Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > BİZ KİMİK...?
BİZ KİMİK...? |
Hüseyin GÜNƏŞLİ
Bir sıra alimlər biz türklərin soyunu Hz. Nuhun oğlu Yafəsə qədər aparıb çıxrır , iddia edirlərki bütün türklər ondan törəyib.Bəzilərinin fikirincə isə Hz. İbrahimdən törəyib türklər (Kantura). Məsələnin kökünü bu qədər dərinlikdə axtara bilmərik..ama türklərin adını tarixə yazan bəzi məsələləri yada salmağla tarixdəki önəmli rolumuza nəzər salaq. Biz o türklərik ki Hz. Məhəmmədin tərifinə layiq olmuşuq (onlarla və ya onlardan bəziləri ilə birlikdə olmaq mənim üçün, sizinlə vəya sizlərdən bəziləri ilə bir yerdə olmaqdan daha güvənlidi...ət-Tirmizi...Türklərin dilini öyrənin cünki onların hakimiyyəti uzun olacaq) Biz o türklərik ki , çinlilər qorxudan dünyanın ən böyük səddini tikməyə məcbur olublar.. Biz o türklərik ki (Atilla) , Roma papası II Leo Romanın dağıdılmaması üçün baş əyib yalvarıb.. Biz o türklərik ki (Kür Şad) , 40 nəfər əsgərlə Çin imperatorunun sarayına hücum edib 100-lərlə çinli əsgəri məhv edib, əsirlikdə saxlanılanların azad edilib yeni dövlətin qurulmasını təmin etmişik.. Bizik 50 minlik ordu ilə 200 minlik ordunu məhv edib Anadolunu türk yurduna çevirənlər (Alparslan). Bizik savaş gəmilərini qurudan keçirib İstanbulu türk yurdu edən çağ açıb , çağ bağlayan( Fateh sultan Mehmet)... Biz idik Konstantinopolu fəth edərək xristianlığı himayə edənlər , biz idik Avropadan qovulan yəhudilərə sahib çıxan onları , himayə edən..Biz idik xilafəti yönətənlər........ Amma bu saydıqlarım bu gün ancaq nağıldı..nə o əzəmət qalıb ,nə o birlik qalıb ,nədə o güc... Ey Türk Bəyləri , millət , eşidin ! Üstdə göy çökməsə , yerdə yer deşilməsə sənin elini sənin törəni kim poza bilər..?! Ey türk milləti titrə və özünə gəl...!!! Geri dön |