Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Baş epidemioloq: "Azərbaycanda "donuz qripi"nin aşkarlandığı iddia olunan 16 nəfər sağlam vəziyyətdədir"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Baş epidemioloq: "Azərbaycanda "donuz qripi"nin aşkarlandığı iddia olunan 16 nəfər sağlam vəziyyətdədir"

Baş epidemioloq: "Azərbaycanda "donuz qripi"nin aşkarlandığı iddia olunan 16 nəfər sağlam vəziyyətdədir"


"Azərbaycanda A/H1N1 virusu aşkarlanmış 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilməyib, onların hamısı sağlam vəziyyətdədirlər".
Bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.
Onun sözlərinə görə, həmin şəxslərdə adıçəkilən A/H1N1 virusunun olması Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfindən təsdiqlənib: "Amma bu "donuz qripi" deyil, mövsümi qripdir".
ÜST-nin Azərbaycan üzrə ofisinin proqram koordinatoru Cəvahir Süleymanova isə bildirib ki, xəstələrə həkim tərəfindən birbaşa qrip diaqnozunun qoyulması düzgün deyil: "Çünki qrip virusu yalnız laborator şəraitdə təsdiqlənir. Yalnız laboratoriyada aparılmış müayinələrdən sonra xəstəyə qrip diaqnozu qoyula bilər".

Geri dön