Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərə indiyədək 10 siyasi partiyanın nümayəndəsi qatılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərə indiyədək 10 siyasi partiyanın nümayəndəsi qatılıb

Bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərə indiyədək 10 siyasi partiyanın nümayəndəsi qatılıb


Azərbaycanda bələdiyyələrə noyabrın 30-da keçiriləcək təkrar, əlavə və yeni seçkilərə indiyədək 10 siyasi partiyanın nümayəndəsi qatılıb. Bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Məlumata görə, indiyədək 8 siyasi partiyanın üzvü olan namizədlər qeydə alınıb. Bunlar Yeni Azərbaycan, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Ümid, Azərbaycan Sosial Rifah, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Vətəndaş Birliyi partiyalarıdır. Namizədliyi qeydə alınanlar arasında partiya mənsubiyyəti göstərməyənlər də var ki, onların sayı cəmi 2 nəfərdir. Bundan başqa, 434 nəfər bitərəfin də namizədliyi qeydə alınıb.
Demokratik İslahatlar və Klassik Xalq Cəbhəsi partiyalarının hərəsindən bir nəfər namizədliyini irəli sürüb ki, hələ onların namizədliyi qeydə alınmayıb.

Ümumilikdə indiyədək 67 seçki dairəsi və 232 bələdiyyə üzrə 929 nəfərin namizədliyi qeydə alınıb. 1519 nəfər imza vərəqi götürüb. Onlardan 1206 nəfəri imza vərəqələrini qaytarıb.

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə sentyabrın 30-dan başlanılıb. Bələdiyyə üzvlüyünə namizədliyini 21 yaşı tamam olmuş, müvafiq bələdiyyənin ərazisində yaşayan Azərbaycan Respublikasının vətəndaşları, həmçinin seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları irəli sürə bilər.

Seçki 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.

Geri dön