Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qəddafinin silahdaşı diktatorun son günlərini açıqlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Qəddafinin silahdaşı diktatorun son günlərini açıqlayıb

Qəddafinin silahdaşı diktatorun son günlərini açıqlayıb


Qəddafi hökumətinin Daxili Təhlükəsizlik Xidmətinin rəisi Mənsur Dou “əl-Ərəbiyyə” telekanalına müsahibəsində diktatorun Siirtdəki son günləri haqqında danışıb.

Qəddafinin yaxın qohumu olan M.Dou dünən cümə axşamı üsyançılar tərəfindən həbs edilib.

M.Dou bildirib ki, Müəmmər Qəddafi Liviyada baş verənlərlə bağlı çox əzab çəkirdi, amma öz həyatı üçün heç qorxmurdu. Onun sözlərinə görə, Qəddafi Tripoli üsyançıların əlinə keçdikdən sonra Siirtdə olub, amma döyüşlərə rəhbərlik etməyib. Ümumi rəhbərliyi onun oğlu Mötəsim həyata keçirib.

M.Dou qeyd edib ki, Qəddafi son anda tərəfdarlarının Siirti tərk etməsinə mane olmayıb, əksinə, istəyib ki, dinc əhali şəhəri tərk etsin və onlar aclıq çəkməsinlər.

Əsir general bildirib ki, Qəddafi və onun yaxın silahdaşları son ana qədər Siirtin 2-ci mikrorayonunda, cəmahiriyyə liderinin qohumlarının evlərində yaşayıblar. Qəddafinin «Ər-Ray» telekanalında yayımlanan müraciətləri isə sputnik telefonu vasitəsilə ötürülürmüş.

Qəddafi yaralandığı zaman onlar mühasirəni yarıb yaxınlıqdakı Cərif rayonuna keçmək istəyirmişlər və burda üsyançıların mühasirəsinə düşüblər: “Bizim bütün maşınlarımız sıradan çıxarıldı. Biz piyada Cərifə doğru irəliləyirdik. Mən, Qəddafi və müdafiə naziri ilə birlikdə kiçik mühafizə dəstəsi vardı. Sonra mən yaralandım və huşumu itirdim. Bundan sonra nə olduğunu bilmirəm”.

M.Dou bildirib ki, Qəddafi son ana qədər çox sakit olub və ölümdən, ya da əsirlikdən heç qorxmayıb.

Geri dön