Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Erməni terrorunun tarixi – Silsilə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Erməni terrorunun tarixi – Silsilə

Erməni terrorunun tarixi – Silsilə


Erməni terrorunun tarixi – Silsilə







Birinci yazı


Erməni terrorizminin yaranma səbəblərinin müəyyən edilməsi üçün birinci növbədə problemi bir neçə istiqamətdə öyrənmək, yəni bu xalqın tarixi inkişafını, iqtisadi fəaliyyətini, ictimai münasibətlər sistemini, milli psixologiyasını nəzərdən keçirmək lazımdır. Qeyd etmək lazımdır ki, ermənilərin hər hansı bir formada çıxışları yalnız tabeçiliyində olduqları dövlətlərin ətrafında beynəlxalq vəziyyət gərginləşərkən və bu dövlətlərin mərkəzi aparatları zəifləyərkən təzahür etmişdir. Bu zaman ermənilər və fəallaşdıqları dövrün beynəlxalq gücləri qarşılıqlı şəkildə bir-birlərindən faydalana bilmişdilər. Burada onların milli xüsusiyyətləri çox gözəl şəkildə özünü biruzə vermişdir:

“Bu xalq istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə qədimdən ikiüzlü və riyakardır. Bunlar daim romalılara nifrətdən, parfiyalılara isə həsəddən az qala partlayırlar. Tasit». ( Ə.Eloğlu. Zəngəzur hadisələri. B., Azərbaycan Dövlət Nəşriyyatı, 1993 (59s)) Həqiqətən də ermənilərdəki bu psixoloji çalarlar belə gərgin zamanlarda daim hiss olunmuşdur. Lakin bununla belə ermənilərin iddialarla dolu xülyaları daim onlar arasında yaşadılmaqdadır: «Güman edirlər ki, güya cənnət Ermənistanda olmuşdur». (A.Düma. Qafqaz səfəri. B., Yazıçı, 1985, s.54 (144s.)) Göründüyü kimi ermənilər nəinki bu fikirlərlə yetinmək istəmiş, hətta onları əsrlərlə yaymağa çalışmışlar. Fəqət tarixi inkişaf heç zaman ermənilərin bu xülyaları ilə paralel addımlamamışdır. Belə ki, onların demoqrafik imkanları və idarəetmə qabiliyyətləri (qeyd edək ki, ermənilər ümumən fəndgir bir millət kimi səciyyələnsələr də, onlar nə dünya elminə, nə də digər sahələrə elə bir düha bağışlamamışlar) onlara böyük dövlət yaratmaq və ona sahib olmaq imkanı yaratmırdı. Dediklərimizdən də irəli gələrək ermənilər anlayırdılar ki, onların xülyalarını həyata keçirmələri üçün açıq üsullardan istifadə etmək imkanları yoxdur. Belə olan halda ermənilər daim mübarizə üsullarının ən çirkinlərinə əl atırdılar. XIX əsrin 60-70-ci illərindən başlayaraq əvvəl Osmanlı İmperiyasına, sonra isə Azərbaycan xalqına qarşı bu çirkin üsullardan biri olan, qanlı terrorizmdən istifadə etməklə ermənilər kapitalist dövrü dünyasının ilk terrorçu xalqı olaraq tarix səhnəsinə girdilər.

Tarixdən məlumdur ki, XIX əsr Osmanlı dövlətinin dağılma əsri kimi səciyyələnir. Bu əsr böyük dövlətlərin Rusiya, İngiltərə, ABŞ, Fransa kimi xristyan nəhənglərinin Osmanlı səltənətini bölmək üçün real fəaliyyətə başladıqları bir dövrdir. Ermənilər isə bu zaman Osmanlı İmperiyasının digər xaçpərəst millətləri kimi böyük xristyan dövlətinin karına gəldilər və hər zaman olduğu kimi fürsətdən istifadə etməyə başladılar. Bu zaman hər iki tərəfdən xristyan həmrəyliyi şüarları ilə lazımınca manipulyasiya edilirdi. Halbuki XV-XIX əsrlər erməni tarixi üçün bir «qızıl əsr» idi. Çünki ermənilər bu dövrdə daim Osmanlı dövlətinin himayəsində olmuş və «milləti-sadika» adlandırılmışdılar.(Fayql Grix. Pravda o terrore.Armənskiy terrorizm-istoki i priçinı. B., «Azerneşr»,2000, s.31(176s.)) Ancaq həmişə və hər yerdə olduğu kimi real vəziyyət heç zaman onları qane etməmişdir. Erməni etnosunun əsas xüsusiyyətlərindən biri özünü başqa xalqlardan üstün tutması, özündən razılıq və əlbəttə mənfi mənada millətçilik duyğularıdır. (A.Məmmədli. Ermənilərin gerçək tarixi. B., «Elm», 2005, s.401 (436s.)) Məhz bu səbəblərdən ermənilər əsrlərlə onları himayə etmiş olan Osmanlı türklərinə xəyanət etdilər. Artıq bu xəyanət özünü açıq şəkildə baş verən qiyamlarda göstərdi. Rus-türk müharibələrində ruslara köməkliklər göstərməklə Osmanlı dövlətinə qarşı ilk xəyanətlərini etmiş ermənilərin qeyri-insani keyfiyyətlərini nəzərə alaraq ruslar türk-müsəlman əhalisinin qırılmasında onlardan məharətlə istifadə edirdilər. 1839-cu ildə Ərzurumun tutulması zamanı ermənilər yerli türk-müsəlman əhalisini qılıncdan keçirməyə yaxından «kömək göstərmişdilər». 1862-ci ildə isə xarici dövlətlərin dəstəyindən istifadə edən fanatik millətçiləri müstəqil «Erməni dövləti» qurmaq istədiklərini dünyaya bəyan edərək, Osmanlı hakimiyyətinə qarşı qiyam qaldırdılar. Hətta erməni şairi Beşikdaşlıyan bu caniləri mədh edərək şerlər yazdı. Zeytunun qiyamçı erməniləri Osmanlı dövlətindən Fransa imperatoru III Napaleona şikayət etdilər. (A.Məmmədli. Göst.əsəri, s.99) Ermənilərin bu qiyamının haradan cəsarət aldığını görmək çətin deyildi.
1856-cı ildən Osmanlı dövlətində bəyan edilən islahat fərmanı Fransa və İngiltərənin təsiri ilə edilmişdir. Bu fərmandan irəli gələrək Osmanlıda protestant missionerlərin fəaliyyətləri güclənmişdi. Ermənilər isə öz növbəsində xəfiyyə rolunu oynayan bu təşkilatların xidmətlərindən, həmçinin beynəlxalq vəziyyətin dəyişmələrindən məharətlə istifadə edirdilər. Belə ki, 1856-cı il Krım müharibəsinin bitməsi ilə Qərb dövlətlərinin, xüsusən İngiltərənin
«köməyi» nəticəsində Osmanlı dövləti müharibədən uğurla çıxmışdı. Lakin o öz növbəsində yuxarıdakı fərmanı verməklə, Fransa və İngiltərəyə onun daxili işlərinə qarışmaq imkanı vermişdi. Bundan istifadə edən ermənilər təşkilatlanmağa başlamışdılar. Bu komitələr isə gələcək terror təşkilatlarının özəklərinə çevriləcəkdilər.
1877-1878-ci illər rus-türk müharibəsindən ermənilər xüsusi mənfəətlər götürdülər. Belə ki, onların adı ilk dəfə olaraq San-Stefano müqaviləsinə salındı. Həmin müqavilənin 16-cı maddəsinə əsasən Osmanlı dövlətindən tələb olunurdu ki, ermənilər yaşayan vilayətlərdə islahatları tezləşdirsin və onların təhlükəsizliyini təmin etsin. Çox maraqlıdır ki, burada söhbət kürdlərdən və çərkəslərdən müdafiədən gedirdi. (Fayql Erix. Göst.əsəri, s.35) Ermənilər Rusiya ilə Osmanlı arasında cərəyan edən danışıqlar zamanı boş dayanmırdılar. Onlar uğrunda xəyanət etdikləri Osmanlı dövlətindən Rusiyaya məktublar göndərirdilər. Bunlardan birində yazılırdı: «Şərq xristyanları olan biz ermənilər də Qərb xristyanları kimi Rusiyanın köməyi sayəsində müstəqillik əldə etmək istəyirik. Xahişimiz, istəyimiz budur». (İ.Məmmədov. Tariximiz, torpağımız, taleyimiz. B., «Adiloğlu», 2002, s.269(700s.))
Ancaq bolqarlar, serblər, rumınlar, yunanlar kimi ermənilər öz dövlətlərini qura bilmədilər. Çünki böyük dövlətlərin planlarında müvəqqəti istifadə üçün nəzərdə tutulmuş ermənilərə dövlətçilik vermək hələ yer almamışdı. Çünki Osmanlı hələ bütün gücünü itirməmişdi və ona zaman-zaman təsir etmək üçün erməni kartı hələ lazım idi. Belə vəziyyətdə, iddiaların təmin olunmadığı bir şəraitdə erməni terrorizmi cücərməyə başlayırdı.

İlk əvvəl erməni terrorizminin fəaliyyət meydanı Anadolu olsa da daha sonralar- ermənilərin mənbəyi olduğu bu xərçəng xəstəliyi Qafqaza, o cümlədən Azərbaycana da keçməyə başladı. Çünki rus-iran və rus-türk müharibələri nəticəsində ermənilərin Qafqaza köçürülməsi burada demoqrafik vəziyyəti onların xeyrinə dəyişdirdi. Şavrov ermənilərin necə həyasızcasına torpaq zəbt etdikləri haqda yazarkən onların Rusiya üçün gələcəkdə böyük bir problemə çevriləcəyini qeyd edirdi.(Şavrov N.N. Novaə uqroza ruskomu delu v Zakavkazğe. Predstoəhaə rasprodaja inorodüam. V sb: istoriə Azerbaydjana po dokumentam i publikaüiəm.B., «Glm», 1990, s.65) Ancaq ermənilər Rusiya İmperiyasına çox lazım idilər. Ona görə ermənilərin bu cür işlərinə hələ çox dözüləcəkdi.
Bütün dünya isə XIX əsrin 80-cı illərində yaranmağa başlayan erməni təşkilatlarının fəaliyyət metodlarında açıq-aşkar terrorist üsullara əl atıldığına göz yümmağa başladı. Bundan ürəklənən ermənilər 1887-ci ildə «Hınçak»ı yaradarkən bəyan edirdilər:

«İstənilən şəraitdə türkləri və kürdləri öldürmək, öz məqsədlərinə xəyanət edən ermənilərə heç vaxt aman verməmək və onlardan intiqam almaq». (A.Məmmədli. Göst.əsəri, s.118) Göründüyü kimi terrorizm nəinki Azərbaycana, Türkiyəyə və ya digər müsəlman xalqlarına qarşı yönəlmişdi. Həmçinin onun hədəfinə bəzi erməni ziyalıları da dönməkdə idi. Çünki həmin ermənilər anlayırdılar ki, böyük dövlətlər ermənilərdən yalnız öz mənafelərinin gerçəkləşməsi üçün istifadə edirdilər. Qərb dövlətləri tərəfindən rəğbətləndirilən bu separatçı-terrorçu hərəkatdan ziyan çəkən tərəflərdən birində məhz ermənilər olmuşdular. Axı erməni xalqı hələ XIX əsrin əvvəllərində «Osmanlı İmperiyasında heç bir siyasi ambisiyalarsız yaşayırdı». (J.Malevil.Armənskaə traqediə 1915 qoda.B., «Glm», 1990, s.75 (128 s.)) Və belə də yaşamaqda davam edə bilərdi. Ancaq belə olmadı. Erməni qondarma müqavimət hərəkatı terror çıxışlarının vüsət alması ilə təzahür etdi. XIX əsrdə yaranmış olan bütün erməni təşkilatları terrorist mahiyyət daşımaqda idilər. Həmin təşkilatlardan danışarkən biz məsələnin mahiyyətinə daha dərindən varacağıq.

Emin Əliyev

Geri dön