Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > M.Ə.Sabirin düz 108 il bundan əvvəl "Molla Nəsrəddin" jurnalında çap etdirdiyi bir şeirin nüktələri - açılmayan və incələnməyən sirləri
M.Ə.Sabirin düz 108 il bundan əvvəl "Molla Nəsrəddin" jurnalında çap etdirdiyi bir şeirin nüktələri - açılmayan və incələnməyən sirləri |
M.Ə.Sabirin bu gün 108 yaşı tamam olan maraqlı bur şeiri var.
Şeirin əsas ideyası xalqın milli təfəkkür tərzinin formalaşmasında əhəmiyyətli işlər görən insanların fəaliyyətinə layiqli qiymət verilməsinin vacibliyidir. Şeirin adı "VAQİEYİ-YUBİLEYKARANƏ"dir. Şeir “Girdim yerimə başımda qayğu” misrası ilə başlayır.Şeir vahidi beytdir, aa,bb,ss,dd,...şəklində qayiyələnmişdir.Janrına və məzmununa görə epik məsnəvidir Həcmi 37 beytdir. Beytlərdən birinin nəşrlərə düşməsi nədənsə məsləhət görülməmişdir. İlk dəfə “Molla Nəsrəddin” jurnalında (9 mart 1911, № 10) “Gözü yuхulu” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. Yeri gəlmişkn qeyd edək ki,M..Sabirin yuxu ilə ilgili bir neşə şeiri vardır. Oxucuların diqqətinə ünvanlanan bu şeirin qısa məzmunu belədir: Başında həyatın müəyyən qayğıları olan şair gecə qəribə bit yuxu görür. Yuxu görmək təbii bir proses olsa da, şair bu yuxunu ömrünün çətin günlərində, həyatının sonuna təxminən 4 ay qalmış görür.(M.Ə.Sabir 1911-ciil iyulun 12-də ( yeni təqvimlə iyulun 24-də vəfat etmişdir).. Şair bu aylarda hətat uğrunda ölüm-dirim mübarizəsi aparırdı. Şair yuxuda görür ki,elə bir şəhərdədir ki, "cümlə dəhri ( bütün dünyanı-N.N.) gəzsən,bilamazsan (tapmazsan-N.N.) öylə şəhri".Bura elə bir şəhərdir ki,ləzzətli suyu,gözəl havası,bəhcəti (gözəlliyi -N.N. ), zövqü-səfası var. Əhli bütün əhli-fəzlü insaf, mömini-pak,müslümü -safdır.Bura füzalə (fazil adamlar-N.N.) şəhəridir, irfan diyarıdır.Möminləryatağı olan bu məkan-qədim Şirvandır. Qısası şair bu şəhərin hər yerini gəzib,tamaşa edir.Qəribədir ki,gəzdiyi yerlərdə gözünə dəyən adam, demək olar ki, yoxdur. Ancaq bir səmtdə yığıncaq, ,izdiham görür.Şair bu fürsəti itirmək istəmir, izdihama axışan insanlara qoşulur. Baxdm ki,əzim bir cəmiyyət, Eyzən ürəfa,əvət ,həqiqət! Lakin nə üçündür işbu əhval?- Sordum, birisi dedi bu minval: "Rahi -mədəniyyəti tey etdik, Bir şəxsi- əzizə yubley etdik". Şair camaatın seincini başa düşür, bir nəfərdən yuvileyi keşirilən bu əziz şəxsin kimliyini soruşur. Ağlına gələn ilk yubiley səbəbkarının Xaqani olduğunu düşünür. Sonra yadına Şamaхıda doğulmuş Azərbaycan şairlərindən biri olan. Zülfiqar Şirvani düşür. Z.Şirvani ХIV əsrin əvvəllərində Təbrizdə vəfat eimiş və məşhur Sürхab qəbristanında dəfn edilmişdir.Onun yubileyinin keçirilməsi təəccüblü görünmür.Yuvileyə onun da haqqı çatır. Yox,o da deyil.Həsən bəy Məlikov (Zərdabi) yada düşür. Həsən bəy Zərdabinin yada düşməsi də səbəbsiz deyil. Mənbələrin birində Şamaxıdan köçüb, Zərdabda yaşayan Şamaxılılar haqqında məlumat verilir. Çox güman ki,bu fakt Sabirə də məlum içiş.Məhz buna görə o,Həsən bəy Məlikovu da Şamaxılı hesab edir. H.Məlikovun Şamaxı Ali İbtidai Məktəvində oxuması da bu faktı qüvvətləndirə bilər. Yox,o da deyil.Güman görkəmli maarifçi Səid Ünsizadəyə (1842,Şamaxı-1903,İstanbul) - "Kəşkül"ün redaktoruna gəlir. Əslində,S.Ünsizadə "Kəşkül"ün yox, "Ziya" qəzetinin (1879,25 yanvar-1884,26 iyun) təsisçisi və ikinci redaktoru olub. Amma hər halda "Kəşkül" ( 1883-1891) Ünsizadə qardaşlarının çar hökuməti məmurlarını aldadan layihəsi idi. Qardaşlar milli türkdilli mətbuatı nə yolla olursa-olsun inkişaf etdirmək istəyirdilər.Cəlal Əfəndinin böyük qardaşından aralanıb, müstəql mətbuat açması bununla ilgili idi. Daha sonra yubiley keçirilməsinə mənəvi hüquqları olan digər məşhur Şamaxılıların adları çəkilir: S.Ə.Şirvani (1835-1888),S.M.Qəniyev (1866-1938) və onun ali məktəb yoldaşı Həbib bəy Mahmudbəyov (1864-1928). Ən sonda "Rəhbər" (1906,sentyabr-1907,yanvar) uşaq jurnalının redaktoru Mahmud bəy Mahmudbəyovun (1863-1923) adı gəlir. Müsahibi "Lal ol!" deyerək adları çəkilənlərin heç birinin belə şərəfli yubileyə layiq olmadıqlarını söyləyir, onların hər birinin xidmətlərini ucuz sözlərlə dəyərləndirir,sorğuya və şairin gümanına istehza ilə yanaşır: Hər elmi -ufaq əsla, Layiq olamaz bu feyzə illa. Layiq belə yubleyə ziyada, Əlhafiz əfəndi Şeyxzadə... Hafiz əfəndi Şeyхzadə – Məshəti türki idi.O,bir müddət Şamaxıda müəllimlik etmiş,1902-ci il zəlzələsindən sonra Şamaxıdan Şəkiyə köşmüş, burada da müəllimlik işini davam etdirmişdir. Şeirdən hiss olnur ki,M.Ə.Sabirin Hafiz Əfəndi ilə münasibətləri yaxşı olmamışdır.Bu,hər nəsnədən əvvəl onların təhsilə fərqli münasibətləri ilə bağlı ola bilərdi.Bəlkə də bu şeir Hafiz Əfəndini bəyənməyən bəzi qələm əhlinin birinin sifarişi ilə yazılmışdır.M.Ə.Sabirin yaradıcılığında sifarişlə yazılmış bir neçə şeir də vardır ki,bunlar haqqında ucadan danışılmır. "Vaqieyi-yubileykaranə" şeirində M.Füzuliyə istinadən söylənilən bir beyt bu fikri sööyləməyə əsas verir: "Dinmə",- dedim, -oldu qissə məfhum, Rumi ki dedin,qəziyyə məlum..." Şair məsnəvinin sonunda maraqlı bir nəticəyə gəlir: "İnsandakı cəhldən ziyadə Həqsizlər edərlər istifadə ". *** M.Ə.Sabirin bu şeiri təsisçisi Səid Ünsizadə olan "Ziya" qəzetinin (25.01.1879-26,06.1884) 140 illik yubileyinin keçiriləsinin vacibliyini bir daha yada salır Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının əməkdar müəllimi 09.03.2019. · Məzkur şeiri - "VAQİEYI-YUBİLEYKARANƏ" məsnəvisini oxuculara təqdim edirik. (M.Ə.Sabir.Hophopnmə. 2 cilddə.II cild..Şərq-Qərb. Bakı -2004.Səh.32-35) Girdim yerimə başımda qayğu, Gördüm gecə bir qəribə uyğu: Bir şəhrdəyəm ki, cümlə dəhri Gəzsən, bulamazsan oylə şəhri; Ləzzətli suyu, gözəl havası, Var behcəti, zövqü, həm səfası; Əhli bütün əhli-fəzlü insaf, Həp mö’mini-pak, müslimi-saf; Şəhri-füzəla, diyari-irfan, Mö’min yatağı, qədim Şirvan. Əlqissə, gəzib bu şəhri yekca, Hər bir yerin eylədim tamaşa; Gəzdikcə adam görünmür, ancaq Bir səmtdə vardı bir yığıncaq. Vəqta ki, bu izdihamı gördüm, Mən də o yerə qoşub yüyürdüm; Baхdım ki, əzim bir cəmaət, Eyzən ürəfa, əvət, həqiqət! Lakin nə üçündür işbu əhval? – Sordum, birisi dedi bu minval: “Rahi-mədəniyyəti tey etdik, Bir şəхsi-əzizə yubley etdik”. “Əhsən, – dedim, – ən gözəlcə bir şey, Хaqani üçünmü işbu yubley? Ya seyyidi-paki-Zülfüqari Yad etdiz o şairi-diyari? Yoхsa Məlikov Həsənbəyi-pir Əlyövm olunur vətəndə təqdir? Əkdikləri danələr göyərdi, Bəh, bəh, necə dadlı meyvə verdi! Yaхud, de görüm, müdiri-“Kəşkül” Ünsizadə Səidi-mə’qul Etdikləri ictihadə nisbət Millətdən alır bu gündə qiymət? Yainki o Seyyidi-Əzimi Şad etdiz o şairi-nədimi? Yoхsa Qəniyev Məcidi- təbcil Etmək səbəbincədir bu təşkil? Məhmudbəyov ol Həbibi yoхsa, Alqışladız ol ədibi yoхsa? Yaхud, de görüm, müdiri-“Rəhbər” Məhmudbəyəmi bu e’tinalər?” “Lal ol, – dedi, – Zülfüqar kimdir?! Хaqaniyi-namdar kimdir?! Kimdir Məlikov Həsənbəyi-pir? Millət onu çoхdan etdi təkfir! Kimdir, nəçidir o Ünsizadə? Həp dinimizi verirdi badə! Ya Seyyid Əzim kimdir, oğlan? Bir şair idi yazırdı hədyan! Məhmudü Həbib, ya Məcidin Çəkmə adını o üç pəlidin! Ömründə belə niyaz qılmaz, Bunlar üçü də nəmaz qılmaz . Yubleydir bu, həba deyildir, Var qiyməti, kəmbəha deyildir; Hər elmi ufaq müəllim əsla Layiq olamaz bu feyzə, illa. Layiq belə yubleyə ziyadə Əlhafiz əfəndi Şeyхzadə” . İşbu sözü söyləyib də təkrar, İstərdi edə bir az da göftar. “Dinmə, – dedim, – oldu qissə məfhum, Rumi ki, dedin, qəziyyə mə’lum ...” . . . . . . . . . . . . . . . . . . . . . . . . Dərpərdə olan rümuzu qandım, Bu halda хabdən oyandım. Gördüm bu rübaiyi mükərrər Təb’im ediyor dəmadəm əzbər: Qanunü qəvaidi-təbiət Qoymuş bu cəhanda boylə adət: “İnsandakı cəhldən ziyadə Həqsizlər edərlər istifadə”. Geri dön |