Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > SAFRUH: - Millətsizləşdirmə gedişləri
SAFRUH: - Millətsizləşdirmə gedişləri |
SAFRUH
Mütləqə İnam Ocağının Ruhani Başçısı Millətsizləşdirmə gedişləri Millətçilik – çağımızın başlıca çatışma mövzularından biridir. Bu söz çox işləndiyinə görə əslində diqqətləri elə də çəkmir. Hətta ondan qıraq durmağa da çalışırlar. Əslində isə İnam Atadan başlayan və bizim də arasıkəsilmədən üstündə israr etdiyimiz millətçilik əsllik məsələsidir – insanların sifətlərə, özəlliklərə saymaz olmaması, onlara yiyə durmasıdır. Ataya qədərki, özəllikcə son 40-50 ildəki millətçilik çox təəssüf ki, yağılıq kimi anlaşılır. Bir millət mənsubunun yanında başqa bir millətin adını çəkmək – yasaq halı alıb, adamlarda qıcıq doğurur. Ona görə belədir ki, çağımızın goreşən aparıcı siyasi gücləri millətçiliyi buna yönəldiblər. Siyasi iddialar, dividentlər xatirinə bir milləti başqa millətin gözündən salma yolu tutulub. Bir millətin o biri millətə qarşı allergik halı yaranıb. Bu, bəşəri xəstəlikdir, bəladır. Bayaq dediyimiz milllətçilik – əslliyi sifəti qorumaq, yaşatmaq üçündür. Hər kəs öz balasını sevdiyi, qoruduğu kimi, hər millətin mənsubu da öz soyunu, özəlliyini sevməli və qorumalıdır. Mütləqə İnam millətçiliyi bu deməkdir, bu mənanı daşıyır. Sən öz balanı sevirsən, o demək deyil ki, başqa bəşər övladının bala gözəlliyinə, ilahiliyinə göz yummalısan. Başqa millətin varlığı da insana xoş gəlməlidir. Məsələn, bu yerdə avarların toy şənliyi ilə bağlı bir təəsüratımı demək istərdim: orada insanların bir-birinə dərin sayğısını, kişinin kişi, qadının qadın sanbalını, bunların bir-birinə nümayişsiz dərin sevgi, sayğılarnı müşahidə etmişəm, heyran qalmışam. Şənlikdə rəqs edənlər necə gözəl, ideal məsafə saxlayırlar! Orada gözləri ilə bir-birini yemək ucuzluğu, duzsuzluğu yoxdur! Oradakı musiqi ilə rəqqaslar, tamaşaçılar və ətraf mühit bir-birinə son dərəcə doğma, uyğun idi. Gərək mənim gözəlliyim, özəlliyim də başqalarını əsəbiləşdirməsin, onda şövq yaratsın. Bizim millətçiliyimiz bu deməkdir. Bir də bizimkinin əksinə dünyanın millətsizləşdirmə gedişləri var. Bu, çox qorxulu gedişdir. Çünki onda hansısa güc heç bir sifətə «mənimdir!» demir. İnsani sifətlər aşınıb gedir. Mütləqə İnam Ocağı olaraq bizim öz millətçiliyimiz var. Bu, çağdaş dünyadakı bənzər gedişlərin ən ucasıdır. Bu ən uca təyinin bizimki olduğuna görə demirəm, bu günə qədər də dönə-dönə demiş və yazmış olduğum ümumbəşəri gərəkliyə görə deyirəm. Bizim millətçiliyimiz – əsllik örnəyi olmalıdır. Bu millətçilik İnamçı Türklük də adlandırıla bilər. Mənim bu adda içsəsim – yazım da var. Biz sivilizasiya içində sivilizasiyayıq. Əski sivilizasiya yerində yeni Mütləqə İnam sivilizasiyasıyıq. Mütləqə İnam Sivilizasiyasının fəlsəfəsində İnam Atanın (Asif Atanın) 6 müqəddəs ideyasından biri Müstəqil Vətən ideyasıdır. Bu elə Müstəqil Millət ideyası deməkdir. Özü də yalnız bizə yox, bütün millətlərə aiddir, çünki bu, fəlsəfədir. Allah, həqiqət, ədalət, xeyir, insaf, mərhəmət ideyası heç bir dinlə, heç bir fəlsəfə ilə məhdudlaşmadığı kimi, bizim İnamımızın Müstəqil Vətən ideyası da bütün dünya və bəşər miqyasında heç bir məhdudiyyət qəbul etmir. Biz İnam Atanın Ocağı olaraq bu böyük, xeyirxah ideyanı həyata keçirməyə başlamışıq. Millət daxilən böyük olanda uca insani-bəşəri yaradıcılıq, daxilən kiçik olanda isə tikançılıq yaranır. Böyük millətdə tikançılıq çox olmur. O, dünyadakı əlvanlığa, müxtəlifliyə qısqanclıqla yanaşmır. İnsanlar gözlərini geniş açıb onu görməlidirlər! İnamçı Türklük ümumbəşərilik gələcəyi baxımından çox ümidvericidir. Soydaşlarımıza və bizim yazılarımızı oxuyanlara gözəl bəşəri gələcəyə inam diləyirik! Atamız var olsun! 24 Ümid günü, Od ayı, 34-cü il. Mütləqə İnam Ocağının Ruhani Mərkəzi. (24.07.2012) Geri dön |