Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > İranın iftira və yalanlarına nə zaman son qoyulacaq?
İranın iftira və yalanlarına nə zaman son qoyulacaq? |
Rövşən ZİYA
XalqXəbər İnformasiya Agentliyinin redaktoru İran mətbuatı öz ampluasında davam edərək, Azərbaycana qarşı şər-böhtan dolu yazıları çap etdirməkdən vaz keçmək istəmir. Bu ölkənin http://www.arannews.ir/az/news saytı demək olar ki, hər gün ölkəmiz haqqında sərsəm və gic yazılar verməkdədir. Bu da onu göstərir ki, özünü bizə dost göstərməyə çalışan İran dövləti əslində dövlətçiliyimiz üçün ən böyük təhlükə mənbəyidir. Allah eləməmiş kimi, sabah regionda hər hansısa bir müharibə təhlükəsi yaranarsa, İran bundan yararlanaraq, müxtəlif təxribat əməllərindən əl çəkməyəcək. Bu dövlət qədim tarixdən başlayaraq, bu günə qədər dövlətçiliyimizə və xalqımıza qarşı təhlükə çənbəyi olub. Hətta İran şahları bir neçə dəfə qoşun çəkərək, ölkəmizin hüdudlarına soxulmuş və çoxlu fəlakətlər törətmişdir. Azərbaycan İslam Partiyasının sədr müavini Hacı Vaqif Abdullayevin həbsxanada qəfil vəfatını əllərində bayraq edən bu ölkənin üzdəniraq mətbuatı sözün əsl mənasında Vətənimizə qarşı qara yaxmağa, Azərbaycan dövlətini və hökuməti ən axmaq və dilçilikdə belə olmayan ağır sözlərlə təhqir edirlər. Bu mətbuat orqanları sırasında yuxarıda adını çəkdiyimiz xəbər portalı xüsusi canfəşanlıq edir. Hacı Vaqifin ölümünü “O, şəhadət zirvəsinə ucaldı” kimi qələmə verən sayt rəhbərliyi bəlkə də bu zifrvənin nə olduğunu, şəhadətə çatmaq üçün hansı tələblərin qoyulduğunu və kimlərin bu zirvəyə ucala biləcəyi haqqında Allah-Təalanın Quranda göstərdiyi şərtləri bəlkə də bilmir. Bu cənablar unudurlar ki, Vətənini müəyyən məbləğə satan, ölkəsinə və dövlətçiliyinə ən böyük təhlükə olan hərəkətlər edən, təbliğatlar aparan və buna görə cəza alan və ölən insan şəhadətə ucalmır, əksinə cəhənnəmə vasil olur. Əslində mən bu sözlərlə Hacı Vaqifin ruhunu təhqir etmək istəmirəm. Əvvala, Allah ona rəhmət eləsin. Bununla belə onu da deyim ki, onun həbsxanaya düşməsi səbəbsiz deyil. Bir günahı olub ki, o da cəzasına çatdırılıb. Əgər doğrudan da Hacı İsmayıl sağlığında İranla casusluq əməkdaşlığı edibsə və Azərbaycanla bağlı mühüm məlumatları bizə düşmən mövqeyində dayanan farc casus şəbəkəsin satıbsa, mən birmənalı şəkildə bunu casusluq əməli, satqınçılıq adlandırıram və belə hesab edirəm ki, o, cənnətə deyil, cəhənnəmə vasil olub. Qurani-Kərimdə də Allah-Təala Vətəninə xəyanəti bağışlanılmaz günahlar arasına salıb. Həmin “cənab”lara da məsləhət görürəm ki, Qurani-Kərimdə və Hədisi-Şəriflərdə bununla bağlı olan ayə və müddəaları diqqətlə oxusunlar. Əgər kimlərsə nəyinsə naminə mərhuma və İran mətbuatının dediklərinə haqq qazandırmağa çalışırsa, deməli o da satqın və xəyanətkardır. Bunu mən birmənalı şəkildə bəyan edirəm və kiminsə sözü varsa, buyursun, oturaq, üzbəüz bunu müzakirə edək. Bir jurnalist kimi, saytın Azərbaycana qarşı düşmənçiliyinin hardan qaynaqlandığını təxminən söyləyə bilərəm. Məlumdur ki, rəsmi Bakının yeritdiyi balanslaşdırılmış siyasəti nəticəsində bir çox ölkələr bizimlə normal münasibətlər qurur və hərtərəfli əməkdaşlıq edirlər. Bu ölkələr sırasında İsrail də var. Azərbaycanla İsrail arasında çox möhkəm dostluq və əməkdaşlıq münasibətləri qurulub. Dostluq hətta o səviyyəyə çatıb ki, Bakı Təl-Əvivdən bir az ucuz qiymətə son model silah-sursat, mərmilər və helikopterlər, pilotsuz təyyarələr alıb. Bu da bizimlə bir dini, hətta eyni məsləyi, yəni şiəlik məsləyini paylaşan, İslam dini ehkamları üzərində qurulmuş, əslində isə bu ehkamlara xəyanət etmiş İran İslam respublikasının xoşuna gəlmir. O da bizə acıq vermək üçün bizimlə müharibə şəraitində yaşayan Ermənistanla münasibətlər qurdu. Bununla kifyaətlənməyərək, ölkəmizə qarşı psixoloji və informasiya müharibəsinə başladı və hər yerdə ölkəmizi aşağılamağa çalışdı. Ancaq İran çox böyük tikələr udduğu üçün boğazında qaldı, yəni bizə qarşı apardığı təbliğat işə yaramadı. Azərbaycan heç nəyə fikir vermədən qısa müddət arzində, müstəqil şəkildə inkişaf yolunu tutdu və xeyli irəli getdi, baxmayaraq ki, sosial həyatımızda çoxlu nöqsanlar mövcuddur. Məhz bu inkişaf İranın boğazında iri bir loxma olaraq qalıb və nə qədər də çalışsa da çıxara bilmir. Sonda mən üzümü MTN, DİN, Baş Prokurorluq kimi rəsmi dövlət oqranlarına, Mətbuat Şurasına və digər aidiyyəti orqanlara tutaraq tələb edirəm ki, Arannews.ir xəbər portaılının ölkəmizdən yayımlanmasına son verilməsi üçün tədbirlər görsünlər, yaxud saytın təhlükəli fəaliyyəti ilə bağlı rəhbərliyinə, yaxud İranın ölkəmizdəki səfirliyinə xəbərdarlıq göndərsinlər. MTN və DİN-dən də bir vətəndaş və mətbuat nümayəndəsi, bir yazar kimi tələbim odur ki, saytın fəaliyyəti ilə bağlı araşdırmalara başlasınlar və onların ölkəmizə bu dərəcədə düşmən münasibətinin, bu qədər şər-böhtan, qarayaxmaların haradan qaynaqlandığını aşkarlasınlar və vətəndaşalrımıza və mediaya bununla bağlı açıqlama versinlər. Əks halda ictimaiyyəti və medianı ayağa qaldırmaq üçün fəaliyyətə keçəcəyəm. Geri dön |