Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Dünya Səhiyyə Təşkilatı: təhlükəsiz qidalanmanın 5 əsas prinsipi
Dünya Səhiyyə Təşkilatı: təhlükəsiz qidalanmanın 5 əsas prinsipi |
Dünya Səhiyyə Təşkilatı (DST) qida mənşəli xəstəliklərin qarşısını almaqdan ötrü hamını sadə qaydalara riayət etməyə çağırır.
DST-nin müraciətində deyilir: “Ərzaq məhsulları istehsalçıları onların təhlükəsizliyi üçün əsas məsuliyyət daşıyır. Lakin siz özünüzü və ailənizi 5 əsas prinsipi tətbiq edərək qida mənşəli xəstəliklərdən qoruya bilərsiniz”. DST patogen (xəstəlik törədən) mikroorqanizmlərdən xilas olmaq üçün bu şərtləri yerinə yetirməyə çağırır: yoluxmanın qarşısını almaq məqsədilə təmizliyə riayət etmək; çiy və hazır yeməkləri qarışdırmamaq; mikroorqanizmlərin məhv edilməsindən ötrü yeməyi mükəmməl hazırlamaq; bakteriyaların inkişafının qarşısını almaqdan ötrü ərzaqları təhlükəsiz temperaturda saxlamaq; yoluxmanın qarşısını almaq məqsədilə təmiz sudan və təmiz qida xammalından istifadə etmək. Geri dön |