Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Erməni millətçiləri Azərbaycan xalqına qarşı 200 ildir soyqırımı siyasəti yürüdür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Bildiriş > Erməni millətçiləri Azərbaycan xalqına qarşı 200 ildir soyqırımı siyasəti yürüdür

Erməni millətçiləri Azərbaycan xalqına qarşı 200 ildir soyqırımı siyasəti yürüdür


Sumqayıt Dövlət Universitetində (SDU) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi-praktik konfransın iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Universitetin rektoru, professor Elxan Hüseynov konfransı açaraq, erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı siyasətinin 200 illik tarixə malik olduğunu deyib. O, silahlı erməni-bolşevik birləşmələrinin 1918-ci il martın 31-dən aprelin 2-dək azərbaycanlılara qarşı törətdikləri qırğınların kütləvi xarakter daşıdığını, erməni silahlı dəstələrinin günahsız insanları amansızcasına qətlə yetirdiyini bildirib. Belə ki, mart soyqırımı zamanı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar nəticəsində “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər tərəfindən Şamaxıda 7 min dinc sakin öldürülüb, 72 kənd dağıdılıb, Quba qəzasının isə 122 kəndi yandırılıb. Qırğınlar zamanı minlərlə insanın qətlə yetirildiyini deyən rektor Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin qırğınların qarşısını aldığını diqqətə çatdırıb.

Bildirilib ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri bu soyqırımı aktı və deportasiya siyasəti ilə bağlı məsələyə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Azərbaycan tarixinin səhifəsinə qara hərflərlə yazılan 31 mart tarixi Ulu Öndərin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir, soyqırımı qurbanlarını anma tədbirləri keçirilir. Bu gün dahi şəxsiyyətin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyəyə qaldırılması, erməni vandalizminin ifşası istiqamətində qətiyyətli fəaliyyət göstərir. Dövlət başçısının rəhbərliyi ilə 1918-ci il 31 mart soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlər görülür. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünyaya yayılması istiqamətində mühüm tədbirlər həyata keçirir, bəşəriyyətin ən böyük faciələrindən olan 31 mart və Xocalı soyqırımları haqqında faktların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir.

Konfrans məruzələrlə davam edib.

Geri dön