Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Bu gün də belə keçdi....
Bu gün də belə keçdi.... |
Bu Dünya- Şirin Dünya, Quyusu dərin dünya. Bu gün də belə keçdi, Yaxşıya kərim dünya. (Yada düşür yetmiş yaşlı yaşıdlarım) *** Dünyada hər kəsin vardır öz yeri, İşıqlı dünyada çaşanlar azdır. Çaşana yerini göstərir dünya, Dünya bu cəhətdən düzdür, tarazdır. *** Tələsən insanlar təndirə düşür, Kimisi cələyə, kəndirə düşür, Əyrilər son vaxtlar yaman sürüşür, Baxmır ki, bu, Kürdür,yoxsa Arazdır. *** Topuq məsələsi burda anılmır, Doğru söz deyəndə insan yanılmır. Qanmayan, görəsən, niyə yonulmur? Bəlkə elə bilir toxunulmazdır. *** Mənim yaşıdlarım gedirlər, haray... Bəd xəbər səslənir,hər həftə, hər ay... Niyə vaxtsız -vaxtsız sökülür saray Bu necə oyundur, bu necə bazdır? *** Əvvəllər qorxurdum otuz yeddidən, İndi qırx yeddiyə yaxın getmirəm. Fikrimdə dolanır bu fikir hər dəm: "Ah. Dünya necə də bir oyunbazdır". *** 70-in yanından sıfrı silən yox, Sabahkı gününü dəqiq bilən yox. Nə qədər tutsa da özünü mərd,tox, Dünya kimə qışdır, kiməsə yazdır. *** Yazın bu sözümü, tarixə yazın, Mənasız bir həyat mənə nə lazım? Əgər eşidilir səsim, avazım, Deməli, sağam mən, əhvalım sazdır.... "Dünya beş günlükdür"-fikrini azdır.... Nazin Nəsrəddinov. Bakı. 31.01.2019. Geri dön |