Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın Moskvadakı səfiri: “Rusiya S-300 zenit-raket komplekslərini İrana təslim edərsə, iddiamızdan vaz keçərik”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > İranın Moskvadakı səfiri: “Rusiya S-300 zenit-raket komplekslərini İrana təslim edərsə, iddiamızdan vaz keçərik”

İranın Moskvadakı səfiri: “Rusiya S-300 zenit-raket komplekslərini İrana təslim edərsə, iddiamızdan vaz keçərik”


“Rusiya S-300 zenit-raket komplekslərini İrana təslim edərsə, iddiamızdan vaz keçərik”. DAIM-in APA-ya istinadən məlumatına görə, bunu İranın Rusiyadakı səfiri Mahmudrza Səccadi deyib O bildirib ki, Rusiya rəhbərliyi başa düşməlidir ki, Qərbə güvənmək olmaz: “Cenevrə məhkəməsi İranın təsiri altında qalmadan Rusiyaya 3 milyard dollar məbləğində pul cəzası kəsib. İran yalnız 900 milyon dollar təzminat istəyir. Lakin məhkəmə 3 milyard dollarlıq pul cəzası kəsib”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Aleksandr Lukaşeviç İrandan beynəlxalq məhkəmədə qaldırdığı iddiasını geri götürməsini istəyib. O bildirib ki, məsələ ikitərəfli razılaşma yolu ilə həll oluna bilər.

Xatırladaq ki, İrana 800 milyon dollarlıq “S-300” zenit-raket kompleksinin satılmasına dair müqavilə bir neçə il əvvəl imzalansa da, Tehran həmin sistemi ala bilməyib. Rusiya prezidenti 2010-cu il sentyabrın 22-də fərman imzalayaraq İrana zenit-raket kompleksləri, iriçaplı artilleriya sistemləri, zirehli texnika, hərbi təyyarə, vertolyot və gəmilər satılmasını yasaqlayıb. Həmin fərmanla İrana Rusiyadan keçirməklə silah daşımaq da qadağan olunub. Müqavilənin pozulmasından narazı qalan İranın Müdafiə Nazirliyi və “Aerospace İndustries Organisation” şirkəti Cenevrə Beynəlxalq Arbitraj Məhkəməsinə üz tutaraq Rusiyadan 4 milyard ABŞ dolları təzminat istəyib.

Geri dön