Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Söz deyəndə söz deyin...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Söz deyəndə söz deyin...

Söz deyəndə söz deyin...


Yaman bezdiridi bizi
ölü kimi dirilərə yönələn
dütdülü təbrikləri....
Yağır yağış kimi,
yağır qar kimi
asılı adamların
örtülü təbrikləri,
şıdırğı təbrikləri....

Var qoca bəy təbriki,
var uca bəy təbriki.,
Var mörürlü şəxslərə
yaramaz səy təbriki...
Hamı təbrik yağdırır;
gözəllərdən
gözəlsən,
igidlərdən
igidsən...
Baxırsan ki,
ömür keçib,gün keçib...
çuxurdadır
qəmli,nəmli gözləri...
Baxırsan ki,
bir sümükdür,
bir dəri...
Baxırsan ki,
adilərin adisidir,
cəlb eləmir nəzəri..
(İgidə bax
ha,ha,ha...)
Hanı bunda
igidliyin əlaməti,
əsəri.?!..
***
Eh...nə deyək,
guruldayan,
qırıldayan,
xoruldayan sözlərə...

Bir nəticə çıxarılsın:
Olmasın söz -

MƏSXƏRƏ...

***
P.S.İşində ol,
paxıllıqdır hamısı...
Sən hələ də gözəlsən,
həm elə də,
həm belə də gözəlsən.


Nazim Nəsrəddinov.

Geri dön