Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Bu qış da başqa qışdır...
Bu qış da başqa qışdır... |
Yenə bu yerlərə qarlı qış gəldi,
Ömrümüzə, günümüzə sevnclə Bir dostumuz xoş gəldi.... *** Bu qış bizim ruzimizin təməli, bu qış bizim günümüzün, yarın günün səmərəsi, səməri. *** Nə xoş gəlib yurdumuza gələn qış, üzümüzə təbəssümlə gülümsəyən, gülən qış.... ***** Bu qış qışdır payızdan, Bu qış düşdü payızdan... Burda çox quş olardı, Onlar uçdu payızdan. *** Hava qarlı,boranlı, Hava yaman sopsoyuq. Nə telefon səslənir, Nə kimsədən xəbər yox... *** Torpağın qazı çıxır, Külək adamı yıxır. Malalanıb qar ilə Dərə,təpə,çöl,çuxur... *** Odun peçi,şor-çörək... Əriştə də qazanda. İştah artır, güc artır, Bu nəsnəni yazanda. *** Gizlətməyin qax-qozu, Gətirin alma,əzgil. Mürəbbələr yan-yana... Yox...bu qış ondan deyil. *** Xizəklər əmrə hazır, Xizək burda dəb düşüb. Məstan pişik otaqda, Mumu çöldə büzüşüb. *** Mumu büzüşən bayır. Mumuları sınayar. Mumuya yer verməsək, Hamı bizi qınayar. *** Çaqqallar da ulamır, Ulamağa yoxdur hey... Canavarlar çoxdandır Soyuqlardan olub key... *** Şəlalə salxımlanıb, Yerindəcə donubdur... Elə bil leylək gəlib, Tel üstünə qonubdur. *** Ay nə gözəl mənzərə!... Bir aləm hər tərəfi.... Qışda dincəlmək üçün Düzgün seçin həfəfi... *** Bu yerlərin hər fəsli Xarüqələr düzəldir. Yaz da burda- möhtəşəm, Qış da burda gözəldir... Nazim Nəsrəddinov. Bakı. 31.12.2018. Geri dön |