Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Elşad İskəndərovdan udinlərlə bağlı açıqlama: “Bu, erməni irqçiliyinin bariz nümunəsidir”
Elşad İskəndərovdan udinlərlə bağlı açıqlama: “Bu, erməni irqçiliyinin bariz nümunəsidir” |
Alban-Udi icmasının sədri Robert Mobilinin verdiyi məlumata əsasən, Şimal- Qərb bölgəsinə səfəri çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Nic kəndindəki tarixi Alban abidəsi – Müqəddəs Yelisey kilsəsi (Çotari) ilə tanış olub.
İcma fəalları Dövlət Komitəsinin sədrinə kilsənin tarixi haqqında məlumat veriblər. Qeyd edilib ki, 1723-cü ildə inşa olunmuş bu kilsə 1836-cı ildə “Rusiya müqəddəs Sinodu”nun xüsusi qərarı ilə erməni qriqorian kilsəsinin sərəncamına verilib. O, tarixdən udinlər etiraz əlaməti olaraq kilsəyə getməyiblər. Görüş zamanı qeyd edilib ki, 2005-ci ildə ölkə prezidenti İlham Əliyevin Nic sakinləri ilə görüşdən sonra verdiyi tapşırığa əsasən, Alban tarixi dini abidələrinin bərpası başlanıb, tarixi, dini irslərinin bərpasına şərait yaratmaq məqsədilə Nic və Oğuz rayonlarında Alban-Udi dini icmaları yaradılıb. Kilsədə aparılan təmir işləri ilə tanış olan Dövlət Komitəsinin sədri udin icmasi tərəfindən tarixi alban kilsəsinin bərpası istiqamətində aparılan işləri yüksək qiymətləndirib, udinlərin erməniləşmə təhlükəsi ilə üzləşərək uzun illər boyu dini hayatdan məhrum olmalarını böyük ədalətsizlik kimi qiymətləndirib. Elşad İskəndərov bildirib ki, “ermənilərin tarixi alban kilsəsinin həm arxivlərini, həm dini liturgiyasını, həm dini məbədlərini oğurlayıb mənimsəmələri, yaxud da məhv etmələri erməni millətçiliyinin, dini irqçiliyinin bariz nümunəsidir. Onlar bütün dünyaya car çəkdikləri kimi yalnız müsəlman azərbaycanlılara qarşı deyil, digər xristian xalqlara, o cümlədən Qafqazın ən qədim xristianları olan udinlərə qarşı yönəlmiş dözümsüzlük və mədəni vandalizmdən belə çəkinməmişlər”. “Lakin Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaşayan bütün milli azlıqlara öz tarixi milli-mənəvi dəyərlərinin bərpasına, inkişaf etdirilməsinə tam şərait yaradılmışdır ki, görülən işlərin sayəsində də hazırda ölkəmiz bir tolerantlıq nümunəsi kimi göstərilir”, - deyə Elşad İskəndərov qeyd edib. Daha sonra "möhtərəm prezident İlham Əliyev cənablarının apardığı xarici siyasət nəticəsində, Azerbaycanın regional liderə çevirilməsi bizim tariximizə və udin xalqına qarşı həyata keçirilmiş bu vandalizmin nəticələrinin aradan qaldirilmasi ücün əlverişli şərait yaratmışdır. Ölkə başçısının Nic kəndinə səfərindən sonra alban abidələrinin bərpasına başlanmış, icmanın təşkilatlanması və tarixi kilsənin irsinə yiyələnməsi istiqamətində müsbət işlər aparılmışdır. Bütün bu islər həm udin xalqına garşı, həm də bütövlükdə Azərbaycan tarixinə qarşı törədilmiş ədalətsizliyin aradan qaldırılmayıncaya qədər əzmlə aparılmalıdır ” - deyən Elşad İskəndərov rəhbərlik etdiyi qurumun bu sahədə Alban-Udi icmasının fəaliyyətini dəstəkləyəcəyini bildirib. Geri dön |