Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənilər BMT sənədini təhrif edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Ermənilər BMT sənədini təhrif edib

Ermənilər BMT sənədini təhrif edib


Elman Abdullayev: “Bu məlumat BMT-nin deyil, Ermənistanın mövqeyini əks etdirir”

Aydın Mirzəzadə: “Azərbaycan silahlanma kvotasını keçməyib”


BMT baş katibinin silahlanma ilə bağlı hesabatında Azərbaycan barədə fikirlər təhrif olunub. Bu barədə ötən gün açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. E.Abdullayev bildirib ki, sənəddəki məlumat BMT-nin deyil, Ermənistanın mövqeyini əks etdirir. Sitat: “Ermənistan kütləvi informasiya vasitələrinin istinad etdiyi sənəddəki informasiyanın BMT-nin mövqeyinə heç bir aidiyyəti yoxdur. Bu sənəd orada göstərildiyi kimi bir sıra ölkələrin, o cümlədən Ermənistanın BMT baş katibinin göndərdiyi sorğuya cavabıdır. Bununla da bu məlumat BMT-nin deyil, Ermənistanın mövqeyini əks etdirir”.

XİN sözçüsü deyib ki, Ermənistan KİV-i dezinformasiya yaymağa və bununla beynəlxalq ictimaiyyət çaşdırmağa çalışmasın: “Bu cəhdlər uğursuzluğa düçar olacaq, BMT-yə üzv ölkələr, xüsusilə BMT Təhlükəsizlik Şurası artıq Ermənistanla bağlı öz mövqeyini ifadə edib, bu ölkəni işğalçı dövlət kimi tanıyıb və öz qoşunlarını dərhal, qeyd-şərtsiz işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmağı tələb edib”.
Qeyd edək ki, iyulun 9-da yayılmış “Regional və subregional səviyyələrdə adi silahlar üzərində nəzarət” adlı sənəddə bu məsələyə 8 ölkənin cavab-mövqeyi əksini tapıb. Belə ki, 2011-ci il dekabrın 2-də qəbul olunmuş “Regional və subregional səviyyələrdə adi silahlar üzərində nəzarət” adlı qətnaməyə əsasən Baş Assambleya bu məsələyə təcili baxılmasını zəruri sayıb və baş katib Pan Gi Mundan quruma üzv ölkələrin qeyd olunan problemə dair mövqelərini öyrənməyi və 67-ci sessiyaya hesabat təqdim etməyi xahiş edib. BMT baş katibinin quruma üzv ölkələrə göndərdiyi sorğuları yalnız 8 dövlət - Ermənistan, Burkina-Faso, Almaniya, İspaniya, Kolumbiya, Panama, Türkmənistan və Türkiyə cavablandırıb. Bu ölkələrin cavabları BMT baş katibinin hazırladığı hesabata daxil edilib.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Aydın Mirzəzadə Azərbaycanın silahlanma kvotasını keçmədiyini deyir. Deputatın fikrincə, erməni mətbuatı növbəti dəfə Azərbaycana qarşı təxribat həyata keçirib: “Bir qayda olaraq o ölkə güclü silahlanmlış ölkə sayılır ki, onun büdcəsinin 15 faizdən çox hissəsi silahlanmaya gedir. Azərbaycanda bu rəqəm kifayət qədər aşağıdır. Digər tərəfdənsə bildirim ki, Ermənistan mətbuatı vaxtaşırı Azərbaycan haqda yalan məlumatlar yayır. Təəssüf ki, bəzən həmin məlumatları yoxlamadan Azərbaycan daxilində tirajlamaq istəyən qüvvələr də tapılır. Bu gün Azərbaycanın torpaqlarının işğal olunduğu bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-nin sənədlərində kifayət qədər təsdiq edilib. Hətta Azərbaycan 15 faizlik həddi keçsə belə heç bir təşkilatın Azərbaycanı ittiham eləməyə ixtiyarı yoxdur. Çünki BMT-nin nizamnaməsinə görə, hər bir ölkənin öz ərazi bütövlüyünü qorumaq üçün hərb yolundan istifadə etmək hüququ var. Bu baxımdan gələcəkdə də ayrı-ayrı mötəbər təşkilatların və onların rəhbərlərinin adından Azərbaycanla bağlı yalan məlumatların yayılması tamamilə gözləniləndir. Sadəcə olaraq, bizim cəmiyyət bunun hardan qaynaqlandığının fərqinə mütləq varmalıdır”.

KƏNAN

Geri dön