Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pediatrlar bəzi uşaqların daha sağlam olmasının sirlərini araşdırıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Pediatrlar bəzi uşaqların daha sağlam olmasının sirlərini araşdırıblar

Pediatrlar bəzi uşaqların daha sağlam olmasının sirlərini araşdırıblar


Tənəffüs sistemində bakteriya müxtəlifliyi çox olan uşaqların orqanizmi soyuqdəyməyə daha dayanıqlı olur. Alimlərin fikrincə aparılan araşdırmalar nəticəsində əldə olunan bu kəşf viruslar səbəbindən meydana gələn bir sıra xəstəliklərin qarşısını almağa kömək edə bilər.

Müşahidələrdən bəlli olduğu kimi tənəffüs sisteminin sağlamlığı üçün mikrofloranın müxtəlifliyi vacibdir. Mütəxəssislər bu nəticəyə 167 uşağın mikroflora nümunələrinin analizləri əsasında gəliblər. Bu təhlillər soyuqdəymənin ilk simptomları görüldükdə və təkrar olaraq üç həftə sonra aparılıb.

Nəticələrdən bəlli olub ki, tənəffüs sistemində bakteriya müxtəlifliyi virus infeksiyalarından daha tez sağalmağa kömək edir.

Eyni zamanda, mütəxəssislər onu da qeyd ediblər ki, mütəmadi olaraq soyuqdəymədən əziyyət çəkən uşaqlarda gələcəkdə astma yaranma ehtimalı çox yüksəkdir.

Geri dön