Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Ermənistanda həyat şəraiti pisləşir, vətəndaşlar isə ölkəni tərk edir
Ermənistanda həyat şəraiti pisləşir, vətəndaşlar isə ölkəni tərk edir |
Ərzaq təhlükəsizliyini təmin edə bilməyən Ermənistan, ölkədə hökm sürən ağır iqtisadi şəraitlə üz-üzədir.
Ölkəni birdəfəlik tərk edənlərin sayı isə rekord həddə çatıb. Ermənistanın Statistika Komitəsinin yaydığı məlumata görə ötən ilin müvafiq dövrü ilə müqaisədə bu ilin iyul ayında unun qiyməti 15 faiz bahalaşıb. Ümumilikdə qiymət artımı digər çörək məhsullarında da müşahiyyət olunub. Həmçinin noxud və düyünün də qiyməti artıb. Ölkənin bir çox çörək satılan müəssisələrində çörəyin çəkisinin azaldılması faktı aşkar olunub. Qiymət artımının hiss olunmaması da bununla izah olunur. Çörəyin qiymətinin artımı unun bahalaşması ilə bağlıdır. May ayı ərzində unun qiyməti 10-15% bahalaşmışdı. Hazırda Ermənistanda unun topdan-satış qiyməti 230-240 dramdır, may ayında isə bu göstərici 200 dram idi. Ermənistan taxıla olan təlabatının çox qismini Rusiyanın Novorossiysk limanındanalır. Hazırda limanda taxılın bir tonu 336 dollara satılır. Dünyada taxılın bahalaşması isə Rusiya və ABŞ-da (Amerika Birləşmiş Ştatları) əlverişsiz hava şəraiti ilə bağlıdır. Ekspertlərin fikrinə görə qiymət artımı davam edəcək. Milli Statistika Komitəsinin digər açıqladığı məlumata görə ölkədə 2012-ci ilin 2-ci rübü ərzində minimal istehlak səbəti 53 min dram, ərzaq səbətinin həcmi isə ayda 30 min dram təşkil edib. Qeyd olunur ki, 2012-ci ilin birinci rübü ilə müqayisədə əhalinin aıcılıq qabliyyəti azalıb. Bu isə Ermənistanın onsuz da gərgin olan demoqrafik vəziyyətinə zərbə vurur. Ermənistandan gedənlərlə ölkəyə gələnlər arasındaki fərq də hər il olduğu kimi artır. Belə ki, ilin əvvəlində 2012-ci il ərzində ölkəni birdəfələk 100 min insanın tərk etməsi proqnozlaşdırılsa da artıq yanvar-iyul (January- July) ayları ərzində bu rəqəm 73,9 min insan təşkil edib. Əhalinin agır həyat şəraitini nəzərə alan ekspertlər ilin sonunadək ölkəni tərk edənlərin sayının hətta 150 min nəfərdən çox olmasını ehtimal edir. Geri dön |