Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Türkiyə alimlərinin yeni əməliyyat üsulu dünya tibb ədəbiyyatına daxil edilib
Türkiyə alimlərinin yeni əməliyyat üsulu dünya tibb ədəbiyyatına daxil edilib |
Qara Dəniz Texniki Universitetinin tibb fakültəsinin döş qəfəsi cərrahiyyəsi bölümünün əməkdaşları tərəfindən tətbiq edilən yeni əməliyyat üsulu dünya tibb ədəbiyyatına daxil edilib. Bu əməliyyat nəfəs borusunda darlığın meydana gəlməsi nəticəsində nəfəsalma çətinliyi çəkən xəstələr üzərində aparılıb.
Dünyada ilk dəfə həyata keçirilən bu üsul sayəsində əməliyyatdan sonra bir müddət çənənin sinəyə tikili vəziyyətdə qalması prosesi aradan qalxıb. Universitet alimlərinin verdikləri məlumata görə, tətbiq edilən yeni üsul xəstələrin əməliyyatdan sonra daha tez və rahat sağalması baxımından çox əhəmiyyətlidir. Günel Məlikova Geri dön |