Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > XAÇMAZDA “ŞƏXSİYYƏTLƏR MUZEYI”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > XAÇMAZDA “ŞƏXSİYYƏTLƏR MUZEYI”

XAÇMAZDA “ŞƏXSİYYƏTLƏR MUZEYI”


Mən bu yazıda Vətən, xalq və onun ədəbiyyatını, incəsənətini bütün varlığı ilə sevən, mənəvi dəyərlərin təbliğində əməli işi ilə qəlblərdə ehtirama layiq yer tutan bir ziyalımız haqqında söz aşmaq fikirindəyəm.

Keçən il Aşıq Ələsgərin xatirəsini yad etmək üçün Xaçmaz şəhərindəki “Şəxsiyyətlər parkı”ndakı büstünü ziyarətə getmişdik. Büstün önündə Aşıqlar Birliyinin üzvlərindən olan Aşıq Bəhmən və digər aşıqlar çıxış edirdilər. Aşıq Bəhmən mikrafona yaxınlaşıb şaqraq, gur səsi ilə sanki parkı lərzə gətirdi. Aşıq Bəhmənin belə gur səsi Şəmsəddin müəllimin qəlbini çağlayan çay kimi cuşə gətirdi, o, Aşıq Bəhmənə yaxınlaşıb onun üzündən öpdü və qayıdıb Məhərrəm Qasımlı, Akif Nəbiyev və b. nümayəndələr dayanan arxa sırada durub, saz-söz ifalarını dinləyərək xəyallarla daldı: bu hadisə xalq və sənətə sevginin böyük bir təcəssümü idi... Bəli, Şəmsəddin müəllim Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı olmaqla dövlətimizin səlahiyyətli nümayəndəsidir, onun payonun iqtisadi və mədəni inkişafında böyük xidmətləri var: bu haqda geniş yazılar yazmaq olar... Mən ən çox mədəniyyət sahəsində işləmişəm və gözlərimlə gördüyüm, şahidi olduğum bu məqamı təqdim etməkdə məqsədim ədəbiyyatımıza, mədəniyyət tariximizə qəlbən bağlı olan və onun təbliğində əməli işi ilə fərqlənən ziyalı bir şəxsiyyətin təşəbbüsü ilə yaranan “Şəxsiyyətlər muzeyi”nın mənəvi sərvətimizin ucalığında dayanan dəyərini vurğulamaqdır. Parka daxil olan zaman abidə kompazisiyasında tarixi şəxsiyyətlərin büstləri önündə dayanıb, sanki tariximizlə bağlı görkəmli dövlət xadimləri, ədəbiyyat, mədəniyyət, incəsənət nümayəndələri ilə şəxsən görüşüb söhbətlər edirsən. Gənc nəslin ədəbiyyat və mədəniyyət sahəsində məlumatlarına böyük təsir göstərən, eyni zamanda ölkəmizə gələn xarici qonaqlarda tariximiz, mədəniyyətimiz haqqında dəyərli təəssürat yaratmaqda “Şəxsiyyətlər muzeyi”nın əvəzolunmaz dəyəri vardır. Şəmsəddin müəllimə və payon rəhbərlərinə, bütünlükdə payon ictimaiyyətinə belə bir mənəvi nailiyyəti həyata keçirdikləri üçün bir daha təşəkkür edirəm, hərtərəfli inkişafda yeni-yeni zirvələr arzulayıram!..

Bu yazı ilə əaqədar Şəmsəddin müəllimin həyat yolu haqqında qısa məlumatı da təqdim etməyi münasib bildim:

XANBABAYEV ŞƏMSƏDDİN HÜSEYNQULU OĞLUX— Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı.

Şəmsəddin Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan MR-nın Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almışdır. 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu bitirmişdir. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirmişdir.

Əmək fəaliyyətinə 1963-cü ildə Bakı şəhərindəki Ağac Emalı Kombinatında başlamışdır. 1965-ci ilədək II dərəcəli dəzgahçı, yığma sexinin ustası işləmişdir. 2 il Abşeron Rayon Kommunal Təsərrüfatı şöbəsində mühəndis olmuşdur. 1967-ci ildən Abşeron Rayon Təmir-tikinti idarəsində iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin rəisi, 1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

30 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni, 04 aprel 2014-cü il tarixli sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunmuşdur.

Ailəlidir, iki övladı var.

Hazırlayan Niftalı Göyçəli

Yazıya aid aşağısındakı videonu icmal görüntü məqsədi ilə çəkib paylaşdım...

Geri dön