Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Sərhədlərin açılması Ermənistan üçün yalnız xülya ola bilər"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > "Sərhədlərin açılması Ermənistan üçün yalnız xülya ola bilər"

"Sərhədlərin açılması Ermənistan üçün yalnız xülya ola bilər"


"Ermənistanda nə indi, nə də yaxın tarixdə gözləməsinlər ki, Türkiyə ilə sərhədlər açılacaq".

"Ermənistanda nə indi, nə də yaxın tarixdə gözləməsinlər ki, Türkiyə ilə sərhədlər açılacaq".

Bu sözləri Ankaradan Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri, “EkoAvrasiya” dərgisinin baş redaktoru Hikmet Eren erməni müxalifətinin yaxın zamanlarda Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağlı yaydığı bəyanatı şərh edərkən söylədi.

“Türkiyədə ən ali səviyyədə bəyan edilib ki, Qarabağ işğaldan azad edilməmiş sərhədlərin açılması qeyri-mümkündür. Sərhədlərin açılması Ermənistan üçün yalnız xülya ola bilər. Nə zamana kimi Qarabağ işğaldan azad edilməyib, bu istiqamətdə hansısa yayılan informasiya yalnız dezinformasiyadır və iki qardaş ölkə arasında münasibətlərin gərginləşməsinə hesablanıb”, - deyə Hikmet Eren qeyd etdi.

H.Eren bu xəbərin yayılmasını ucuz və populizmə söykənən siyasi gediş adlandırdı: “Heç bir qüvvə iki qardaş ölkə arasında münasibətləri gərginləşdirə bilməz. Sərhədlərin bağlı qalmasında ən çox ziyan çəkən tərəf Ermənistandır. Bu, erməni xalqını düşündürməli və öz siyasətçilərinə təzyiq etməlidirlər ki, yürütdükləri işğalçılıq siyasətlərini dəyişsinlər”.


E.Eltürk

Geri dön