Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Mənsurə Qaçayqızı: - BU QƏDƏRMİ?!
Mənsurə Qaçayqızı: - BU QƏDƏRMİ?! |
Mənsurə Qaçayqızı:
- BU QƏDƏRMİ?! Çoxdan görmədiyim bir tanışımla rastlaşanda sevindim. İşlərinin necə getdiyi ilə maraqlandım. - Əla. Bah, xəbərin yoxdumu, doxdur işləyirəm. Əlini-əlinə vurub qəhqəhə çəkdi. Susduğumu görüb və bir az da xasiyyətimə bələd olduğundan, gülüşünə ara verərək soruşdu: - Niyə soruşmursan, hansı diplomla? Qorxma, mal doxduruyam. Malların nə dili var, nə ağzı. Öləndə ölüllər, qalanda yiyəsinə qismət. Təhsili haqqında məlumatım vardı, orta məktəbi də bitirməmişdi. Onun düşündüyünün əksinə olaraq, çox sakit qarşıladım bu məsələni. - Yox, niyə təəccüblənirəm ki. Ən azından ərtafımda baş verənlər diqqətimdən kənarda deyil. Bu gün məmləkətdə 2000-dən çox diplomsuz müəllim varsa və bu açıq-aşkar etiraf olunursa, niyə diplomsuz həkim olmasın?! - Hahaha... ...Bu yaxınlarda rayonda yaşayan tələbə yoldaşlarımdan birinin telefon danışığının sonu da təxminən belə qurtarmışdı. Diş ağrısının başlaması söhbətimizin mövzusunu dəyişmişdi. - Həkimə get, - deyə, fikrimi bildirmişdim. - Ay rəhmətliyin nəvəsi, hansı həkimə, həkimmi var, - söyləmişdi. - Niyə yoxdu, o boyda rayonda həkim yoxdumu? - Yaşlı həkimlərin hamısını işdən çıxardılar. Birdən-birə göççək-göççək, cavan qızları hardansa tapıb göndəriblər rayona. Tibb Universiteti harda yetişdirdi onnarı, nə vilim həkimdilərmi ?!... ...Söhbətə bu motivlərlə başlamağım heç də təsadüfi deyil. Hər il qəbul imtahanları başlayanda ailəsində, yaxınlarında ali məktəblərə imtahan verən abituriyent olub-olmamasından asılı olmayaraq çoxları həyəcan keçirir, imtahanın gedişini, nəticələrini izləyir. Və bu çox sevindirici haldı. Bu günün abituriyenti sabah cəmiyyətin aparıcı qüvvəsi olduğunu nəzərə alsaq, insanlar həyatlarını kimə etibar etməkdə maraqlı olmalarını başa düşmək olar. Qəbul imtahanları millətin taleyinin həlledici məqamlarına imza atılan günlərdən biridi. Və o üzdən təhsil həmişə cəmiyyətin diqqət mərkəzindədi... Amma son illər bu qədər marağın, həyacanın sonunda nə ilə qarşılaşırıq? Bu il qəbul imtahanlarında bəzi universitetlərə hətta 100-150 balla qəbul olmağın özü ən xoşagəlməz hallardan biridir. Balların sayının hansı məqsədlə endirilir? Bu güzəştlərin olması məsləhətdirmi? Təsəvvür edin 100- 150 bal və qarsıda 700 bal toplayan abituriyent? Fərqin böyüklüyü göz önündədi. Əslində hansı universitetə daxil olmağın məncə fərqi bu qədər olmamlıdı. Ən azından yer doldurmağı deyil, universitetlər boş qalsın, bu idmanşı, o diplomat olacaq deyə düşünməyi deyil, bugünün abituriyentinin gələcəkdə hansısa sahədə cəmiyyətin aparıcı qüvvəsi olacaq deyə düşünmək lazımdı. Məsələn, idmançı olacaq deyə niyə bu qədər güzəşt olunmalıdı, idmanşıya savad lazım deyilmi? Savadsız idmanşı tək qol gücünəmi addımlayacaq həyatda? Biz hətta ali təhsil almayan gənclərimizin də təfəkkürün sağlam olmasına çalışmalıyıq. Təfəkkür isə elmdən doğur. Hər hansı bir ixtisasda nə qədər güzəşt olunsa belə, 100 balın səviyyəsinə enməli deyil, bu gün Azərbaycanın ali məktəblərinə imtahan verən abituriyent. Nəzərə alaq ki, orta təhsil proqramını bütün abituriyentlər eyni zamanda alır. Bu məktəb dediyimiz məkana bütün şagirdlər eyni gündə, eyni saatda gedir. Məktəblərdə ilk zəngdən, son zəngə kimi eyni saatda vurulur. Əgər təhsil proqramından yaranan testin cavablandırılması abituriyentə 700 -dən çox bal qazandırma imkanı verirsə, 100-150 balla razılaşmaq nə demək? Bu dərəcədə fərq olmaz. 150 bal toplaya bilməyən abituriyent savadsiz müəllimlərimizin əməyinin nəticəsi və növbəti il imtahan verəcək abituriyentlərə arxayınlıq mesaji deyilmi? Məsələnin başqa bir tərəfinə nəzər salaq. Ali məktəbi bitirən, pedoqoji təhsil alan, ömrünün bir neçə ilini universitet divarları arasında keçirən tələbə, oxuduğu ixtisas üzrə müəllim işləmək üçün yenidən test imtahanından keçməli olur. Elə isə hansı təhsildən danışırıq? Orta və ya ali olmasindan asılı olmayaraq. Bu qarışıqlığın səbəbi nədi? Kim kimə inanmır, kim kimi aldadır? Tələbəik illərimiz 1988-93 cü illərə düşdü. Sovet şinelindən çıxan, müstəqil Azərbaycana qədəm basan gəncliyin arzuları böyük idi. Dövlət imtahanı ərəfəsində qrup yoldaşlarımızdan biri gözlənilmədən təklif irəli sürdü. - Müəllim, 5 il bundan əvvəl universitetə imtahan verəndə başımda biliyim, dədəmin cibində pulu vardı. Indi nə pulumuz var, nə də ağlımda bir şey qaldı. Hamısını bu universitetin divarları arasında qoyub gedirəm. Yaxşı olardı ki, elə siz orta məktəbdən gələn uşaqlardan ciddi imtahan götürəsiniz, diplomlarını verib yola salasınız məktəblərə. - Sözündə həqiqət vardı, haqlı idi. Zaman keçib. Bəlkə biz XXI əsrdə yaşamırıq?! Bəlkə heç əsr 100 il adlandırılmalı deyil? Zamanla toqquşmamızda, zamana toxunmamızda dəyişkənlik bu qədər az, yerimizdə saymağımız, geriyə getməyimiz çox. Hara gedirik?! Sonda itirən millət olur. Itirdiklərimiz isə kifayət qədərdi. Yetər. Vicdanimizla söhbət etməyə vaxtımız yoxdumu? Bu qədərmi?! Geri dön |