Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Güney Azərbaycanlı fəalların bəraət hökmü ləğv edildi
Güney Azərbaycanlı fəalların bəraət hökmü ləğv edildi |
Apelyasiya məhkəməsi azərbaycanlı fəalların barəsində çıxarılan bəraət hökmünü ləğv edib.
Şərqi Azərbaycan vilayətinin apelyasiya məhkəməsinin 8-ci şobəsi azərbaycanlı fəallar Salar Turi və Vəhid həbibçeşmənin bəraət hökmünü ləğv edərək, onları həbs cəzasına məhkum edib. 3 ay öncə Təbriz inqilab məhkəməsinin 1-ci şöbəsi bəraət hökmü çıxarıb. Lakin, azərbaycanlı fəalların dosyesi Təbriz istintaq idarəsinin müavininin etirazına görə apelyasiya məhkəməsinə göndərilib. Apelyasiya məhkəməsində axund Nəsirinin sədrliyi ilə dosyeyə baxılıb və nəhayət ki, bəraət hökmü ləğv edilib və azərbaycanlı fəallar 5 il təxirə salınmaqla 4 ay müddətinə şərti həbsə məhkum ediliblər. Qeyd edək ki, 2012-ci il fevralın 21-i (1390-cı il isfəndin 2-i) Dünya Ana Dili Günündə tutuqlanan Salar Turi və Vəhid Həbibçeşmə sistemin əleyhinə təbliğ və ölkə təhlükəsizliyinə pozmaq istəyən qruplara üzv olmaqda ittiham ediliblər. Geri dön |