Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Niftali Goyceli: MİSKİN ABDAL POETİKASI –III yazı
Niftali Goyceli: MİSKİN ABDAL POETİKASI –III yazı |
Aşağıdakı “A yaz ayları” qoşmasında rədif epifora kimi şeirin emosiyasını artırır və əsas qafiyəli: “çilə”, “gələ”, “şövq ilə”, “təzələ” sözlərdən sonar gəlir, eyni zamanda təkrir kimi alliterasiyanı gücləndirir. Şeirdə “baş verər”-bitər, “alsam əsa mən”-qocalsam-metonimiya...məcazları işlədilir.
A YAZ AYLARI Zimistan qəhridir, maldan ötəri, Yetişdi qar, çilə, a yaz ayları. Yay, payız dolandı, dağlar ağardı, Həsrət çəkir gələ, a yaz ayları. Səndə olar dağ, dərələr, göy çəmən, Baş verər qərənfil, nərgiz, yasəmən,- “baş verər”idiom -bitər… Gəzərəm həvəslə, alsam əsa mən,-metonimiya-qocalsam... Coşaram şövq ilə, a yaz ayları. Miskin Abdal, ömür keçdi heyinən, Bu mətləbi ”Qocadağ”a deyinən, Hərdən məzarımın gül-çiçəyinən, Üstünü təzələ, a yaz ayları. Aşağıdakı qoşmada “Çəkdim hasarını alovdan, oddan,” kimi metonimiya işlənir: hasar daşdan olar, “daş” adı alov, odla əvəz olunur-ad dəyişməsidir. Digər məcazlar da misraların qabağında qey olunur. “Yar deyə-deyə” frazeoloji ifadəepifora kimi təkrir məcaz formasında işlədilir və emosionallığı gücləndirir. Şeirdə işlədilən idiomlar da bədii təsvir vasitəsi kimi deyimin emosiasını artırmaqla obrazın faciəsini bildirir. Şeirdə Miskin Abdal cavan ikən dünyasını dəyişən sevgilisi Sənubəri xatırlayır. YAR DEYƏ-DEYƏ Aləmi-röyada bir bağça saldım, Gülündən qoxladım yar deyə-deyə. Çəkdim hasarını alovdan, oddan, Dolanıb, yoxladım yar deyə-deyə. Nakam Sənubərim birdən necoldu?! Bəxtin üzü döndü, niyə kəc oldu? -idiomlar… Bu eşq bay olmadı, axır heç oldu, Canda can saxladım yar deyə-deyə. Bir də görünmədi bulaq başında, Öldü qar-boranlı ilin qışında. Axtardım mən onu çeşmim yaşında, Sellər tək çağladım yar deyə-deyə. –təşbeh… Sazım qara geydi, çala bilmədim, -metafora… Dərdim canda yandı, gülə bilmədim, -metafora… Ölmək istəsəm də, ölə bilmədim, Könüllər dağladım yar deyə-deyə. -metafora… Sənubərin dərdi əydi qəddimi, Çağırdım köməyə, çatsın, cəddimi, Ağladım, sızladım, aşdım həddimi, Qaralar bağladım yar deyə-deyə. Abdalam, itirdim din-imanımı. Dərbədər eylədim var gümanımı, Göylərə yetirdim ah-amanımı, Hər yanda ağladım yar deyə-deyə. Aşağıdakı “Gedər”qoşmasımetaforalarla deyilən aşiqin cəfası, qəmi, ələmləri ifadə olunur. Digər tərfdə isə vəfasızlıq, hərdəmxəyallılıq qınaq hədəfinə alınır. “haça diliynən” məcazı orijinal bədii təsvir vasitəsi kimi metonimiyadır: “ikiüzlülük” mənasını bildirir. GEDƏR Guşə-guşə yanıb, nara yaxıldım, Cismim od-atəşə qalanıb gedər, İmtahan eyləyər könlüm şəhrini, Eşqi-Haqqdan qeyri talanıb gedər. –metaforalar… Dərviş olan getməz fitnə-feliynən, Yandırar şamını o, öz əliynən, Yalan peymanıynan, haça diliynən,- metafora-ikiüzlülük… Könül yar yolunda allanıb gedər. Qeylü-qaldı səhər-axşam əhvalım, Tor görür gözlərim, qarışır halım, Qanlı çeşmi yazıq Miskin Abdalın, Coşğun çaya nisbət sellənib gedər. –metafora… Aşağıdakı “Məni” qoşmasında dərd-qəm əlindən şikayət olunsa da, sonunda verilən mübaliğə nikbilik yaradır. Obrazın mübarizədə məğlub olmadığını görürük. Şeirdə verilən bədii sual “Fələk niyə saldı bu dada (dərdə) məni?!” emosional məqam yaradır. MƏNİ Gecə yuxum yoxdur, gündüz qərarım, Rüzgarım qoyubdur adada məni. Tərəqqi dağından uçubdur tarım, Fələk niyə saldı bu dada məni?! -bəii sual… Doğru söz deməyə çox utanıram, Çünki, zəmanəni bir az qanıram, Elə alovlanıb, elə yanıram, -metafora… Söndürə bilməzlər suda da məni. Mən Miskin Abdalam -dustaği-dərdəm, Görmədim baharı ömrümdə bir dəm. Ədalət yolunda elə bir mərdəm, Qorxmaram əjdaha uda da məni. -mübaliğə… Aşağıdakı “Qaldı” qoşması ictimai bədii qınaqlar əsasında deyilən ibrətli məzmunda şeirdir. Şeirin aidiyyatı semantik olaraq mənfi obrazlara yönəlir. QALDI İnsan oğlu, qeybət etdin yoldaşdan, Kəsdin haqq-salamı, harası qaldı? –idiom… Söz yetişdi sahibinə, utandın, Axır, sənə üzün qarası qaldı. –idiom… Pislikdən nə çıxar, söylə, ay insan, Çıxmaz yaddan, yüz il keçsə aradan. Tutaq ki, bir insan çıxdı sıradan, Kimə zər-zibası, xarası qaldı? Miskin Abdal, bəsdir daha bu qədər, Bülbül nəğmə deyər, bayquşlar ötər. Xəncərdən, bıçaqdan, qılıncdan betər, Sinəmdə pis sözün yarası qaldı. -təşbeh… ARDI VAR… Geri dön |