Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bloomberg: İran gündə 133 mln. dollar itirir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Bloomberg: İran gündə 133 mln. dollar itirir

Bloomberg: İran gündə 133 mln. dollar itirir


Nüvə proqramının qarşısının alınması məqsədilə İrana tətbiq olunan sanksiyalar nəticəsində ölkə hər gün 133 mln. dollar pul itirir.
Bu barədə «Bloomberg» agentliyi öz ekspertlərinin hesablamalarına əsasən məlumat yayıb.

Maraqlıdır ki, bu göstərici dünya bazarında neftin qiymətinin artmasını nəzərə almır. OPEC ölkələri arasında 3-cü ən böyük neft hasilatçısı olan İranın əsas itkiləri neft ixracına qoyulan embarqo ilə bağlıdır. Belə ki, ABŞ və Avropa İttifaqı tərəfindən İrandan neft idxalına məhdudiyyət qoyulandan sonra bu ölkədən neft ixracı 52% azalıb. Ekspertlərin fikrincə, bu hesabla İran il ərzində 48 mlrd. dollar pul itirəcək. Bu, İran iqtisadiyyatının 10%-i deməkdir.

Qeyd edək ki, ABŞ Konqresi İrana qarşı növbəti sanksiyaları təsdiqləyib. Tehrana qarşı indiyədək qarşılaşmadığı ən sərt sanksiyalar rejimi qurulub. «Artıq bu tədbirlər İrana və onun iqtisadiyyatına ciddi təsirini göstərməyə başlayıb» - deyə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Ben Rods bildirib.

Yeri gəlmişkən, İrana tətbiq edilən sanksiyalar təkcə bu ölkəyə yox, İran neftinin əsas alıcısı olan Çinə də zərər vurmağa başlayıb. Belə ki, ABŞ Maliyyə Nazirliyi İranla əməkdaşlıq etdiyinə görə sanksiya altına düşən bankların sırasına Çinin «Kunlun» bankını da daxil edib. Görünür, buna görə Çin ABŞ-ın İrana qarşı son sanksiyalarını etirazla qarşılayıb. Rəsmi Pekin bildirib ki, bu qərar Çin və ABŞ əməkdaşlığına ziyan vuracaq.

Geri dön