Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > MİSKİN ABDAL POETİKASI VI YAZI (əvvəli beşincidə)
MİSKİN ABDAL POETİKASI VI YAZI (əvvəli beşincidə) |
Aşağıdakı “İsmayıl” şeirində müəllif dörd bədii təsvir vasitələri işlətmişdir. “Nərinə hay verdi hər dağ, hər qaya, (metafora)” obrazın gücünü, qüdrətini göstərir və bu zəfəri, qeyrəti “ qoca dünya (təşbeh) “ alqışlayır. Bəddi güc simvolu olan “pələn gücü”, “aslan” məcazları da təşbeh, metonimiya olaraq obrazı bir qəhrəman kimi səciyyələndirir. “Tülkü meydanı” idiom kimi hiyləgərlik hadisəsini təsvir edən bədii simvoldur və şeirin mərd, qəhrəman obrazı qarşısında məğlub olur.
“İsmayıl” qoşmasının semantikası Şah İsmayıl Xətainin başçılığı ilə Səfəvi ordusunun qalibiyyətləridir. İSMAYIL Sən getdin hünərlə, gəldin zəfərlə, Qurtardın elləri yasdan, İsmayıl. Yolların bəzənsin xalıyla, zərlə, Adına yazılsın dastan, İsmayıl. Sən ki getməmişdin nişana, toya, Nərinə hay verdi hər dağ, hər qaya, -metafora… Səni qeyrətinlə bu qoca dünya, -təşbeh Çəkirdi sınağa qəsdən, İsmayıl. Demə ki, Abdalın meydanı dardır, Qəlbinə Allahın sevgisi yardır, Qolunda pələngin qüvvəti vardır, -təşbeh… Tülkü meydanında aslan İsmayıl. -metonimiya… Aşağıdakı “Ya bir Allah, ya Məhəmməd, ya Əli” şeiri Qurani-Kərimin hikmətləri əsasında müsəlmanın haqq yoludur. “Bu üç kəlmə yerdən göyə yol salıb (metafora)” misrası səmavi anlayışlaYer üznün vəhdətini bildirir. “Yerin-göyün uzaqlığı yeddi qat” misrası Yer kürəsinin mərkəzinə olan yeddi qatla səthindən kainata doğru yeddi hava qatı olduğuna işarədir. Ooşmada xitabla bərabər epik təsvirlər də yer alır. Miskin Abdal bu şeiri ilə sanki namazdan sonar zikr edir. Müəllifin bu şeiri ədəbi yenilikdir. Bu şeirin başlığında Allahın adına birinci müraciət: “Ya bir Allah”, ikinci onun yaratdığı bəndələr içindən seçdiyi peyğəmbər: “Ya Məhəmməd”, üçüncü İslamda peyğəmbərdən sonra uca məqamı olan: “Ya Əli” xitabı, İslamı həqiqi qəbul edən müsalmanın təfəkkürü, idrakıdır. YA BİR ALLAH, YA MƏHƏMMƏD, YA ƏLİ Bir kəlam var Yaradandan pay alıb: ”Ya bir Allah, ya Məhəmməd, ya Əli”. Bu üç kəlmə yerdən göyə yol salıb, -metafora… Ya bir Allah, ya Məhəmməd, ya Əli. Yerin-göyün uzaqlığı yeddi qat, Halallıqdan yaranıbdır bu həyat. Yaxşıların imdadına yetiş, çat, Ya bir Allah, ya Məhəmməd, ya Əli! Bu dünyanın dərdi çoxdur, dözülməz, Bu dünyanın dərdi çoxdur, düzəlməz. Nə yaxşı ki, haqq incələr üzülməz, -bədii təzadlar… Ya bir Allah, ya Məhəmməd, ya Əli! Adəm oğlu acgöz deyil, toxdu-tox, Bu dünyanın şeytanları çoxdu-çox, Sizdən başqa köməyimiz yoxdu-yox, -fəlsəfi təzad… Ya bir Allah, ya Məhəmməd, ya Əli. Haqq üstündə bərqərardır asiman, Haqq yolunun yolçusudur müsəlman.-metonimiya-mömin… Miskin Abdal çağırıbdır hər zaman: – Ya bir Allah, ya Məhəmməd, ya Əli! ARDI VAR… -- Niftali Goyceli Geri dön |