Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda yeni korrupsiya faktı aşkarlandı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Azərbaycanda yeni korrupsiya faktı aşkarlandı

Azərbaycanda yeni korrupsiya faktı aşkarlandı


Kredit təşkilatının vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Davam.az-a verilən məlimata görə, Şirvan Apellyasiya məhkəməsinin "KredAqro" bank olmayan kredit təşkilatının Cəlilabad filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə xüsusi qərardadı və həmin təşkilatdan daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.

Müəyyən edilib ki, qeyd edilən filialın sabiq müdiri Muradov Mirəli Mirhəsən oğlu və digərləri tərəfindən müştərilərdən alınmış kredit ödənişləri bank sisteminə mədaxil edilməmiş, eyni zamanda saxta sənədlər əsasında müxbir olduqları banklardan qanunsuz olaraq kreditlər götürülməklə mənimsənilib.

Araşdırmalarla həmçinin müəyyən edilmişdir ki, təşkilat ilə vətəndaş arasında 5.0 min manat məbləğində kredit alınmasına dair bağlanmış kredit müqaviləsi saxta olmaqla həmin sənədə vətəndaş tərəfindən imza edilməyib. Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlanan zaman vətəndaş Türkiyə Respublikasında olduğu halda bağlanmış saxta kredit müqaviləsinə əsasən bankdan həmin vətəndaşın adına 5.0 min manat məbləğində pul götürülərək mənimsənilib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Geri dön