Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Ötən ay Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi 137 dəfə pozulub
Ötən ay Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi 137 dəfə pozulub |
İyulda ermənilərin atəşkəsi pozması nəticəsində 2 hərbçimiz şəhid olub, 5 hərbçimiz yaralanıb.
Cari ilin iyul ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 137 dəfə pozulub. DAİM-in APA-ya istinadən verdiyi məlumata görə, atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun 2 hərbçisi şəhid olub, 3 hərbçi düşmən gülləsindən, 2 hərbçi isə mina partlayışından yaralanıb, 1 əsgər isə əsir götürülüb. İyul ayında atəşkəsin daha çox pozulması faktı Ağdam istiqamətində qeydə alınıb. Qarşı tərəf bu istiqamətdə atəşkəs rejimini 36 dəfə pozub, Azərbaycan Ordusunun mövqeləri ilə yanaşı yaşayış məntəqələrini də atəşə tutub. Qarabağ cəbhəsində Füzuli rayonu istiqamətində 24, Goranboy rayonu istiqamətində 21, Cəbrayıl rayonu istiqamətində 7, Xocavənd rayonu istiqamətində 5, Tərtər rayonu istiqamətində 4, Göygöl rayonu istiqamətində 1 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb. Dövlət sərhədində isə atəşkəsin daha çox pozulması Qazax rayonu istiqamətində baş verib. Bu istiqamətdə Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 20 dəfə, Tovuz rayonu istiqamətində 8, Gədəbəy rayonu istiqamətində 8, Ağstafa rayonu istiqamətində 1, Daşkəsən rayonu istiqamətində 1 dəfə pozub. Ötən ay Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədində də atəşkəsin pozulmasına dair 1 fakt qeydə alınıb. Qeyd edək ki, 2012-ci ilin yanvar - iyul aylarında cəbhə xəttində atəşkəs rejimi Ermənistan Silahlı Qüvvələri tərəfindən 851 dəfədən çox pozulub. Bundan başqa, iyun ayında bir həftə ərzində cəbhənin bütün istiqamətlərində intensiv döyüşlər gedib. Aparılmış dəqiqləşdirmələrə görə, cari ilin yanvar-iyul aylarında cəbhə xəttində Azərbaycan Ordusunun iki hərbçisi ermənilər tərəfindən əsir götürülüb, 16 hərbçi, 1 mülki sakin atəşkəsin pozulması və mina partlayışları nəticəsində yaralanıb, 12 hərbçi isə atəşkəsin pozulması və mina partlayışları nəticəsində şəhid olub. Geri dön |