Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > MİSKİN ABDAL POETİKASI II YAZI (əvvəli birincidə)
MİSKİN ABDAL POETİKASI II YAZI (əvvəli birincidə) |
Aşağıdakı gəraylı- “Fələk” şeiri yeddi hecalı olmaqla, yəni “yeddilik” şeir növünə aiddir. Lakin əvvəlki “yaddilik”lədən gəraylı kimi “a, b, s, b…a, b, a, b…” quruluşu ilə fərqlənən orijinal nümunədir. Misraların əvvəlində cümlə üzvü olan xəbərin verilməsi inversiya olaraq məcazların təsir gücünü daha da artırır.
FƏLƏK Yıxdın könül şəhrini, (əhval) -metonimiya… Dad fələk, aman fələk! İçdim hicran zəhrini, (dərd) -metonimiya… Zülm etdin yaman, fələk! Qara geyibdir sazım, -metafora… Nə oxuyum, nə yazım?.. Nakam qaldı murazım, Vermədin aman, fələk! Zülm olmaz beləsindən, Qoru şər hiyləsindən, Abdalın naləsindən Bir diksin, oyan fələk! -mübaliğə… Aşağıdakı “Allah ölümün haqdı” şeirində axirətdə “ Bir dirilik suyu ” yeni həyat olduğu deyilir. Şeirin semantikası bu dünyanın fani, müvəqqəti zamanında əməl saflığına işarədir. Dünyanın var-dövlətinə susayan bəd əməl sahibləri haramlıqla yığdıqlarını o dünyaya apara bilməyəcəklərini düşünməlidir, eyni zamanda şeir “ölümün haq” olduğunu, heç kimin əcəl hökmündən qaça bilmədiyini vürğulayır. Axirətdə olan sörğu-sual yaxşı əməl sahibləri üçün asan, pis əməl sahibləri üçün ağır olduğu da xatırlanır. ALLAH, ÖLÜMÜN HAQDIR Bu dünya, o dünya var, Allah, ölümün haqdır! Bir dirilik suyu var, -metomimiya… Allah, ölümün haqdır! Axırın puçdu, dünya, Var ikən heçdi dünya. -bədii təzad… Hey gəldi, keçdi dünya, Allah, ölümün haqdır! Abdal, yastıq daş olar, Üst torpağın yaş olar, -metonimiya.. Mələklər yoldaş olar, Allah, ölümün haqqdır! Aşağıdakı “Gedin deyin Lələ bəyə” gəraylısı da “Çaldran” döyüşündən sonara deyilən qəmli şeirlərdən biridir. ”Çaldıran” döyüşünə qədər həmişə zəfərlərlər qazanan böyük Səfəvi dövlətinin başçısı Şah İsmayıl Xətai Sultan Səlimin başçılığı ilə Osmanlı ordusuna məğlubiyyətdən sonara 10 il-ömürünün axırına kimi ürəyi kədərli yaşamışdır. Şah İsmayılın 1924-cü ildə qafil ölüm hadisəsi ilə ah zar edən Miskin Abdal aşağıdakı belə bir ağı şeir demişdir. GEDİN DEYİN LƏLƏ BƏYƏ Gedin, deyin Lələ bəyə, Bu naleyi-əfqanımı. Qanlı fələk zülm elədi, Ayırdı candan canımı. -metonimiya… Mən bu bağa girərəmmi? -bədii sual… Gül dəstəsin hörərəmmi? -bədii sual… Ya Rəbb, bir də görərəmmi, Öz mürşidi-sultanımı? Miskin Abdal, bu nə kələk? Dövran qoymaz bizi gülək, Yerə vurdu məni fələk, - metafora… Ucaltdıqca düşmanımı. Aşağdakı “Yarım” gəraylısında müəllif misraları bədii təsvir vasitələrindən olan epitetlər üzərində qurmuşdur. YARIM Dodaqları gül qönçəsi, Yanaqları lala yarım. -epitet … Kölgən gələndə gün qaçar, -metafora… Sən bəlasan, bəla, yarım. -təkrir… Tanrı səni var edibdi, Aşiqini xar edibdi, Fələkləri kar edibdi, Çəkdiyim ah-nala, yarım. Miskinin söhbət-sözüsən, Cümlə gözəllər gözüsən, -təşbeh… ’’Ağrı dağı”n nərgizisən, -təşbeh… Bürünmüsən şala, yarım. Miskin Abdal aşağıdakı “Bu da məni”gəraylısında adının Hüseyn olduğunu və sonradan Abdal təxəllüsü götürdüyünü dilə gətirir. Ustadın yaradıcılığında əldə olunan şeirlərində bu üçüncü hadisədir ki, “Hüseyn” sözünü qeyd edir. BU DA MƏNİ Ay dilbilməz, neyləmişəm, Yandırırsan oda məni. –metafora… Cəlladsansa, al xəncəri, Gecə-gündüz buda məni. –metonimiya… Bu eşq mənə qış gətirdi, (dərd) –metafora… Başıma min iş gətirdi, Bir tacirə tuş gətirdi, Ucuz satdı yada məni. –metafora… Qoxlamadım qızılgülü, -bu bənddə şair xanımı Aldı məni qürbət eli, haqqında zarafatyana Həlimənin fitnə-feli, məcazi mənada Saldı eldən cüda məni. yumor deyir… Hüseynəm Abdal olmuşam, Dərd əlindən saralmışam. -təşbeh-bənzətmə… Allah, nə günə qalmışam, Bəyənməyir bu da məni. -kinayə-təriz… Şeriyyətdə bəzən alliterasiya yaradan qafiyəli, ölçülü misralarla deyilən epik formalar ən çox epifora üzərində qurulur. Aşağıdakı “Xoş gəldin” şeirində bədii lövhələr də “Oğul, İsmayıl, xoş gəldin!” epiforası-təkrir üzərində qurulan xitabdır. Bu şeirdə Şah İsmayıl Xətainin Göyçə mahalına mürşidi Miskin Abdalın ziyarətinə getməsi hadisəsini əks etdirir, eyni zamanda təxminən 1550-ci illərdə olan əlamətdar tarixdən xəbər verir. Şeirdə iki məcaz var: “Bu günümüz taydır ilə”, yəni görüş istəyinin sevincinin həddən ziyada böyük olmasına işarədir: bu məcaz bədii mübaliğə kimi folklorda da işlənən sözlərdir. “Lalə, nərgiz gəlib dilə,” metafora olaraq şadlığın yüksəkliyindən güllərrin də insan kimi sevinməsi bildirilir. XOŞ GƏLDİN Vədə verdiyin ilqara, Oğul, İsmayıl, xoş gəldin! Göyçə adlı bu diyara, Oğul, İsmayıl, xoş gəldin! Bura gələn bir də gələr, Qəm çəkənin üzü gülər, Pişvazına çıxıb ellər, Oğul, İsmayıl, xoş gəldin! Sazın-sözün sirri burda, İgid olan qalmaz darda, Sənə sadiq olan yurda, Oğul, İsmayıl, xoş gəldin! Bu günümüz taydır ilə, -mübaliğə Toy-bayramdır bizim elə, Lalə, nərgiz gəlib dilə, - metafora Oğul, İsmayıl, xoş gəldin! Bəxt yazılıb hər alına, Bax Abdalın əhvalına, Gözəlliklər mahalına, Oğul, İsmayıl, xoş gəldin! Miskin Abdal yaradıcılığında təbiət gözəlliyinin tərənnümü də yeni bədii təxəyyül kimi nəzəri cəlb edir. Təbiətin gözəllik simvolu olan dağ əzəməti, onun məziyyətləri obrazlı epik-lirik deyimlərlə orijinal bəddi lövhələrdə əks olunur. “Ağrı dağı” şerində təşbehlər emosianallığı gücləndirməklə xoş təəsurat yaradır. Dediklərimizə əyani nəzər yetirək: AĞRI DAĞI Dayanıbdır mətin, qoşa, Şah vüqarlı Ağrı dağı. -təşbeh… Bir qüdrətdir başdan-başa, -təşbeh… Bar-baharlı Ağrı dağı. - Başda Nuhun gəmisi var, Ayağında zəmisi var. Tarixində qan izi var, Boran-qarlı Ağrı dağı. Mövlam verib sirri pünhan, Səcdəsinə gəlir cahan, Abdal kimi sürür dövran, -təşbeh Etibarlı Ağrı dağı. Bədii deyimlərdə hələ qədim dövrdən qəhrəmanlara, ədalətli şahlara təriflər, alqışlar deyilmişdir. “Dədə Qorqud dastanları”nda Dədə Qorqud tərəfindən deyilən: “Bu igidə qılınc verin, ərdəmlidir” kimi misralar da bu qəbildəndir. Həmin məzmunda olan “İsmayıla” şeirində Müəllif Şah İmayıl Xətaini tərif etmişdir. Bu şeirdə məcazlar misraların emosiyasını, assonans- saitlərin bir-birini izləməsi hadisəsi şeirin bəddi təsir gücünü bir daha artırır. “Bu tac, bu taxt qılsın vəfa” ölkənin insanlat əvəzinə “taxt-tac” işlədilir, ad dəyişməsi-metonimiya işlədilir. İSMAYILA Bu tac, bu taxt qılsın vəfa, -metonimiya... Şeyx oğlu Şah İsmayıla, Xızır Nəbi, ol Mustafa Olsun pənah İsmayıla. Haqdan yerə gəlir bir səs: Bəxtin üzü dönməsin tərs. -metafora… Qır qazana düşər nakəs, Etsə günah İsmayıla. Abdal telə mizrab vurar, Gün gələr ki, dastan qurar, Yerdə Əli kömək durar, Göydə Allah İsmayıla. Aşağıda “Tapınmışam” şeirinin mövzusu dini etiqada aid sufi şeri kimi ənənəvi xüsusiyyətə malikdir. Müəllif məcazsız olan bu şeirdə dini məfkurəsinin izahını vermişdir. Şeirdə İslam fəlsəfəsinin dörd mərhələsini: ŞƏRİƏT, TƏRİQƏT, MƏRİFƏT, HƏQİQƏT olduğunu qeyd edir. TAPINMIŞAM Anadan pür kamal olub, Şəriətə tapınmışam. Din yolunda Abdal olub, Təriqətə tapınmışam. Miskin günüm gəlməz saya, Qismətimdir ismət, həya, Qulluq edib tək Xudaya, Mərifətə tapınmışam. Miskin Abdal Tanrı qulu, Qəlbindədir Haqqın yolu, Ululardan daha ulu, Həqiqətə tapınmışam. Mədhiyyə janrında olan “Var” şeiri Həz. Əlinin şəninə deyilən şeirdir: “Heydər”, “Div qolunu buranım var.” misraları Həz. Əliyə aiddir. VAR (mədhiyyə) Şükür Haqqın dərgahına, Mətləbimi soranım var. Sirli qüdrət Heydər kimi -təşbeh… Köməyimdə duranım var. Əbu-David pəhləvanı, Yerə vurdu, çıxdı canı. Gəşt eyləyən asimanı, Div qolunu buranım var. –metonimiya… Mətləbini Haqqdan alan, Abdal olmaz darda qalan. Müsəlmana qanun olan, Bir müqəddəs Quranım var. Mərsiyə janrında deyilən “İmam Rza” şeiri də məcazsız, emosional bir bəddi nümunədir. Misraların nidalarla deyilməsi kədər hissilərini minor notlara yönləndirir və “Şəhid olan imam Rza!” epifora kimi emosiya gücünü artırır. Bu şeiri nəzmin “Ağı” janrına da aid etmək olar. “Ağı” janrı elegiya olaraq estetik elmi-nəzəri anlamdır, Oğuz şeirinin minilliklərdən gələn ən qədim nümunəsidir. İMAM RZA (mərsiyyə) Ahularla zalım olan, Qara bulud kimi dolan, Xorasanda şəhid olan, Qərib olan məzlum Rza! Şəhid olan imam Rza! Zəhər ilə gül tək solan, Bacı deyib, darda qalan, Vay, ciyərləri doğranan, Qərib olan məzlum Rza! Şəhid olan imam Rza! Ölsə görən kim ağlayar? Bacı, gözün kim bağlayar? De, yasını kim saxlayar? Qərib olan məzlum Rza, Şəhid olan imam Rza. Məlum ona verdi zəhər, Kimsəsi yox, qərib şəhər. Bacısına verin xəbər. Qərib olan məzlum Rza, Şəhid olan imam Rza. Badi-sələt, bacı gəlmədi, Başın dizi üstə olmadı. Öldü didarı görmədi. Qərib olan məzlum Rza! Şəhid olan imam Rza! Babasının kövsər-saqi, Qərib Hüseyni1 baqi, Niyə başa gəlməz taqı? Qərib olan məzlum Rza! Şəhid olan imam Rza! Qərib Miskin sənə qurban, Niyə belə gəldi dövran? Çoxdur mənim qəmim, naləm. Qərib olan məzlum Rza! Şəhid olan imam Rza! (1-Hüseyn– Miskin Abdaldır) QOŞMALAR Aşağıdakı “Ya Əli” şeirində Həz. Əlinin bəddi obrazı onun məqamına müvafik seçmələrlə verilir. Bu qoşmada “Fəthi şəhri - Zərrin, qatili-Salsal, Mürşidi - Cəbrayıl, şahi-beyzaval, Qəşəmşəm, Qəzənfər, Şiri-Zülcəlal,” sözləri bədii təsvir vasitəsi kimimetoni-miyalardır (ad dəyişmə). Qalan bəndlərdə heç bir məcaz işlənmir. Qoşma epik-lirik formadaır və quruluşca aşıq şeir janrında yenidir. Həz. Əlinin şəninə deyilən nəzmlərdə Miskin Abdaldan sonra müəlliflər bu şeirin məzmununu dəfələrlə təkrar etmişlər və yeni sözlər də əlavə etmişlər. YA ƏLİ Ələstü-Rəbbi cəm xitab olanda, Xub qailəm o adına, ya Əli. Sənin pənahına iman gətirdim, Bərqəraram o sevdana, ya Əli. O, ”zey”, ”fey” adına, o nuri-səfa, Yetişsin şəninə hər quli-kəfa, Varlığın mənası dini-Musdafa, Sərxeyli-Karvanın Cüda, ya Əli. Fəthi şəhri - Zərrin, qatili-Salsal, -metonimiya… Mürşidi - Cəbrayıl, şahi-beyzaval,-metonimiya… Qəşəmşəm, Qəzənfər, Şiri-Zülcəlal,-metonimiya… Müsəmmasan bir Minada, ya Əli. Əzrayıl çəngəlin cana çalanda, Ruhlar pərvaz olub, cəsəd qalanda, Üz xakə döşənib, zəlil olanda, Özün yetiş o fəryada, ya Əli. Məhşər günü özün tutarsan camı, Tutmuş ətəyindən nikü-bad, hamı, Seçmə muxsullardan Miskin Qulamı, Kərəm et kövsərdən badə, ya Əli. Aşağıdakı “Unutma” qoşması didaktika-nəsihət-hikmət əsasında deyimdir. Şeirdə xitab olunan “Aşıq” obrazı ümumidir və idiomlardan ibarət məcazlar epitet kimi də nəzəri cəlb edir, lakin frazeoloji söz birləşmələri olduğundan idiomlardır. Təşbehlər isə şeirdə əlamət bənzətmələridir. İdiomlar bədii suallar kimi də nəzəri cəlb edir. UNUTMA Aşıq, kəşt eləyib ağır elləri, El içində namus, arı unutma. Yaxşı dolan, təmiz saxla adını, Dost yanında etibarı unutma. Halal mala haram qatmaq nə lazım? Hədər yerə kaman atmaq nə lazım? Yar-yoldaşa yalan satmaq nə lazım? -idiomlar… Əhdi-peyman, düz ilqarı unutma. Miskin Abdal, bir qonaqsan dünyada, Könlün bir dəryadır, ürəyin ada, -təşbehlər… İstəsən ki, yetişəsən murada, Yaş torpağı, dar məzarı unutma… Aşağıdakı “Dağlar” qoşması təşxis kimi şəxsiləndirmədir. Qoşma əlamət köçürməsi olan metonimiya məcazlı təbiət lövhələri əsasındadır. DAĞLAR Məğribdən məşriqə səf çəkib, durub, Qüdrətdən çəkilib baş-başa dağlar. İtaət boynuna həmayıl vurub, Misli-pəsənd, xotkar, xan, paşa, dağlar. -epitet… Baxıb hökmü yek, dal dürey dükafa, Gah kükrəyib, gah gəlirsən insafa, -metafora… Dey peykarə çəkib, bəyazil əffafə, Pərvərdin geydirir qumaşa, dağlar -metafora… Ağ çeşmən sərindən car eylər seli, Yaşıl tirmə qurşar adaca beli, -metafora… Zabitə kölgəsi, Dağıstan yeli, Sədrin səfasıdır həmişə, dağlar. Nəs illərdən satın aldın nəs günü, -metafora… Çağırdın dumanı, tökdün çiskini, -metafora… Gözü yaşlı qoydun Cüda Miskini, Eylə gülə-gülə tamaşa, dağlar. -metafora… Aşağıdakı “A dağlar” qoşması da “Dağlar” qoşması kimi şəxsiləndirmədir. Qoşma məcazsız təbiət lövhələri əsasındadır. A DAĞLAR Xudahafiz deyək, gəl halallaşaq, Daha ayrılıqdı, köçdü, a dağlar. Soldu gül-nərgizin döndü xəzələ, Pozuldu işrətin, keçdi, a dağlar. Zənbur sızıldaşır şan üstə bala, Aldadıb, çoxların qoyubsan dala, Bənd olma dünyada dövlətə, mala, Axır aqibətin puçdu, a dağlar. Keçdi növbaharın, yazın qış oldu, Çərx hərləndi, ömür qəmə tuş oldu, Miskin Abdal, xəyalların puç oldu, Dolanıb güzarım düşdü, a dağlar. Aşağıdakı“Dağların” qoşması şəxsiləndirmə və metafora məcazlı təbiət lövhələri əsasındadır. DAĞLARIN Adəmdən cavandır, Nuhdan qocadır, Bir sirdir, bilinməz yaşı dağların. Tufana əyilməz, yada basılmaz, -metafora… Həmişə qar olar başı dağların. Əhvalı necədir – bir səyyaddan sor, Quşa cələ olur, ahulara tor, ”Can” desən, ”can” deyər, ”çor” söyləsən, ”çor”, Səs alar, səs verər guşu dağların. -nitqiləndirmə…. Qüdrətdən yetibdi uca barata, Sinəsi açıqdı elə, elata, -təşbeh… Mən Cüda Miskinəm, başımda xata, Kəsib yollarımı qışı dağların. -metafora… ARDI VAR... -- Niftali Goyceli Geri dön |