Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ERMƏNİSTANDA SİYASİ MƏHBUSUN ÖLÜMÜ İLƏ BAĞLI BƏYANAT
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > ERMƏNİSTANDA SİYASİ MƏHBUSUN ÖLÜMÜ İLƏ BAĞLI BƏYANAT

ERMƏNİSTANDA SİYASİ MƏHBUSUN ÖLÜMÜ İLƏ BAĞLI BƏYANAT


Ermənistanın siyasi məhbusu açlıq aksiyasından dünyasını dəyişib. Ermənistanda insan haqlarının pozulması davam edir. Özünü demoktarik dövlət adlandıran Ermənistan, əslində beynəlxalq qanunlara məhəl qoymayan, insan haqlarının pozulduğu bir məkana çevrilib. Bu gün dünyanın aparıcı təşkilatlarının, həmçinin AŞPA-nın, Avropa Parlamentinin, ATƏT və digər beynəlxalq təşkilatların “innovasiyalar ölkəsi” adlandırdığı Ermənistanda nəinki demokratiyadan, hətta qanunun aliliyindən belə bəhs etmək üçün əsaslı səbəb yoxdur. Azərbaycanda seçkilərin keçirilməsinə, insan haqları ilə bağlı məsələlərə böyük həssalıqla yanaşan beynəlxalq qurumlar, Ermənistanda insan haqlarının kobud şəkildə pozulması, günahsız insanların həbs olunması, seçki prosesinin saxtalaşdırılması və digər məsələlərə etinasızlıq göstərilməsi təəcüb doğurur. 17 yanvar 2019-cu il tarixdə Avropa Parlamenti "Azərbaycanda vəziyyət və Mehman Hüseynovun işi” - 2019/2511 saylı, reallığı əks etdirməyən, əsassız qətnamə qəbul edib və bloger Mehman Hüseynovun işini diqqətə alır. Lakin bu gün “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryanın aclıq aksiyasından ölüm xəbəri bütün dünya, o cümlədən Amerika və Avropa mətbatında yayılmasına baxmayaraq, beynəlxalq təşkilatlar məsələni sükutla qarşılayırlar.
Biz Beynəlxalq İnsan Haqlarının Müdafiəsi Komitəsinin Azərbaycan nümayəndəliyi və İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi olaraq, Avropa İttifaqı Parlamenti üzvlərini Cənubi Qafqaz regionunda ikili standartlara son qoymağa çağırır.


Beynəlxalq İnsan Haqlarının Müdafiəsi
Komitəsinin Azərbaycan nümayəndəliyi

İctimai-Siyasi Proseslər və
Beynəlxalq Araşdırmalar Mərkəzi

Tarix: 31.01.2019

Geri dön