Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > GÜNEY XƏBƏRLƏRİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > GÜNEY XƏBƏRLƏRİ

GÜNEY XƏBƏRLƏRİ


Stockholmda Azərbaycan Qadın Qurultayı

Yer: Kata Salen ABF huset Stockholm Sveavägen 41

Çağ: 28- 29 Oktiyabr (ekim)2011

Saat: 28-oktiyabr 13.00-16.00

29-okiyabr 10.00-17.00


Dəyərli dostlar daha öncədən bildirdiyimiz kimi oktiyabr ayının 28-29 Stokholmda Azərbaycan Qadınlarının Qurultayı keçiriləcəkdir. Bu Qurultaya Güney və Quzey Azərbaycandan olmaq üzərə dünyanın bir çox yerindən də qatılanlar olacaqdır. Qurultayda Azərbaycan Qadınlarının siyası, iqtisadi, və eləcə də toplumsal durumları ələ alınacaqdır. Qurultayımızda Güney Azerbaycan Qadınlarının milli mucadilədəki roları və ən önəmlisi qadınların örgütlənməsinə böyük yer veriləceəkdir. Qurultay bütün ilgilənən qadın və bəylər üçün açıqdır. Qurultaya qatılmaq istəyən dostlardan artıq bilgi eldə etmək üçün aşağıda verilən telfon və e-mail adresinə baş vurmaları xahiş olunur.

Sayğılarımızla

Telfon Stockholm 0046 707120548
0046 7035908000
0046 760963777

Telfon Malmö 0046 707776326

Telfon Göteborg 0046 707383256
0046 7074103968




Bundan sonra Rusiyanı İranda erməni diplomat təmsil edəcək.

Levan Caqaryan Rusiyanın İrana təmsil edəcək. Rusiya prezidenti Dmitri Medvedev 20.10.2011_ci il tarixində Levan Caqaryanı İrana səfir təyin edib.
Əldə etdiyimiz məlumata görə, L.Caqaryan bundan əvvəl Tacikistanda Rusiyanın müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.


Əziz Purvəlinin azadlığı uğrunda fəaliyyət göstərən Veblaq qapadılıb

İran rejimi Güney Azərbaycan və tutuqlanmış Milli Hərəkat fəallarını informasiya blokadasında (mühasirə) saxlamaqda israrlıdır.
Son məlumata görə, daha bir Veblaq rejimin təhlükəsizlik qüvvələrinin göstərişi ilə qapadılıb.
Sözü gedən Veblaq hazırda həbsdə saxlanılan azərbaycanlı fəal cənab Əziz Purvəlinin azadlığı uğrunda fəaliyyət göstərirdi.


İran İslam Cümhuriyyətində 100-dən çox uşaq edam olunacağı günü gözləyir

2010-cu ildə Vəkilabad həbsxanasında 300-dən çox məhkum ailələrinin və ya vəkillərinin xəbəri olmadan edam edilib.
BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) İran üzrə yeni məruzəçisi Əhməd Şahid edam cəzasından tez-tez istifadə olunan bu ölkədə cəzaların artdığını bəyan edib.
Bu barədə Türkiyənin NTV telekanalı xəbər verir. Məruzəçinin sözlərinə əsasən, İranda 100-dən çox uşaq edamını gözləyir.
Əhməd Şahid BMT Baş Assambleyasına (Birləşmiş Millətlər Təşkilatının məcmə-i ümumisinə) təqdim etdiyi ilk hesabatda İranda 2011-ci il ərzində 200-dən çox adam edam edildiyi bildirilir. Onun məlumatına görə, yalnız yanvar (January) ayında 83 nəfər barəsində edam cəzası yerinə yetirilib.
Əhməd Şahid bildirib ki, 2010-cu ildə Vəkilabad həbsxanasında 300-dən çox məhkum ailələrinin və ya vəkillərinin xəbəri olmadan edam edilib.
Hesabatda İranda kütlənin qarşısında edam cəzalarının yerinə yetirildiyinə də diqqət çəkilir və həbsxanalarda edamı gözləyən 100-dən çox uşağın olduğu vurğulanır.


BƏHREYN XARİCİ İŞLƏR NAZİRİ ABŞ-dan İRANA QARŞI CİDDİ TƏDBİR GÖRÜLMƏSİNİ TƏLƏB EDİB

Bəhreyn xarici işlər naziri Xalid Bin Həməd Al-Xəlifə ABŞ-ın İrana qarşı ciddi tədbir görməsini tələb edib.
oktyabrın 20-də jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə qarşı terror planından danışan nazir deyib ki, terror təhlükəsi artıq Amerika torpağına gəlib çatıb və ABŞ prezidenti Barak Obama bunun qarşısını almaqda ciddi olduğunu nümayiş etdirilməlidir: “Biz Amerikadan öz mənafeyini qorumaq üçün İranın qarşısında dayanmasını istəyirik. Siz (Barak Obama) bəyan etmisiz ki, İran Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirini qətlə yetirmək üçün hazırladığı terror planına görə cavab verməli olacaq. Lakin ABŞ Vaşinqtonun bu məsələdə ciddi olduğunu göstərmək üçün nə edə bilər?
Siz terrorçu əməliyyatlarda dəfələrlə itkilər vermisiz. Ancaq biz hələ də sizin terrorizmə qarşı uyğun cavabınızı görməmişik. Bu, doğrudan da, çox ciddi bir məsələdir. Bu terrorçu əməliyyatlar artıq gəlib sizin torpağınıza çatıb”.
ABŞ rəsmiləri oktyabrın 11-də İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının Səudiyyə Ərəbistanının və İsrailin Vaşinqtondakı səfirliklərinə hücum planını və Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Adil əl-Cəbiri qətlə yetirmək cəhdini zərərsizləşdirdiyini açıqlayıb. Bildirilir ki, terror əməliyyatına “Qüds” üzvü olan iki İran vətəndaşı rəhbərlik edib. Bunlardan biri hazırda tutulub həbsdə saxlanan Mənsur Ərbab Siyar (o həm də ABŞ vətəndaşıdır), digəri isə İrana qaçan Qulam Şəkuridir.


İRAN XARİCİ İŞLƏR NAZİRLİYİNİN SÖZÇÜSÜ ƏHMƏD DAVUDOĞLUNU TƏKZİB EDİB

Oktyabrın 19-da jurnalistlərə açıqlama verən İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Türkiyədə NATO-ya məxsus hava hücumundan müdafiə sisteminin yerləşdirilməsinin Tehranla razılaşdırılmasını təkzib edib.
Türkiyə NATO-nun hava hücumundan müdafiə sisteminin bu ölkədə yerləşdirilməsinə ötən ay razılıq verib. Bu sistemin quraşdırılmasının Tehranla razılaşdırılması haqda xəbəri Türkiyənin “Zaman” qəzeti xarici işlər naziri Əhməd Davudoğluna istinadla yayıb.
“ Ramin Mehmanpərəst İranla Türkiyə arasında bu haqda hər hansı razılıq əldə olunmadığını deyib: “Bizim bu haqda mövqeyimiz aydın və şəffafdır. Öz mövqeyimizi türk qardaşlarımıza bildirmişik və məsələni araşdıracağıq”.

Geri dön