Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MİSKİN ABDAL POETİKASI. V YAZI (əvvəli dördüncüdə)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > MİSKİN ABDAL POETİKASI. V YAZI (əvvəli dördüncüdə)

MİSKİN ABDAL POETİKASI. V YAZI (əvvəli dördüncüdə)


“Yetiş dadıma” şeiri də“Çaldıran” döyüşünün acı təsirindən yaranan hiss və duyğuların bəddi təzahürüdür. Bu şeirin də semantikası həmin faciəvi tarixdən xəbər verir. “Əshabu-Kəhfdəki ya İmamzada” Naxşıvanda olan ziyarətgaha xitabdır. Qoşma məcazsız dərd-qəm bildirən frazeoloji söz birləşmələri ilə deyilən emosiyalı kədər toplusudur.



YETİŞ DADIMA



Əshabu-Kəhfdəki ya İmamzada,

Sən yetiş dadıma, yetiş dadıma.

Yolunda qalmışam qövri-qəzada,

Sən yetiş dadıma, yetiş dadıma.



Kəsir yollarımı boran, qar mənim,

Qırır taqətimi ahu-zar mənim,

Ümidim, inamım Haqqa var mənim,

Sən yetiş dadıma, yetiş dadıma.



Dolubdur ürəyim kədərlə, qəmlə,

Gəlmişəm baş-başa, dərdi-sitəmlə,

Kəbkəb itim ilə, dolu heybəmlə,

Sən yetiş dadıma, yetiş dadıma.



Abdal pak bəndədir, yoxdur günahı,

Doğma Göyçəsində çəkməsin ahı.

Çağırır sidq ilə qadir Allahı:

Sən yetiş dadıma, yetiş dadıma.





Aşağıda “Biri nə?” qoşması bədii təsvir və ifadə vasitələrinə aid olan nəzəri cəhətdən bədii sual deyil, cavab tələb edən sual üzərində qurulmuşdur. Şeir bəndlərinin sonunda sualların tələb etdiyi sözlər qafiyəli şəkildə yerinə qoyulduqda qoşmadan sonara təqdim olunan: “BİRİ NƏ?” şeirinə cavab:” forması alır. Bu qoşma “Bağlama” şeir janrının ilkin nümunəsi kimi də nəzərə cəlb edir.



BİRİ NƏ?



Yol gedərkən üç gözələ tuş oldum,

Ovçu könül mayıl oldu birinə.-məhəbbət

Hər gözəldə üç nişanə gərəkdi:

Biri camal, biri kamal, biri nə?-ismət



Ay ağalar yaralıyam, yar alı*,

Yar dərdindən yaralıyam, yaralı.

Üç şey var ki, bu dünyada aralı:

Biri Aydır, biri Gündür, biri nə?-cəhət



Deyər təkəbbürlər, mənim nəyimdi,

Qadir Mövlan yoxsullara kərimdi…

Miskin Abdal üç şey də var, -deyimdi:

Biri ilqar, biri iman, biri nə?- əhd



*yar alı- yarın odu, yanğısı…



Bu qoşma şeirin texnikası və elmi-nəzəri tələbi üzrə redaktə olunmuşdur. Şeiri həmqafiyə sözlərlə cavablandıranda aşağıdakı formanı alır.



“BİRİ NƏ?” şeirinə cavab:



Yol gedərkən üç gözələ tuş oldum,

Ovladı könlümü eşqi- məhəbbət.

Hər gözəldə üç nişanə gərəkdi:

Biri camal, biri kamal, bir ismət.



Ay ağalar yaralıyam, yar alı,

Yar dərdindən yaralıyam, yaralı.

Üç şey var ki, bu dünyada aralı:

Biri Aydır, biri Gündür, həm cəhət.



Deyər təkəbbürlər, mənim nəyimdi,

Qadir Mövlan yoxsullara kərimdi…

Miskin Abdal üç şey də var, -deyimdi:

Biri ilqar, biri iman, biri də əhd.



Aşağıda “Ağrı dağı” qoşması təşxisə yaxın məcazla deyilən şəxsiləndirmə, yəni əşyaya canlı obraz kimi xitab-müraciət kimi nəzərə çarpır. Şeirin məzmunu epik-lirik formada təqdim olunur və məcazlar obrazın tərifinə yönəlir. Ümumiyyətlə, dağlara bədii yanaşma mövzusu demək olar ki, ilkin olaraq Miskin Abdaldan başlayır.



AĞRI DAĞI



Qüdrətdən yaradıb yaradan səni,

Məğrur dayanıbsan sən, Ağrı dağı.-təşbeh…

Şöhrətin tutubdu cümlə cahanı, -təşbeh

Məftunam hüsnünə mən, Ağrı dağı.



Başında qış olar, ətəyində yay,

Təksən bu dünyada, yoxdur sənə tay.

Qartallı qoynundan kəsməz, hay-haray,

Çəkilməz başından çən, Ağrı dağı.



Başında dincəlir Nuhun gəmisi,

Tanrıya bəllidir sirrin kəlməsi.

Səni tərpədirmi eşqimin səsi, - metonimiya…

Bir Miskin Abdala dön, Ağrı dağı.



Aşağıdakı “Dedi” qoşması da epik-lirik deyimdə olan şeir nümünəsidir və bu şeirdə ancaq metonomiya məcazları səslənir, misal: yaşadığın savab əməllərinə mərhaba!-deyirəm sözü “çələng hörürəm” sözü ilə dəyişdirilir, əvəz edilir. Məlum olduğu kimi, metonimiya sözünün də lüğəti mənası ad dəyişmək deməkdir.



DEDİ



Bu gecə vayğamda gördüm Əlini,

Səni pir sahibi görürəm, – dedi. -metonomiya…

Gülüb, kürəyimə vurdu əlini,

Ömrünə bir çələng hörürəm,-dedi. -metonimiya…



Allahın şiriyəm, bir bax didəmə, -metonomiya…

Qoru din-məzhəbi, olmaz sədəmə,

Dolan bu dünyanı, yoruldum demə,

Dalında dağ kimi dururam, – dedi.-metonomi…



Sərində ağıl var, qüvvət qolunda;

Mələklər qoruyur sağı-solunda,

Seyyidsən, dərvişsən Haqqın yolunda, -meto-lar..

Abdala Haqq payı verirəm, – dedi.



ARDI VAR…


Niftalı Göyçəli

Geri dön