Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial, Gənclik > Paytaxt məktəblərində Ümumxalq Hüzn Gününə həsr olunan silsilə tədbirlər keçirilib
Paytaxt məktəblərində Ümumxalq Hüzn Gününə həsr olunan silsilə tədbirlər keçirilib |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan silsilə tədbirlər keçirilib.
BŞTİ-dən bildiriblər ki, paytaxt məktəblərində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Vətən şəhidləri heç vaxt unutmayacaq!”, “20 Yanvar sınağı: azərbaycançılıq nümunəsi”, “20 Yanvar - azadlığa gedən yolun zirvəsi”, “Tariximizin şanlı səhifəsi” və digər mövzularda toplantı, dəyirmi masa, konfrans, mühazirə və bədii qiraət gecələri təşkil edilib. Tədbirlərdə BŞTİ, rayon icra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər. Faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb. Qeyd olunub ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar hadisələri öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində deyil, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib. Şagirdlər 20 Yanvar hadisələri haqqında şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Qanlı Yanvar faciəsi ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, məktəblilər arasında “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir”, “20 Yanvar - uşaqların gözü ilə” mövzularında rəsm və əl işlərindən ibarət sərgilər, “29 il şəhidlik zirvəsində” adlı inşa yazı müsabiqəsi və bədii qiraət müsabiqələri təşkil edilib. Qeyd edək ki, təhsil müəssisələrində 20 Yanvar hadisələri barədə sənədli və bədii filmlərin nümayişi, eləcə də məktəblilərin və təhsil işçilərinin şəhid ailələri, Qarabağ müharibəsi veteranları ilə görüşləri də keçirilib. Məktəblərin pedaqoji kollektivləri və şagirdlər Şəhidlər xiyabanını ziyarət edib, xalqımızın milli qürur günü ilə bağlı xüsusi dərslər təşkil olunub. Geri dön |