Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Rus mətbuatından dövlətimizə həqarət
Rus mətbuatından dövlətimizə həqarət |
«Hezavisimaya qazeta»-da Azərbaycan Respublikası «Abşeron dövləti» adlandırıldı
Rusiyada nəşr olunan nüfuzlu «Hezavisimaya qazeta» nəşrinin dünənki sayında dərc olunmuş «Azərbaycan Xəzərdə «təhlükəsizlik dairəsi» yaradır» başlıqlı məqalədə ölkəmizin maraqlarını təhdid edən və dövlətimizi aşağılayan məqamlar yer yer alıb. Məqalənin Azərbaycanın ABŞ-ın İran siyasətini dəstəkləmək üçün bütün vasitələrdən istifadə etdiyi barədə yer alan hissələrinə toxunmağa ehtiyac duymuruq. Çünki Kremlin nəzarətində olan mətbuat orqanları Qəbələ RLS-lə bağlı müzakirələrin başladığı zamandan etibarən bu qəbildən olan təxribat materiallarını yaymaqla məşğuldurlar. Yazıda yer alan ən önəmli məqamlar və Kremlin ismarıcları «Müstəqil hərbi icmal» nəşrinin məsul redaktoru Viktor Litovkinin şərhində yer alıb. Şərhi olduğu kimi oxucularımızın diqqətinə təqdim edirik: «Azərbaycanın İran məsələsində ABŞ-ın müdafiə olunmasına yönəlmiş bütün hərəkətləri (öz ərazisində cənub istiqamətində vəziyyətə nəzarət etmək məqsədi daşıyan 7 radiolakasiya stansiyasını yerləşdirməsi, Tehran cəsuslarının ifşa olunması və həbsi, Qəbələ RLS-in icarə haqqını artırması) vahid bir məqsədə, Dağlıq Qarabağ məsələsində ABŞ-ın həlledici dəstəyini qazanmağa xidmət edir. Bakıda yaxşı başa düşürlər ki, erməni diasporunun Ağ Evdə, Senatda və Konqresdə qüdrətli lobbisi var. Azərbaycan isə tarixi səbəblərdən belə bir imkana sahib deyil. Azərbaycanın Dağlıq Qarabağ məsələsini güc yolu ilə həll etmək istəyi isə nəinki Rusiya və Ermənistanla müttəfiqlik öhdəliklərilə bağlı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, eləcə də Vaşinqton və onun müttəfiqləri tərəfindən ciddi müqavimətlə qarşılaşa bilər. Bunun baş verməməsi üçün «Abşeron dövlətinin hakimimiyyət orqanları» hətta Moskva və Tehranla münasibətlərini korlamaqdan belə çəkinmədən çoxdu qurbanlar verməyə hazırdırlar. Təki ölkənin bütün siyasi elitasının taleyinin bağlı olduğu məsələ həll olunsun, Qarabağ geri qaytarılsın». Geri dön |