Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AMEA Botanika İnstitutunun gənc tədqiqatçısı Yaponiyada keçirilən beynəlxalq seminarda iştirak edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > AMEA Botanika İnstitutunun gənc tədqiqatçısı Yaponiyada keçirilən beynəlxalq seminarda iştirak edib

AMEA Botanika İnstitutunun gənc tədqiqatçısı Yaponiyada keçirilən beynəlxalq seminarda iştirak edib


AMEA Botanika İnstitutunun Mikologiya laborotoriyasının kiçik elmi işçisi Aynur Baxşiyeva 23-24 fevral 2019-cu il tarixində Yaponiyanın Tokyo şəhərində Tamagawa Universitetinin təşkilatçılığı ilə keçirilən Asiyalı tələbələr üçün 2-ci Beynəlxalq seminarda (2nd International workshop on basic fungal identification skills for Asian students) iştirak edib. Seminar Yaponiyanın Gifu Universitetinin Dr. Ayaka Hieno və Tokyo Kənd Təsərrüfatı və Texnologiyası Universitetinin nümayəndəsi Dr. Seige Uematsu tərəfindən təşkil edilib. Tədbirdə Azərbaycan da daxil olmaqla 5 ölkədən (Yaponiya, Malayziya, İndoneziya, Hindistan) 11 nümayəndə iştirak edib. Seminarın əsas məqsədi Phytophtora cinsi göbələklərinin morfologiyası həyat dövriyyəsi, sahib bitki spesifikliyi və törətdiyi xəstəlik simptomları, öyrənilmə tarixi barədə məlumat çatdırmaq və Phytophthora cinsinə aid olan növlərin təyinatında molekulyar metodlardan istifadəni öyrətmək olub. Seminarda qazanılan biliklər ölkəmizdə Phytophthora cinsi üzrə müasir metodlarla tədqiqatları həyata keçirməyə imkan verəcəkdir.

Qeyd edək ki, Asiyalı tələbələr üçün təşkil edilən beynəlxalq seminar 2018-ci ildən etibarən keçirilir və növbəti illərdə də keçirilməsi nəzərdə tutulur.

Geri dön