Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ uyğur məsələsində Türkiyə XİN-i dəstəkləyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > ABŞ uyğur məsələsində Türkiyə XİN-i dəstəkləyib

ABŞ uyğur məsələsində Türkiyə XİN-i dəstəkləyib


“Çin 2017-ci ilin aprelindən indiyədək 800 min - 2 milyon uyğuru və başqa müsəlman azlığa mənsub qrupları kütləvi düşərgələrdə saxlayır”.
“Hürriyet” xıbər verir ki, məlumat ABŞ-ın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsində yayılıb.
Bildirilib ki, ABŞ Türkiyə Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasına qoşulur. Həmin açıqlamada vurğulanmışdı: “Özbaşına həbslərə məruz qalan bir milyondan çox uyğur türkünün kütləvi düşərgələrdə, həbsxanalarda işgəncə və siyasi cəhətdən beyinyuma hallarına məruz qalması artıq bir sirr deyil”.
Xatırladaq ki, Mərkəzi Asiya ölkələrinin Çin Xalq Respublikasındakı səfirliklərinin diplomatlarından ibarət heyət Sincan-Uyğur Muxtar Bölgəsi hökumətinin dəvəti ilə əyalətin Urumçi, Kaşqar və Xotan şəhərlərinə səfər ediblər.
Qeyd edək ki, müsəlman uyğur türklərinə qarşı Çin hakimiyyətinin yürütdüyü assimilyasiya siyasəti ilə bağlı çoxsaylı informasiyalar yayılır. Rəsmi Pekin isə bu kimi ittihamları rədd edir. Bu yaxınlarda İndoneziya "siyasi yenidən tərbiyələndirmə düşərgələri" barədə rəsmi Pekinə sorğu göndərmişdi. Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb. Yeri gəlmişkən, Sincan-Uyğur Muxtar Bölgəsində uyğur ailələrini ziyarət etmiş məmur qonaqların sayı açıqlanıb.

Geri dön