Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, DAVAMın yazıları > Şirinxanım Kərimbəyli Şadiman - URMU GÖLÜ HARAYI
Şirinxanım Kərimbəyli Şadiman - URMU GÖLÜ HARAYI |
Güney ağrısı daima ürəyimdə dərd olaraq özünə yurd-yuva salıb. Güney Azərbaycanında tədris ocaqlarında dilinə yasaq qoyulmuş başıbəlalı xalqımız İran üsul-idarəsinin əlində ağrılar içərisindədir. Mənə elə gəlir ki, Vətən eşqi bütün hisslərdən, duyğulardan ucada durur. Bu duyğunu ürəyində daşıyanların əksəriyyəti ziyalılar, mənəviyyat adamlarıdır. Məcburiyyət ucbatından dünyanın dörd bir yerinə səpələnmiş///, binəva Güneyli qardaş və bacılarımızın əzilən qürurlarından yana daima ürəyim sızıldayır. Bizim ulu babalarımız birlik şərbətini vaxtında niyə içə bilmədilər?! Bu gün onların törəmələri bu acı həqiqətin ağrıları içərisində əzilməkdədirlər. Azərbaycanın Güneyi daima inqilabların/, haqq uğrunda mübarizələrin beşiyi olub. Nə qədər itkilər, nə qədər qanlar tökülüb məmləkətimizdə…
Bu yaxınlarda mətbuat səhifələrindən məlumatlandım ki, Azərbaycanımızın Güneyinə məxsus Urmiyamızın tacı olan Urmu gölü qurumaq təhlükəsi ilə üzbəüz qalıb. Iran baş bilənlərinin Urmu gölünə ögey münasibəti məndə həm təəccüb, həm də hiddət hissini gerçəkləşdirir. Belə götürəndə İran heç də kasıb bir dövlət sayılmamalıdır. Neftdən, qazdan gələn gəlirlərlə o ölkə tam firavanlıq içində yaşaya bilər və baş verə biləcək hər bir təbii fəlakətlərin qarşısını ala bilər, çünki hər şeyi dünyada həll edən ağıl və paradır. Necə deyərlər: «Adamı adam edən paradır, parasız adamın üzü qaradır…» İndi dünyamızda günbəgün artan təbii fəlakətlər, dağıdıcı zəlzələlər, sunamilərlə yanaşı ekoloji balans pozulması fonunda çayların, göllərin quruması səhralaşma, oksigen azlığı insan varlığını təhlükəyə atmaqdadır. Bütünlükdə bu olaylar insanları, xüsusən də dünyanı idarə edənləri ağıllarını işə salıb dərindən fikirləşməyə çağırmırmı?! Bu dünyanın nizamının pozulmasından yana həyəcan təbili deyilmi?! Mən təkcə bir yazar kimi yox, Neft sahəsində geofizikada çalışmış bir mühəndis kimi bu acıları yazıya almağa çalışacam. Neft istehsal edən ölkələr bilirlər ki, neft ölkəyə gətirdiyi gəlirlərlə bahəm bir çox ağrı-acılar da gətirir. Bu ağrı-acılardan ən böyüyü neftli ərazilərin çirklənməsi, atmosferə atılan qazlar, saysız- hesabsız tullantılardır. Bütün bunlar təbii fəlakətlərə yol açır, göllərin, çayların qurumasına yaşşıllıqların məhv olmasına təbiətdə karbon qazlarının çoxalmasına, oksigenin azalmasına səbəb olur. Bu da canlıların bir başa sağlığına dəhşətli bir zərbədir. O canlılardan birincisi isə dünyanın həm bəzəyi, həm də başının bəlası olan İnsandır. İnsansız dünya heçdir. Dünyasız insan… İndiki zaman dünyada insan toplumu ürək çatmazlığı bəlasından əziyyət çəkir. Bilirsiz niyə? Ona görə ki bir el məsəlində deyildiyi kimi «Nə tökərsən aşına, o da çıxırar qaşığına…» İnsan nəfsinin felinə düşüb, müvəqqəti ömrünü nəfsinə fəda edir, ona görə də İranda hakimiyyət kürsüsündə oturanlar bu acı mətləbi göz önünə gətirib URMU GÖLÜnün qurumasına seyirçi qalmamalıdırlar. İran güc sahibləri tezliklə bu bəlanın qarşısını almalıdırlar. Urmu gölü haqqında qısa bir arayış: Urmu gölü İran hakimiyyətinin tabeliyində olan Güney Azərbaycan, Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında olan göldir. Cənubu Azərbaycan və İranın ən böyük gölü…Səthinin sahəsi 5.822 km, maksimum həddi şimaldan cənuba 140, şərqdən qərbə 55 kilometrdir. Ən dərin nöqtəsi 16 metrdir. Göldə 100-dən çox ada var. Bu adaların ən böyüklərindən birində vaxtı ikən bütün dünyaya lərzə salmış Çingiz xanın nəvəsi Hülakü xanın nəvəsinin qəbri var. Urmu gölü Cənubi Azərbaycanın və İranın ən məşhur gölüdür. Köçəri quşlar bu gölü miqrasiya zamanı fasilə məntəqəsi kimi istifadə edir. Gölə tökülən çaylar: 1.Nazilçay 2.Acıçay 3.Sofiçay 4.Cığatıçay 5.Tətovuçay Arayışdan göründüyü kimi göl həm tarixi baxımdan, həm ekoloji tarazlığın pozulmaması baxımdan qorunmalıdır. Bu gölün quruması təkcə orda yaşayan Azərbaycan türkləriinə yox, bütünlükdə İran əhalisinə, habelə qonşu ölkələrə faciə gətirə bilər. Bu yaxınlarda internet portallarında Urmu gölünün çəhrayı rəngə boyanmasının şəkilləri yayımlanırdı. Gölün çəhrayı rəngə boyanması göldə olan mikro canlıların qırılma təhlükəsindən xəbər vermirmi?... Göldə canlı orqanizm üçün su azlığından bəlkə göl çəhrayı rəngə boyanıb. Gölün quruması ətraf ərazinin səhralaşmasına yol aça bilər. Bu isə qlobal fəlakət deməkdir! Deməli bu ətrafda yaşayan insanların həyatına təhlükədir. Bütünlükdə İran əhalisinə təhlükədir. İran güc adamları, alimləri bu ürək ağırıdan mənzərəyə seyirçi qalmamalıdır. Bu gün İran nüvə fizikası elminə yiyələnib. Bu elimə yiyələnməkçin milyardlarla pul xərcləyib və xərcləyir. Deməli bu gölün də qurumasının qarşısını almaq üçün elmi və fiziki gücü hərəkətə gətirib təbii fəlakətin qarşısını almaq olar. Yer kürəsi hamımızındır, miliyyətindən, dinindən, irqindən asılı olmayaraq, bütün insanlarındır. Hardasa bir meşə yanır, çay quruyur, göl quruyur, zibilləşmə gedir, bu bütün təbiətə quyu qazımaqdır və dolasıyla isə özümüzə…Müqəddəs kitabımız Quranı əlindən yerə qoymayan İran hakimiyyət adamları Allah eşqinə bu fəlakətin qarşısını tezliklə almalıdırlar. Çünki Allah həm təbiətin, həm də dinindən, milliyyətindən asılı olmayaraq ona tapınanların və tapınmayanların qoruyucusudur. Allah eşqinə URMU GÖLÜ qorunmalıdır, elə bu dəqiqə, bu an. bu saniyə…Azəri türklərinə nifrətin acığını göldən, dənizdən, çaydan. meşədən çıxmaq olmaz! Bu acığın zərbəsi sonda onu edənlərin birbaşa özünə dəyəcəkdir! Ona görə də, ey İranın elm adamları, hakimiyyət sahibləri, ÜRMÜ GÖLÜnün HARAYINA qulaq asın! Bu haray təbiətin, kainatın, bütünlükdə gecəbəgündüz məscidlərdə, camilərdə «Allhu-Əkbər» dediyiniz ALLAHIN harayıdır. Çünki yeri də, göyü də Allah yaratmış deyiriksə, bu İlahi harayıdır. BU haraya tələsin, QURAN naminə, İSLAM naminə, ALLAH naminə… Şirinxanım Kərimbəyli Şadiman 26.07.2012 Geri dön |