Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Bir az da tesdən qəsdən danışaq
Bir az da tesdən qəsdən danışaq |
Bir az da tesdən qəsdən danışaq və yaxud gecənin dürlü-dürlü yazıları- DAVAM.az -Yeni LAYİHƏ Nümunələrin hərəsi müəyyən bir əhvalat və ya hadisə ilə ilgilidir. N1. "Gecə saat 12-dən sonra yazılan yazıları ciddi yoxlayın" cümləsinin qrammatik təhlilinə aid səhvi güstərin A) beş üzvü var B)mqəyyən şəsli cümlədir C)xəbəri feilin əmr şəklindədir D)tamamlığı söz birləşməsi ilə ifadə olunmuşdur E)xəbəri feillərin əmr şəklinin təsriflənmə cədvəilndə (paradiqmasında)sıralanmasına görə beşinci yerdədir * N.2 Məqsədli test tapşırığı: mübahisə mədəniyyətinizi yoxlayırıq. "Söz içində söz deməyin dürlü-dürlü sirləri də var imiş " cümləsinin qrammatik təhlilinə aid edilənlərdən biri səhvdir. A) iki mənsubiyyət şəkilçisi işlənmişdir B)mübtədası III növ təyini söz birləşməsi ilə ifadə olunub C)xəbəri predikativ sözlə ifadə olunub D) III növ təyini söz birləşməsinin tərəfləri arasındakı sözburada ayrıca təhlil olunmur E) cümlədəki "-də" şəkilçi, ayrı yazılan "də" bağlayıcıdır * N 3. "Deməli, dil öyrənmək hər oğulun işi deyilmış" cümləsnin düzgün sintaktik təhlilini göstərin. A) 6 üzvü var B)mübtədası isimlə ifadə olunub C) xəbəri feillə ifadə olunub D)müxtəsər cümlədir E)adlıq cümlədir * N 4. "Ağlına gəlməzdi ki, o, məktəbi də, universiteti də eyni ildə qurtarmışdı" cümləsinin sintaktik təhlilindəki səhvi göstərin. A) asılı cümlə nə? sualına cavab verir B) baş cümlənin xəbəri xəbər şəklinin hekayəsində olan feillə ifadə olunmuşdur C) asılı cümlənin tamamlıqları ıümumi isimlə ifadə olunmuşdur D) budaq cümlə baş cümləyə birləşdirmə bağlayıcısı ilə bağlanmışdır E) frazeoloji birləşmədəki feil forması gələcək zananın inkarına aiddir Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi, türkoloq 13.12.2018. Geri dön |