Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan, Mədəniyyət > İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edilib

İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edilib


Türkiyənin İstanbul şəhərində “Türkiyə-Azərbaycan Ortaq Miras” layihəsi əsasında Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” mövzusunda konsert proqramı təşkil edilib.

Konsert İstanbul Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi, Hazar Folklor, Təhsil və Araşdırma Mərkəzinin təşkilatçılığı, Azərbaycanın Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Dövlət Akademik Filarmoniyasının təşkilatı dəstəyi ilə baş tutub.

Tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himləri səsləndirilib, hər iki ölkənin şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Konsert proqramında Azərbaycan Dövlət Rəqs Ansamblının 80 üzvünün ifasında milli rəqslərimizlə yanaşı, “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış balet də təqdim edilib. Ansamblın bədii rəhbəri Rusiya Federasiyasının Xalq Artisti, tanınmış xoreoqraf Dikalu Muzakayevdir.

Çıxış edənlər bu konsertin uzun illər hafizələrdə qalacağına əminliklərini ifadə ediblər və ənənə halı almasını arzu ediblər.

Tədbirdə ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözləri xatırlanıb. Qeyd edilib ki, tarix boyu Azərbaycanla Türkiyə arasında davam edən qardaşlıq bütün dünya ölkələri üçün örnəkdir. Bildirilib ki, Türkiyə dövlətinin qurucusu, qazi Mustafa Kamal Atatürk və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dövlətlərimiz qarşısındakı tarixi xidmətləri xalqlarımızın yaddaşında əsrlər boyu qalacaq və daima böyük ehtiram hissi ilə yad olunacaq. Prezidentlər İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğu iki ölkə arasındakı qardaşlıq hisslərinin daha da genişlənməsinə təkan verdiyi və bunun nəticəsi olaraq ölkələrimizin sürətlə inkişaf etdiyi vurğulanıb.

Rəqsin dünyanın hər yerində qəbul edilən ortaq dil olduğunu deyən çıxışçılar insanların tarixlərini, mədəniyyətlərini, kədərlərini və sevinclərini rəqslə ifadə etdiklərini bildiriblər.

Sonra azərbaycanlı rəqqasların ifasında “Qavalla lirik rəqs”, “Bəy”, “Toy”, “Qazağı”, “Tərəkəmə”, “Şalaxo” və digər maraqlı rəqslər tamaşaçılara təqdim olunub.

Konsert proqramı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə Azərbaycanın İstanbuldakı Baş konsulluğunun, İstanbul Böyükşəhər Bələdiyyəsinin, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin əməkdaşları ilə yanaşı, Türkiyənin tanınmış mədəniyyət və ictimaiyyət xadimləri, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Günel Məlikova

Geri dön