Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Ermənilərin Qarabağdan uçmaq cəhcləri baş tutmadı
Ermənilərin Qarabağdan uçmaq cəhcləri baş tutmadı |
Rəsmi Bakı Minsk Qrupu həmsədrləri vasitəsilə işğalçıları xəbərdar edib ki, Xankəndi aeroportu yalnız Azərbaycanın icazəsi ilə işə düşə bilər
Ermənistan tərəfinin Dağlıq Qarabağda Xocalı hava limanının birtərəfli istismarına başlamaq cəhdləri Azərbaycanın hava məkanının pozulması kimi qiymətləndiriləcək. Bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya İdarəsinin Ermənistan tərəfin hava limanını işə salmağa və Xankəndindən İrəvana və geriyə uçuşlara başlamağa hazır olması barədə bəyanatı ilə əlaqədar yaydığı məlumatda bildirilib. Dövlət Mülki Aviasiya İdarəsi erməni mənbələrində həmsədrlərin son bəyanatı ilə bağlı davam edən spekulyasiyaları nəzərə alaraq yeni bəyanat verib; hərbi ekspertlər işğal altındakı ərazilərin üzərindən uçan təyyarəni zərərsizləşdirmək üçün kifayət qədər əsaslar və vasitələr olduğunu bildirir “Azərbaycan tərəfinin icazəsi olmadan Azərbaycan ərazisi üzərində bir təyyarə belə uça bilməz. Belə bir uçuş baş tutsa, təyyarə sərhəd pozucusu hesab olunacaq və müvafiq tədbirlər görüləcək” - deyə Azərbaycan Dövlət Mülki Aviasiya İdarəsinin məlumatında bildirilir. Xatırladaq ki, ötən həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri hava limanının istismarının Qarabağın statusunun müəyyən edilməsinə təsir göstərməyəcəyi barədə bəyanatla çıxış ediblər və tərəfləri güc tətbiqindən yayınmağa çağırıblar. Həmsədrlər bildiriblər ki, tərəflər mülki hava gəmilərinə qarşı güc tətbiqindən və güc tətbiqi ilə hədələmədən çəkinmək barədə öhdəlik götürüblər. Minsk Qrupu həmsədrlərinin bəyanatı Azərbaycan tərəfinin Xankəndi aeroportundan uçuşlara “yaşıl işıq” yandırması kimi başa düşülüb. Çünki bundan əvvəl rəsmi Bakı işğal altındakı ərazilər üzərindən uçuşların həyata keçirilməsinə imkan verilməyəcəyini, qanunsuz uçuş həyata keçirən təyyarələrin vurula biləcəyini bildirmişdi. Bu məsələdə Beynəlxalq Mülki Aviasiya Komitəsi də Azərbaycanın tərəfindədir və erməniləri xəbərdar edib ki, Xankəndi hava limanının fəaliyyətə başlaması ilə bağlı beynəlxalq normalara uyğun hərəkət edilməlidir. Minsk Qrupu həmsədrlərinin birmənalı olmayan son bəyanatından sonra erməni tərəfində Xankəndi hava limanının açılması ilə bağlı artıq ciddi maneənin qalmadığı barədə spekulyasiyalar başlayıb. İyulun 23-də isə Dağlıq Qarabağ “Mülki Aviasiya İdarəsinin” “rəisi” Dmitri Atbaşyan Xankəndindən uçuşların bir neçə həftədən sonra başlana biləcəyini bəyan edib. “Mülki aviasiya vətəndaşların hərəkət etmə hüquqlarının təmin edilməsinə xidmət edir və həmin adamların yaşadıqları ərazinin statusuna aidiyyəti yoxdur. Əminəm ki, uçuşlar bir neçə həftədən sonra başlana bilər” - deyə D.Atbaşyan təyyarə limanının tikintisinin praktik olaraq tam başa çatdığını və təyyarə qəbul etməyə hazır olduğunu bildirib. D.Atbaşyanın sözlərinə görə, ilk mərhələdə uçuşlar İrəvanla Xankəndi arasında olacaq. Gələcəkdə uçuş istiqamətlərinin genişləndiriləcəyi nəzərdə tutulur. Lakin rəsmi Bakı son bəyanatı ilə həmsədrlərin çağırışının yersiz olduğunu və hava sərhədinin pozulmasının qarşısının alınacağını göstərir. Mümkün ssenariləri “Turan” informasiya agentliyinə şərh edən hərbi ekspertlər qeyd ediblər ki, Ermənistandan Qarabağa mülki aviasiya uçuşları mütləq Laçın və ya Kəlbəcər (Qarabağ ətrafında Azərbaycan rayonları) üzərindən keçəcək. Daha sonra təyyarə Əsgəran üzərində dairə vuraraq mütləq Ağdam rayonu üzərinə keçəcək (Qarabağ ətrafında işğal edilmiş daha bir rayon). Yəni uçuşun qarşısının alınması üçün kifayət qədər hüquqi əsaslar var. Hərbi vasitələrə gəlincə isə Azərbaycanın bu təyyarələrin uçuşuna mane olacaq şərait yaratmaq və ya onları məhv etmək üçün lazımi qədər hava hücumundan müdafiə (HHM) vasitələri - müxtəlif dərəcəli və modifikasiyalı “yer-hava” tipli raketləri, habelə təyyarənin elektron rabitə vasitələrini sıradan çıxaracaq və ya işini ciddi şəkildə pozacaq elektron maneələri var. Bununla uçuşlar sərnişinlər üçün həddindən artıq təhlükəli ola bilər. Bu, ilk reyslə uçacağını vəd edən prezident Serj Sərkisyan olsa belə... Qondarma “DQR” təmsilçisinin açıqlamasına əsasən erməni tərəfi Xankəndində hava limanının açılmasının Dağlıq Qarabağın hüquqi statusuna hər hansı təsirinin mümkün olmadığını qəbul etməyə razıdır. Yəni erməni tərəfi bildirir ki, əgər Azərbaycan təyyarə reyslərinə mane olmasa, Ermənistan da Xankəndində hava limanının açılmasından Dağlıq Qarabağın “müstəqil” olduğunu təbliğ etmək üçün istifadə etməyəcək. Lakin bu, hiyləgər taktikadır. Ekspertlərdən birinin hesab etdiyinə görə, Bakıda erməni tərəfinin Minsk Qrupu həmsədrləri vasitəsilə çatdırdığı bu “kompromis” təklifinin mahiyyətindən xəbərdardırlar. Ona görə də həmsədrlər vasitəsilə erməni tərəfinə verilən mesajın məzmunu belədir: əgər ermənilər Xankəndində aeroport açmaq və oradan İrəvana uçuşlar təşkil etmək istəyirsə, bu məsələni mütləq rəsmi Bakı ilə razılaşdırmalıdır, yəni Xankəndi aeroportu Azərbaycan ərazisində fəaliyyət göstərən və ona aid olan hava limanı kimi beynəlxalq kod alarsa oradan uçuşlar başlaya bilər. Həmsədrlərin bəyanatındakı Xankəndi aeroportu ilə bağlı məsələnin beynəlxalq mülki aviasiya normaları əsasında tənzimlənməli olduğu barədə məqam da bunu təsdiqləyə bilər. Əks halda, bu uçuşlar tamamilə qanunsuz olacaq və beynəlxalq normalar Azərbaycana imkan verəcək ki, onun qarşısını alsın. Bu zaman erməni tərəfi Azərbaycanın mülki təyyarəni hədəf almaqla beynəlxalq normaları pozduğunu iddia edə bilərdi. Lakin Ermənistanın Mülki Aviasiya İdarəsinin keçmiş rəhbəri Şaqen Petrosyan bir neçə ay əvvəl bu məqamla bağlı tutarlı izahat vermişdi. Ş.Petrosyan demişdi ki, aviaşirkətlərə kodları İCAO və IACA (İnternational Air Carrier Association) verir, Qarabağ aviaşirkətlərinə isə heç kim belə kod verməz. Nəticədə onlar qanunsuz sayılacaq: “Xankəndindən Ermənistana uçuşlar daxili reyslər kimi təqdim edilə bilər, bunun üçün dövlətlərarası razılaşmaya ehtiyac yoxdur. Ancaq onda da belə çıxacaq ki, Ermənistan Dağlıq Qarabağa nəzarət edir. Gələcəkdə nə olacaq, onu deyə bilmərəm, lakin bu uçuşlar təhlükəlidir. Əvvəlcə hüquqi məsələlər həll edilməlidir, sonra texniki məsələlər. Mümkündür ki, Azərbaycan Xankəndindən qalxan erməni təyyarəsini vursun və bu da böyük beynəlxalq qalmaqala səbəb olsun. Qarabağ qapalı hərbi zonadır. Böyük beynəlxalq qalmaqal qalxa bilər. Lakin heç kim təyyarənin vurulmasına görə heç kimi cəzalandıra bilməz. Çünki hüquqi nöqteyi-nəzərdən deyəcəklər ki, təyyarə beynəlxalq kod olmadan uçub, biz haradan bilək o, hərbi təyyarə idi, ya yox. Mən təhlükəni bunda görürəm”. F.MƏMMƏDOV Geri dön |