Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyevin 2018-ci il üçün illik fəaliyyəti ilə bağlı
Fərəc Quliyevin 2018-ci il üçün illik fəaliyyəti ilə bağlı |
Hər ilin sonunda olduğu kimi, bir neçə gündür Milli Məclisin deputatlarının 2018-ci ildəki fəaliyyətləri ictimaiyyətdə müzakirə mövzusudur. Millət vəkillərinin 2018-ci ildə Milli Məclisin iclaslarındakı müzakirələrdə iştirakları, vətəndaşların hüquqlarının müdafiəsində və ictimai-siyasi proseslərdə rolları, qanunvericiliklə bağlı təklif və təşəbbüsləri və s. fəaliyyətləri ilə bağlı ictimaiyyətə təqdimatlar edilir.
Milli Dirçəliş Hərəkatı Partiyası da partiya sədri, partiyanın Milli Məclisdə deputatı Fərəc Quliyevin 2018-ci il üçün illik fəaliyyətinin əsas statistik göstəricilərini təqdim edir: F.Quliyev 2018-ci ildə Milli Məclisin 36 plenar iclaslarında, 30 dəfə qanunvericilik təklifi ilə çıxış etmişdir. Milli Məclisin komitə iclaslarında aparılan müzakirələrdə etdiyi çıxışlar və verdiyi təkliflər bura daxil deyil. Müxtəlif sahələri əhatə edən həmin təkliflərin bir qismi artıq həyata keçirilmiş, bir qismi isə icrası nəzərdə tutulmuş məslələrdir. Cari ildə F.Quliyevin təşəbbüsü ilə seçildiyi seçki dairəsi ərazisində 21 məhəlli görüş keçirilmiş, həmin görüşlərdə əhalinin problemləri ilə maraqlanılmış, onlarla sosial, ictimai-siyasi və dövlətçilik maraqları ilə bağlı söhbətlər aparılmış, ərazilərin infrastruktur vəziyyətinə yerli baxışlar keçirilmışdir. Həmin görüşlərdə edilmiş müraciətlər dərhal icraata götürülərək, həlli istiqamətində lazımi addımlar atılmış, həlli mümkün olanlar həyata keçirilmiş, digərləri barədə sakinlərə izahat verilmişdir. Bunlardan əlavə sakinlərin müraciətləri əsasında partiyanın inzibatı binasında vətəndaşlarla müxtəlif mövzularla bağlı 5 görüş keçirmişdir. Həmin görüşlərdə edilən müraciətlər də deputatın fəaliyyət proqramına daxil edilmişdir. Seçki dairəsində isə F.Quliyev 127 qəbul keçirərək sakinlərlə görüşmüş, bundan əlavə köməkçisi vasitəsiylə də keçirilən qəbullardan 70 müraciət qəbul etmişdir. Yazılı və şifahi olaraq ümumilikdə il ərzində deputatın ünvanına 236 müraciət daxil olmuşdur ki, onlardan 104-ü artıq həll olunmuşdur. Müraciətlərin 46-sı isə dövlət proqramlarında icrası nəzərdə tutulan məsələlərdir. Həlli mümkün olan digər müraciətlər isə icraatdadır. F.Quliyevin təşəbbüsü ilə sədri olduğu Milli Dirçəliş Hərəkatı Partiyası il ərzində bir neçə dəfə tədbir təşkil etmiş, hadisələrə münasibət bildirərək, müəyyən addımlar atılmışdır. O cümlədən ölkədə və dünyada baş verən ictimai-siyasi proseslərlə bağlı F.Quliyev il ərzində KİV-də 224 dəfə çıxış edərək mövqeyini bildirmiş, bəyanatlar səsləndirmiş, çağırışlar etmiş və təkliflər vermişdir. Deputatın həmin çıxışlarının hər biri maraqla qarşılanaraq, başqa bir neçə mətbuu orqan tərəfindən yayımlanmış və daha geniş ictimaiyyətə təqdim olunmuşdur. Bunlardan əlavə F.Quliyev bir neçə ictimai, siyasi, sosial, ədəbi və idman tədbirlərinin və layihələrinin təşəbbüsçüsü və bir çox bu kimi tədbirlərin iştirakçısı olmuş, həmin layihəldə fəal iştirak etmişdir. 2018-ci ildə keçirilən Prezident seçkilərində MDHP-nin namizədi olan F.Quliyev əhali ilə daha sıx təmasda olmuş, ən geniş təbliğat-təşviqat kompaniyalarından birini təşkil edə bilmişdir. İl ərzində F.Qulievin məmnunluqla qarşıladığı iki təltifi də olmuşdur. Onlardan biri, Müdafiə Nazirliyinin ordu quruculuğu sahəsindəki fəaliyyətinə görə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, digəri isə Milli Məclisin "Parlament" medalı ilə təltifləridir. PS. Xatırladaq ki, Fərəc Quliyev 100 illik tarixləri olan Parlamentimizin və ordumuzun ən şərəfli hadisələrinə imza atmış səxslərdəndir. O, 1991-ci ildə parlamentə təqdim olunan müstəqillik aktını hazırlayan 3 deputatdan biri və 43 istiqlalçı deputatdan biridir. O, eyni zamanda Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə–könüllü batalyonların yaradılmasına rəhbərlik etmiş və ilk dəfə 5 sərhəd zastavasını rus ordusundan təhvil alıb milliləşdirilməsinin, bu ərazidəki bütün Sovet ordusuna məxsus əmlak, silah və texnikanın milliləşdirilməsinin həyata keçirilməsinə rəhbərlik etmişdir. Komandirlik etdiyi 24 könüllü ilə Naxçıvanda ən yüksək zirvədə, Ermənistanla sərhəddə yerləşən "Soyuq" adlı Yaxın Şərqə nəzarət edən radiolokasiya sistemi qurulmuş hərbi hissəni rus-erməni hərbi birliklərindən təmizləməsi və Azərbaycan ordusunun ixtiyarına verməsi əməliyyatı itgisiz ötüşmüşdür. Bu gün millət vəkili və Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü kimi Parlamentin və ordunun inkişafı istiqamətdə də yaxından iştirak edir. F.Quliyevin fəaliyyətini aşağıdakı linkdən izləyə bilərsiniz: http://davam.az/muscx MDHP Mətbuat Xidməti Geri dön |