Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Qarabağdan Anadoluya könül körpüsü” konserti baş tutdu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > “Qarabağdan Anadoluya könül körpüsü” konserti baş tutdu

“Qarabağdan Anadoluya könül körpüsü” konserti baş tutdu


M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında qaçqın və məcburi köçkün, şəhid ailələri Milli Qəhrəman ailələri və müharibə veteranları (onların ailələri üçün) üçün xeyriyyə konserti keçirilib. Xeyriyyə konserti millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və Umud Rəhimoğlunun rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun 11 ayın sultanı olan Ramazan ayında Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi nəticəsində məcburi köçkün düşmüş ailələrin nümayəndələri, şəhid ailələri, Milli Qəhrəman ailələri və müharibə veteranları (onların ailələri üçün) üçün hazırlanmışdı.

Tədbirdə millət vəkili Qənirə Paşayeva, digər deputatlar, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Avropa Qəzetçilər Birliyinin rəhbəri Adnan Fişəng, bir sıra ziyalılar, iş adamları və qaçqın, məcburi köçkünlərin ailələri iştirak edib.
Tədbirdə Qənirə Paşayeva verilən dəstəyə görə Nazirlər Kabinetinə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

Millət vəkili Azərbaycan Respublikasını illər öncə müharibə şəraitində olan vəziyyəti ilə indiki vəziyyətini müqayisə edib: “Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdəki Azərbaycan deyil, onun ordusu da o dövrdəki ordu deyil. İndi daha güclü bir orduya malik bir dövlətik. Ali Baş Komandan İlham Əliyev çıxışlarında hər zaman xüsusi qeyd edir ki, “Azərbaycan torpaqlarının bir faizini belə düşmənlərimizə güzəştə getməyəcək və Qarabağ Azərbaycanın ayrılmaz parçası olub və olacaq”. İnanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi ilə tezliklə bu gün işğal altında olan torpaqlarımıza dönəcəyik. İnşallah gələn il 11 ayın sultanı olan Ramazan ayında keçirilən xeyriyyə tədbirimizi işğaldan azad edəcəyimiz Qarabağımızda, Xocavənddə, Şuşada, Laçında və digər cənnət bölgələrimizdə keçirək”.
Sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Qaçqınlar və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov və Türkiyədən gələn müğənni qonaq Nursaç Doğanişıq öz ürək sözləri ilə bölüşüblər.
Daha sonra söz musiqiyə verilib. Nursaç Doğanişıq ard-arda Azərbaycan musiqilərini səsləndirib. Türkiyəli sənətçi özünün ailəsinin əslən Gəncədən köçənlərdən olduğunu da vurğulayıb. Nursaç Doğanişığa Azərbaycan müsuqisinin təbliğində və Türk dünyasının musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə mükafatlar, Qarabağ xalçası hədiyyə edilib.
Daha sonra Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva çıxış edib.

Geri dön