Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları > GÖYÇƏ MAHALINDA ŞEİR-SƏNƏT VƏ BƏZİ ZİDDİYYƏTLƏRƏ AÇIQLAMA
GÖYÇƏ MAHALINDA ŞEİR-SƏNƏT VƏ BƏZİ ZİDDİYYƏTLƏRƏ AÇIQLAMA |
Hörmətli filoloq alim Məhərrəm Qasımlının “Folklor və ədəbiyyat araşdırmaları” kitabından (səh. 529) oxuyuruq: “... Aşıq Ələsgər bu çağırışdan yayınmağa çalışsa da, başqalarının sözünə uyan Aşıq Alı dediyindən dönməmiş və ustad-şəyird arasında arzuolunmaz deyişmə baş vermişdir...qocaman aşıq gözlənilmədən məğlub olunmuşdur.” ...Hanı o bağlama? Necə ola bilərdi ki, elə ünlü-sədalı hadisə zamanı deyilən bağlama şeirdən heç olmasa, bircə bənd də ortada yoxdur. Bu qərəzli yalan- iki ustad sənətkarı qarşı-qarşıya qoymaq kimlərin məkridir?! Allah kimə hansı qabiliyyəti veribsə, onu da elə qəbul etmək doğrudur: kimi isə mifləşdirmək, necə gəldi tərifləmək, “şişirtmək” ikrah yaradır, çox şişirdilən həddini aşarsa, partlamalıdır. Son zamanlar qəribə titullar işlədilir. Bir sənətkara əvvəlcə “ustad”, sonra “dədə”, “şeirin peyğəmbəri”...bunlar da bəs eləmir: “şeirin Allahı” kimi adlar verib fövqəlbəşər səviyyəyə qaldırırlar, dəhşət deyilmi?.. Aşıq Alnın şəcərəsindən imkanlı-varlı adamlar yoxdur deyə ona qarşı belə böhtan kimə şərəf gətirər ki? Dindən-dondan çıxıb Allahı unudan hər kəs bilməlidir ki, kimi isə “ucaltmaq” xatirinə kimə isə qara yaxmaq, başqasının imkanlı qohumuna yarınmaq ziyalı adına ləkə gətirməkdən savayı yaxşı heç nə verməz. Məhərrəm müəllim bu yanılış yazıya görə alicənablıq göstərib üzr istəməlidir... Aşıq Alı dini təhsil görmüş, Qurani-Kərimi oxuyub başa çatmış və hikmətləri, ibrətləri dərindən bilən idrak mərhələsində şeyx məqamına yüksəlmiş alim-filosof şəxsiyyət olmuşdur, eyni zamanda dövrünün fenomen sənətkarı idi. O, Qurani-hafiz olmaqla Haqq aşiqi idi, şərq aləmində ünlü sənətkarlar, alimlər onun qarşısında söz meydanında aciz olmuşlar. Onun haqqında dastan-rəvayətlər də bu dediklərimizi təsdiqləyir. Aşıq Ələsgər Aşıq Alının şəyirdləri sırasında ustadından mükəmməl dərs alsa da, heç bir təhsili olmayan dərin hafizəli, möhkəm yaddaşa malik el aşığı olmudur, həmçinin gəncliyində dediyi şeirlər nəzirələrdən ibarət olmuş, yaşlananda isə öz təxəyyülü ilə şeirlər demişdir. Aşıq Ələsgərin şeirlərində bəzən özündən əvvəlki sənətkarların şeir misralarının olduğu kimi təkrarını da görürük. Bir misal Dirili Qurbanidən: “Dərin-dərin dəryaları beylədi, Xəncər alıb qara bağrım teylədi”, Aşıq Ələsgərdə: “Heç bilmirəm, neyləmişəm, neylərəm, Xəncər alıb qara bağrım teylərəm”...Bu cür metonimiyalar və eyni məcazlardan çox göstərmək olar. Aşıq Ələsgərin ən dərin, ünlü bağlaması: “Ay nədən oldu” Aşıq Alıdan gəlmədir və təşbeh, metonimiya kimi məcazlar eynidir. Aşıq Alıda: “İnsan cinsi, yerlər, göylər yox ikən Haqq əmr eylədi, yer nədən oldu?”, Aşıq Ələsgərdə: “ Yerin, göyün, ərşin, kürsün, insanın Künhü, bünovrası ay nədən oldu?”... bədii təfəkkür anlamında mahiyyət eyni deyilmi? Aşıq Ələsgərin ən dərin, məşhur “Ay nədən oldu” bağlamasını müasir dövrdə mən deyişmə, şeir dili ilə açmışamsa və dünya bədii təffəkür aləmində yeni ədəbi məktəb yaradan “Dodaqdəyməz” şeir növünün banisi, Şeyx Aşıq Alı qarşısında mən kiməm ki? Aşıq Alı kimi nəhəng hikmət ustasını, Qurani-hafizi, Allah vergisini söz qarşısında susdurmaq olardımı?- Əlbəttə yox!.. Alı və Ələsgərin “Dal-dala” deyişməsi var, onu da nəşrlərə daxil etmişlər, bu deyişmə də bağlama deyil. Əvvala Aşıq Alı və Aşıq Ələsgər şeirlərini oxuyub dərk edən ziyalı bilməlidir ki, Aşıq Ələsgərin şeirlərinin 60-70 faizi Aşıq Alı şeirlərinə nəzirə və rədif, qafiyə baxımından bədii təsvir, ifadə vasitələri yönümündən ibarətdir. “Oldu”, “Olmaz”, “Qızhaqıj” şeirlərində, eləcə də digər şeirlərində, “Dodqadəyməz” təcnislərdə-Alıda: “Nə yaxşı yara”, Ələsgərdə: “Nə yaxşı-yaxşı” və s. məcazlar Alıdandır. Bu hadisə də təkzibolunmazdaır ki, Aşıq Ələsgərin şeirlər kitabına Aşıq Alının bir neçə şeirləri də daxil edilmiş və sonradan İslam Ələsgər tərəfindən başqa nəşrlərdə çıxarılmışdır, eyni zamanda bəzi şeirlər də mübahisəli olaraq qalmaqdadır... Miskin Abdalın bir divanisi bu məqaləyə çox münasib gəlir: YOL VERMƏDİM Xoşbəyanlıq virdim oldu, böhtana yol vermədim, Şirin süxən əndəlibəm, hədyana yol vermədim. Nifrin edib, lənət dedim xainə, iblislərə, Qəlbimi ayna saxladım, nadana yol vermədim. Bir bəşəri incitmədim, özümü şah saymadım, Dostun sirrini söyləyib, dildən-dilə yaymadım, Ömür qısa, dünya əzəl, çox yaşadım, doymadım, Dür mətaha meydan açdım, tək cana yol vermədim. Aşıq olub, dərs alanlar söz desin sözüm kimi, Miskin Abdal, məğrur istə hamını özün kimi, Arifi, mətləb qananı bilirəm gözüm kimi, Sinəm üstən mərd yeridi, şeytana yol vermədim. Yazılı tarixə əsasən 1430-cu ildən etibarən bizə məlum olan şair-filosof, Səfəvi dovlətinin sonuncu ideoloqu və qurucusu, Şah İsmayıl Xətainin mürşidi, vəziri Seyid Hüseyin Məhəmməd oğlu (sonradan Miskin Abdal təxəllüsü ilə) bədii təfəkkür sahəsində-şeiriyyətdə yeni formalar yaratmış və bəzi kllassik şeir növlərini də mükəmməl ölçülərə salmışdır. Azərbaycan türk folklorunda əsasən aşıq poeziyasında gəraylı, qoşma, təcnis, divani, müxəmməs deyimləri Ozan İbrahim, Ozan Heydər tərəfindən deyilən ilkin nümunələrindən bir-iki, bəziləri də yarımçıq-bir neçə misra şəkilində ədəbiyyat səhifələrimizə düşsə də, Miskin Abdaldan zamanəmizə gəlib çatan yaddaşlardan yaddaşlara köçürülən üç dastanı və 60 şeiri, 14 bayatısı məlumdur. Dövlətçilik tariximizdə xüsusi yeri olan və Səfəvi dövlətinin qurulmasında mübariz ideoloqlardan biri Miskin Abdal (Hüseyn) olmuşdur. Bundan əlavə, bu məfkurəni sona yetirən filosof-şair, dahi mütəffəkir Miskin Abdal (Hüseyn) aşıq poeziyasýnda müstəsna rolu olan bədii təfəkkür məktəbi yaratmışdır. Həmin məktəb aşıq poeziyasında ustad sənətkarlar yetişdirmişdir. Bu məktəbin ucalığında birinci Dirili Aşıq Qurbani, sonra isə Aşıq Alı və s. sənətkarları görürük. Miskin Abdal şeirdə orijinal bədii təsvir və ifadə vasitələri yaratmış, ondan sonra gələn aşıqlar, şairlər həmin bədii məcazlardan geniş istifadə etmiələr. Miskin Abdalın poeziyaya gətirdiyi yeni şeir formaları və təkmilləşdirdiyi klassik şeirlərə nəzər yetirək: Aşıq yaradıcılğında ilk qoşma təcnis: “El ata ”; müxəmməs növü: ”Bilmərəm”; gəraylılar: “Dağlar”, ”Düşərsən ” və.s. Qoşma növü: “Dağlar ” və s. Hz. Əlinin şəninə ilk dəfə deyilən aşıq şeiri nümunəsi: “Ya Əli ” kimi rədiflər sonralar sənətkarlar tərəfindən davam etdirilmişdir. Ərəb əlifbası əsaında (Quran əlifbası olduğu üçün) ilk dəfə işlədilən sufi-fəlsəfi “Əlif-Lam ”şeirini sonralar yaradıcı aşıqlar təkrar etmişlər. “Olmaz ” rədifini Miskin Abdaldan sonra yaradıcı aşıqlar öz şeirləri sırasında çox işlətmişlər. Şeriyyətdə “Bilir zəvvar” adlı “Qıfılbınd”janrına da ilk dəfə Miskin Abdal şeirləri sırasında rast gəlirik. Bu şeir deyişmə kimi yox, yəni suallar şəkilində yox, sufi-fəlsəfi məntiqli epik-lirik (nəql etmə) formadadır: BİLİR ZƏVVAR Canım indi altıdadı, 1 Yeddiyə də vədəsi var. 2 Yeddidən başladım yolu, 3 Altıda tutmuşam qərar. 4 Pənci-əla zatı beşəm, 5 Qeybi-məkana yetmişəm. 6 Haqdan səda eşitmişəm, 7 Cismim beşdə qalıb naçar. 8 Miskin Abdal etməz təkvir, 9 İzin yoxsa, açammaz sir. 10 Hər əmələ mizan-tədbir 11 Olacaqdı, bilir zəvvar. 12 1.Məkanımız altı müstəvinin-sol-sağ, üst-alt, ön-arxa –kubun içində olması, öləndən sonra ... 2.ruhumuzun yeddinci müstəviyə keçməsi... 3.Qurani –Kərimin I surəsinin yeddidən başlayıb axıra-davamı... 4.114-cü surəsinin altı ayə olmasýna işarə edilir... 5.Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn –beşliyə aid nəsldənəm. 6.ruhlar aləmində olmuşam... 7.Allahdan bilgilər eşitmişəm... 8.beş duyğu –görmək, eşitmək, dad bilmək, iy bilmək, hiss etmək vasitələri o sirləri izah etmək gücündə deyil... 9.təkvir-əksinə getməz... (təkbir-təsdiq etməkdir). 10.Allahdan icazə olmasa, sirr aça bilməz... 11.hər əməlin o dünyada dəyyəri... 12.Əzrail (zəvvar) can alandan sonra İnkir-Minkirin insanı əməlinə görə cənnət-cəhənnəmə aparması. Tarixi baxımdan şeiriyyətdə dağlara xitabən deyilən ilk gəraylı: DAĞLAR Süsən-sünbül, bənövşəli, Al-yaşıllı bizim dağlar. Toy-düyündə, şenliklərdə Elatda var izim, dağlar. İgidlərin çapar gəzər, Yar eşqinə dərdə dözər, Sevənləri həsrət üzər, Cəfadı bu dözüm, dağlar. Hüseynin* də bir yarı var, Buta verən yolun açar. Gərçi indi diyar-diyar, El-obalar gəzim, dağlar. * Miskin Abdal gəncliyində “Hüseyn” ləqəbi ilə şeir demiş, sonradan “Miskin Abdal” təxəllüsü götürmüşdür... Yəqin ki, bu şeir də mətləbə uyğun olar: KİMİ Böhtan demə, məkri çoxdu, Könül yaxır büryan kimi; Uzun getmir nadan sözü, Açılır şər, yalan kimi. Nahaq, hədyan deyən dillər, Qarayaxma yazan əllər- Bu fırbaşlar, bu ziyillər Ara vurur şeytan kimi. Ay Göyçəli, sən Haqnan ol, Əli yolu- getdiyin yol. Əməl yazır sağ ilə sol, İmtahan var mizan kimi. Geri dön |