Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vahid məktəbli forması - builki qiymət necə olacaq? - Açıqlama
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Vahid məktəbli forması - builki qiymət necə olacaq? - Açıqlama

Vahid məktəbli forması - builki qiymət necə olacaq? - Açıqlama


Yeni dərs ilinin açılmasına 2 aydan az bir vaxt qalır. Əvvəlki kimi bu il də şagirdlər vahid məktəbli formasında dərsə gedəcəklər. Keçən il valideynlərin məktəbli geyimini gec alması məktəb açılana yaxın bu formanı satan mağazalarda izdihamların yaşanmasına səbəb olmuşdu. Bəs bu il keçən ilki hadisələrin yenidən təkrarlanması gözlənilir? Ümumiyyətlə, məktəbli geyimində hər hansı yenilik olacaq?

Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov açıqlamasında dərs ilinin açılmasına yaxın bənzər hadisələrin yanacağını istisna etmir. “Hazırda alanlar var, amma çox azdır, haradasa gün ərzində 3-5 və ya 20-30 nəfər məktəbli geyimi almaq üçün müraciət edir. Bu da sonda məktəb açılana yaxın yenidən sıxlığın yaranması ilə nəticələnəcək”.

E. Əzimov qış fəsli boyunca işləyib anbarı məktəbli formaları ilə doldurduqlarını bildirib. “Əlimizdə bütün Bakını təmin edəcək qədər məktəbli forması var. Bütün qış boyu işləyib anbarı doldurmuşuq. Hazırda da 4 model üzrə satış gedir”.

Şöbə rəisi vahid məktəbli formasında bu il heç bir dəyişikliyin olmayacağını qeyd edib. “Formada, qiymətlərdə heç bir dəyişiklik olmayacaq. 4 model geyim hazırlanır. İbtidai siniflər üçün qiymət 40-45 manat, yuxarı siniflər üçün isə 50-53 manat təşkil edir”.

Bakının 11 rayonunda müxtəlif yerlərində 18 mağazalarının olduğunu deyən E.Əzimov bildirib ki, bu yaxınlarda daha iki mağazanın açılacaq. “Vahid məktəbli geyimi satan mağazaların sayını 20-yə çatdırmağı düşünürük. Valideyinlərin məktəbli geyimlərini rahat ala bilmələri üçün Bakının ən ucqar yerlərində, Qaradağ, Lökbatan, Buzovna, Müşviqabad rayonlarında, o cümlədən Xəzər rayonun Binə qsəbəsində, Ulduz, 20 yanvar stansiyalarının yaxınlığında mağazalarımız var. bu yaxınlarda Suraxanı rayonunda məktəbli geyimi satan 2 mağazanın açılması gözlənilir”. Etibar Əzimov müxtəlif rayonlardan da sifarişlərin gəldiyini vurğulayıb. “8-9 rayonda mağazamız fəaliyyət göstərir. Onlara bir az mal vermişik ki, görək orada məktəbli geyimi necə satılır. Bundan əlavə, müxtəlif rayonların icra hakimiyyətləri, məsələn, Şəki, Biləsuvar, Sabirabad, Ağcabədi, Bərdə və s. kimi rayonların icra hakimiyyətləri və ya maarif şöbələri özləri bizə müraciət edirlər ki, onlara məktəbli forması verək”.

E. Əzimov keçən ildən fərqli olaraq mənşəyi bəlli olmayan saxta məktəbli geyimlərinin satışının müşahidə edilmədiyini deyib: “Keçən il mənşəyi bəlli olmayan saxta formalar gətirmişdilər, uşaqlarda allergiya yaratmışdı. Amma bu il belə hadisələr hələ müşahidə edilməyib.

Bizim mallarımızın sertifikatı var və onların keyfiyyətinə zəmanət veririk. Bundan əlavə, “Space” və “Lider” kanalında da gündə iki dəfə süjet yayımlanır və valideynlərə müraciət edirik ki, gəlib uşaqları üçün məktəbli formasını vaxtında alsınlar, başısoyuqluq edib, sonraya saxlamasınlar. Çünki dərs açılana yaxın əvvəlki illərdə olan sıxlıq yenidən yaranacaq”.

Geri dön