Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İranda insan hüquqlarının vəziyyəti pisləşməkdədir
İranda insan hüquqlarının vəziyyəti pisləşməkdədir |
Cey Karni: «Sanksiyalar İran iqtisadiyyatına ciddi təsir göstərib»
Benyamin Netanyahu: «İrana hərbi müdaxilə barədə qərarı yalnız mən verə bilərəm» ABŞ-ın Beynəlxalq Təhlükəsizlik və Elm İnstitutu (ISIS) peykdən çəkilmiş bəzi şəkilləri nəşr edərək İranın Parçin hərbi-sənaye kompleksində təmizləmə işlərini tamamilə başa çatdırdığını açıqlayıb. Hesabatda obyektin xarici görünüşünün də dəyişdirildiyi bildirilir. Qeyd edək ki, bundan əvvəl ISIS Parçin hərbi-sənaye kompleksinin kosmosdan çəkilən yeni fotolarını yayıb. Yeni fotolar Tehranın nüvə silahı istehsal etməsinə və istehsala aid dəlilləri yox etməsinə dair şübhələri yenidən artırıb. İranın nüvə obyektinin ISIS tərəfindən aprel ayından əvvəl çəkilən fotosunda əksini tapan və nüvə silahı istehsal edildiyi ehtimal olunan binaların yeni fotolarda tamamilə uçurulduğu görünüb. İranın nüvə fəaliyyətini yaxından izləyən ISIS həmin binaların uçurulması üçün ağır texnikadan istifadə edildiyini və onların izlərinin çox aydın şəkildə göründüyünü bildirib. Bu arada İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İrana hərbi müdaxilə barədə qərarı yalnız özü verə bilər. Onun sözlərinə görə, bu məsələdə ölkənin hərbi deyil, əsasən siyasi rəhbərliyi qərar qəbul edə bilər: «İsrailin keçmiş baş naziri Menaşim Beginin zamanında «Mossad» və hərbi kəşfiyyatın komandanlarının qarşı çıxmalarına baxmayaraq, İraqın nüvə obyektlərinə hücum edilmişdi. İrana hücum edilib-edilməyəcəyi məsələsində təhlükəsizlik və müdafiə nazirləri deyil, ancaq siyasi rəhbərlik qərar verə bilər. Mən də bu mövzuda hələlik hər hansı bir qərar qəbul etməmişəm. Əsasən siyasi rəhbərlik qərar alar, peşəkarlar da həmin qərarı tətbiq edərlər. Bu hər zaman baş verə bilər». Ağ Evin sözçüsü Cey Karni isə deyib ki, İrana tətbiq olunmuş sanksiyalar bu ölkənin iqtisadiyyatına ciddi təsir göstərib. Onun sözlərinə görə, İran alması lazım olan qərarı hələ almış deyil: «Yəni İranın nüvə proqramını davam etdirməsilə bağlı ehtirasından imtina etməsi lazımdır». İranda insan haqları üzrə tanınmış hüquq müdafiəçisi və Nobel sülh mükafatı laureatı Şirin İbadi bu ölkədə siyasi məhbusların durumu haqda danışıb. Hazırda Londonda qərargahlanan Şirin İbadinin sözlərinə görə, ölkədə insan haqları sahəsində heç bir irəliləyiş hiss olunmur və əksinə, bu sarıdan vəziyyət daha da pisləşib. Son bir neçə ayda Şirin İbadi Birləşmiş Millətlər Təşkilatına (BMT) İranda siyasi dustaqların durumuyla bağlı müntəzəm hesabatlar göndərməyə başlayıb. O, beynəlxalq güclərin İranın nüvə proqramına insan haqlarından daha çox diqqət yetirməsindən narahatlığını ifadə edib. Şirin İbadi Güney Azərbaycanda milli-mədəni hüquqlar uğrunda mübarizə aparan fəalların təqib olunmasına da toxunub. Hüquq müdafiəçisinin sözlərinə görə, İranda hakimiyyətin repressiv mahiyyəti onu bütün iranlıların, o cümlədən İranda öz tarixi torpaqlarında yaşayan azərbaycanlıların haqlarını pozmasına şərait yaradır. İran vətəndaşlarının demokratiyaya hazır olduğunu deyən Şirin İbadi siyasi quruluş dəyişəcəyi halda durumun yaxşılaşacağına ümidvar olduğunu vurğulayıb. Geri dön |