Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > «Müsəlman olkələrində gedən eyni proses sonra xristian ölkələrində də başlanacaq»
«Müsəlman olkələrində gedən eyni proses sonra xristian ölkələrində də başlanacaq» |
Səftər Rəhimli: «Türküstan dövlətinin yaranma zərurəti də çox böyükdür»
«Əsəd diktator rejiminin getməsinə sayılı günlər qalmaqdadır. Suriyadakı rejimin yıxılmasından dərhal sonra, növbə ilə əsasən İran,Rusiya və Çindəki siyasi rejimlər çökməyə başlayacaq. Ona görə də BMT Təhlükəsizlik Şurasında təmsil olunan Rusiya və Çin veto hüququndan istifadə etməklə tarixi yanlışlığa yol verərək, Əsəd rejimin qalması üçün sona qədər dirəniş göstərməkdədirlər». Bu fikirləri «Vətəninfo.az»nə açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin üzvü, beynəlxalq məsələlər üzrə ekspert Səftər Rəhimli səsləndirib: «Çox keçməyəcək İran,Rusiya və Çində yaşayan xalqlar da mövcud siyasi rejimlərdən Əsəd kimi gözü dönmüş, öz xalqını qıran, zülm edən diktatoru müdafiə etdiyi üçün hesab soracaqlar. Həmin ölkələrin xalqları yaxşı bilir ki, sözügedən hakimiyyətlər Əsəd rejimindən bir o qədərdə fərqlənmirlər. Qlobal dünya yeni bir proses içərisinə qədəm qoymaqdadır. Yəni dünyada haqsızlıqların ortadan qalxması, onların yerinə ədalətə, haqqa və beynəlxalq hüquqa dayanan yeni siyasi rejimlərin əvəz etmə prosesi gəlməkdədir». S.Rəhimli əlavə edib ki, Qlobalaşan dünya xüsusən texnalogiyanın sürətlə inkişafı nəticəsində insanlar arasında kifayət qədər əlaqələrin yaranması ilə kiçilib: «Ona görə də artıq hər hansı bir bölgədə basqıcı siyasi rejimlərin qapalı şəraitdə uzun müddət davam gətirməsi mümkünsüzdür. Artıq insanlar bundan sonra dinindən, irqindən asılı olmayaraq bir-birilə sıx əlaqədə olacaq və bir-birinin haqq mübarizələrinə dəstək verəcəklər. Müsəlman olkələrində bəzi xristian dövlətləri və təşkilatları tərəfindən iqtidarlara gətirilən diktatorlar xalqlar tərəfindən devrildikdən sonra, eyni proses dərhal sonra xristian ölkələrində də başlanacaq. Dünyamızın qədəm qoyduğu yeni mərhələdə tarixi ədalətsizliklərin ortadan qalxması ilə Türk-islam birliyinə dayanan Türküstan dövlətinin yaranma zərurəti də çox böyükdür». Əli Zülfüqaroğlu Geri dön |