz olanyerdə,yaman sözdən danışma. *Sözü ki çözdün,məsələ də bitdi. *Söz yiyəsi - öz sözünün öz yiyəsi *Söz var ki,doğulanda tərs doğulur *Tərs sözlərdən qaçın ki,o söz bəlanız olar. *Dilimizin söz lüğəti,beynimizin öz lüğəti. Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının əməkdar müəllimi, türkoloq. Geri dön |