Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > 120-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb
120-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb |
Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi, kobud qanun pozuntularına yol verdiklərinə görə 120-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin yeni təyin edilmiş sədr müavinləri və kollegiya sədrlərinin, bu məhkəmələrin yurisdiksiyasına daxil olan və digər birinci instansiya məhkəmələri sədrlərinin, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirakı ilə geniş müşavirəsində deyilib.
Müşavirədə korrupsiya hüquqpozmalarına görə 34 hakimin intizam məsuliyyətinə cəlb edildiyi, o cümlədən onlardan 8 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi, 11 nəfərin aşağı vəzifəyə keçirildiyi və ya iş yerinin dəyişdirildiyi bildirilib. Müşavirədə hakimlər tərəfindən bəzi hallarda süründürməçilik və digər nöqsanlara yol verilməsi, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə etinasız yanaşılaraq vətəndaşlarla kobud rəftar edilməsi qeyd olunub, belə halların insanların haqlı narazılığına səbəb olduğu bildirilib. Bununla bağlı qarşıda duran vəzifələr, o cümlədən etik davranış qaydalarına dönmədən əməl edilməsi, qeyri-prosessual münasibətlərin qarşısının alınması, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi diqqətə çatdırılıb, apellyasiya məhkəmələrindən prinsipiallığın artırılması, qanun pozuntularına ciddi reaksiya verilməsi, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi vurğulanıb. Geri dön |