Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsrail mətbuatı: ABŞ İranı “Cruise” raketləri ilə vuracaq, B-52 bombardmançı təyyarələri İran hərbi bazalarına zərbələr endirəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > İsrail mətbuatı: ABŞ İranı “Cruise” raketləri ilə vuracaq, B-52 bombardmançı təyyarələri İran hərbi bazalarına zərbələr endirəcək

İsrail mətbuatı: ABŞ İranı “Cruise” raketləri ilə vuracaq, B-52 bombardmançı təyyarələri İran hərbi bazalarına zərbələr endirəcək


İsrailin “Maariv” və “Yedioth Ahronot” qəzetləri ABŞ-ın İranla aparılan nüvə müzakirələrinin müvəffəqiyyətsiz nəticələnməsindən sonra bu ölkəyə qarşı həyata keçirmək istədiyi hərbi əməliyyat planlarını ortaya çıxarıb.

Hər iki qəzetə sızan informasiyalar planın ilkin mərhələsində ABŞ-ın İrana qarşı hərbi müdaxilə zamanı yüzlərlə “Cruise” raketi atacağından xəbər verir: “Bu raketlər vasitəsilə əsasən hərbi bazaların və nüvə obyektlərinin vurulacağı bildirilir. Daha sonra İranın hava hücumundan müdafiə sistemləri təyyarələr tərəfindən bombalanacaq. Belə ki, Liviyada Müəmmar Qəddafi ordusunun hava hücumundan müdafiə sistemini iflic edən B-52 bombardmançı təyyarələri İran hərbi bazalarına zərbələr endirəcək. Bununla da İranın hava hücumundan müdafiə qabiliyyəti məhv edilməyə çalışılacaq. Bundan sonra İrandan gələcək reaksiyalar əsasında hücumlara davam edilib-edilməyəcəyinə qərar veriləcək. Sonda ABŞ hökuməti İrana nota verərək hərbi məqsədli nüvə fəaliyyətinə son verməsini tələb edəcək”.

“Maariv” qəzetinin redaktoru Ben Kaspit planın ilkin mərhələsinin başa çatmasının İranın verəcəyi reaksiyadan asılı olduğunu deyib: “Əgər İran ABŞ-ın İsrail və regiondakı bəzi ərəb müttəfiqlərinə qarşı hücum edərsə, planın ikinci mərhələsinə keçiləcək. Hökumət üçün simvolik əhəmiyyəti olan obyektlər və neft bazaları vurulacaq”.

Qeyd edək ki, İsrail ABŞ-ın dəstəyi ilə “Arrow 2” raket əleyhinə müdafiə sistemini gücləndirməyə başlayıb. Belə ki, “Block 2” adlı yeni generasiya idarəetmə raketləri, radarları və sinxronlaşdırılmış texnologiyalar İsraildəki batareyalara bir neçə həftə içərisində montaj ediləcək. Yeni texnologiyaların montajı ilə birlikdə İsraildəki raket əleyhinə müdafiə sistemi ABŞ-dakı raket əleyhinə müdafiə sistemi ilə sinxronlaşdırılmış vəziyyətdə işləyəcək.

Geri dön