Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Cənnətin mövcudluğuna inananların sayı çox olan ölkələrdə cinayətin səviyyəsi də yüksək olur.
Cənnətin mövcudluğuna inananların sayı çox olan ölkələrdə cinayətin səviyyəsi də yüksək olur. |
Tədqiqatçılar müəyyən ediblər ki, cənnətin mövcudluğuna inananların sayı çox olan ölkələrdə cinayətin səviyyəsi də yüksək olur. Son 26 ildə 67 ölkədən 140 min insan barəsində materialları öyrəndikdən sonra alimlər bu nəticəyə gəlmişlər.
Tədqiqatların nəticəsinə görə, insanlar çox vaxt fikirləşirlər ki, törətdiyi cinayətlərə görə o dünyada onları cəza gözləmir, çünki Tanrı mərhəmətli və əhf edəndir. ABŞ-da çalışan Oreqon universitetindən olan professor Əzim Şərif və Kanzas universitetindən olan professor Mijke Rxemtullanın bu barədə tədqiqatları İngiltərənin «Public Library Of Science» jurnalında dərc olunub. Onlar 1981-2007-ci illər arasında 67 ölkədən 143 min 197 nəfər adamın iştirak etdiyi tədqiqatlarda cəhənnəm, cənnət və Allahın yad edilməsi kəmiyyəti barədə tədqiqatlar aparmışlar. Sonra alimlər son 26 ildə bu ölkələrdə qətl, soyğunçuluq, zorlama, uşaqların oğurluğu, hücum, talan, maşın qaçırılması, narkotiklər və insan alveri üzrə cinayətin orta göstəricisi ilə müqayisələr aparmışlar. Müəlliflər yazırlar ki, cənnət və cəhənnəmə inamın səviyyəsi cinayət səviyyəsinin göstəricisinə xüsusi təsir edir. Oreqon universitetinin mədəniyyət və etika laboratoriyasının rəhbəri, psixologiya professoru Əzim Şərif bildirir: « Statistik göstəricilərin müqayisəsinə əsasən biz kəşf etdik ki, xalqın cəhənnəmə güclü inamı ölkədə cinayət səviyyəsinin aşağı olmasına, cənnətə güclü inamın isə cinayətkarlığın yüksək səviyyəsinə dəlalət edir». «Mən hesab edirəm ki, ilahi cəzanın və ilahi mükafatın differensial təsirinə gəldikdə biz mühüm qanunauyğunluğu kəşf etmişik» - deyə professor Şərif bildirir. İlk dəfə 2011-ci ilin əvvəlində «Dinin psixologiyası» Beynəlxalq jurnalında professor Əzim Şərif maraqlı bir məqalə ilə çıxış etmişdir. Onun apardığı müşahidələrə görə, imtahanlarda daha çox o tələbələr xəlvəti köçürürlər ki, onların təsəvvüründə Tanrı cəzalandırandan daha çox əfv edəndir. «İmtahanlarda xəlvəti köçürmə ilə məşğul olaraq riskə gedən tələbələrlə apardığım psixoloji sorğu-sual məni bu qənaətə gətirdi. Deməli, insanın təsəvvüründə Tanrı obrazı əfv edəndirsə, onda həmin insan potensial cinayətə yol verə bilər. Əgər insanın təsəvvüründə Tanrı daha çox cəzalandırıcıdırsa, onda bu insan cinayətdən çəkinəcək. Bundan sonra mən fikirləşdim ki, bütöv bir xalqın dini təsəvvürü ilə onun cinayət statistikası arasında hansısa bir uyğunluq ola bilərmi? Tədqiqatlarımız göstərdi ki, ola bilər. Əgər hər hansı bir xalqın dini dünyagörüşündə Tanrı obrazı daha çox humanist və mərhəmətlidirsə, həmin cəmiyyətdə cinayət göstəricisi də yüksəkdir». Öz elmi tədqiqatlarının nəticəsini şərh edərək professor əlavə edir: “O dünyada günahlara görə cəza təsəvvürü və Allahın cəzalandırıcı obrazı güclüdürsə, həmin ölkələrdə cinayət səviyyəsi aşağıdır”. Həmçinin, professor qeyd edir ki, tədqiqatlar daha bir maraqlı qanunayuğunluğu ortaya çıxarmışdır. Tanrının cəzaverici obrazı güclü olduğu xalqlarda iqtisadi inkişaf potensialı da güclüdür. Eldar Tağı “Millətçilik” qəzeti Geri dön |